CÜDOÇULARIMIZ AVROPA ÇEMPİONATINDA VƏ BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDƏCƏKLƏR
Baş məşqçi Ağayar Axundzadə və məşqçi Hacağa Hacəhmədovun yetirmələri Ramil Qasımov (66 kq), Elnur Məmmədli (73 kq), Mehman Əzizov (81 kq), Nigar Cabbarova (52 kq) və Kifayət Qasımova (57 kq) mayın 26-dan 28-dək çempionatın mükafatları uğrunda mübarizə aparacaqlar. Komandamız yarışlara hazırlıqla əlaqədar Yunanıstanda iki həftəlik təlim-məşqlərdə iştirak etmişdir.
Mayın 25-də isə yeniyetmələrdən ibarət yığmamız Polşaya yola düşəcəkdir. Belsko-Byala şəhərində keçiriləcək beynəlxalq turnirdə ölkəmizi məşqçi Adil Əliyevin rəhbərliyi ilə Sərxan Əhmədov (50 kq), Samir Dadaşzadə (55 kq), Tehran Məcidov (55 kq), Orxan Dünyamalıyev (60 kq), Vüqar Rüstəmli (66 kq), Ramin Qurbanov (81 kq), Naim Allahverdiyev (90 kq), Nazənin Məmmədova (52 kq), Kəmalə Hüseynzadə (57 kq) və Rəqiyyə Qarayeva (70 kq) təmsil edəcəklər. Yarışları idarə edənlər arasında beynəlxalq dərəcəli hakim Yaşar Allahverdi də olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda da oynamayacaq
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]