Azərbaycan Dövlət İnformasiya Agentliyi

Culfa rayonunun Qızılca kəndi abad yaşayış məntəqəsinə çevrilib

Culfa, 10 noyabr, AZƏRTAC

Müstəqil Azərbaycanın sürətli inkişafı muxtar respublikanın hər bir bölgəsində aydın hiss olunur. Yaşayış məntəqələrində müasir təhsil, səhiyyə, mədəniyyət müəssisələri, inzibati binalar tikilib istifadəyə verilir, yollar yenidən qurulur, yeni iş yerləri açılır. Əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edən bu tədbirlər Culfa rayonunda da uğurla davam etdirilir. Bu il rayonun Qızılca kəndində geniş tikinti-quruculuq işləri aparılıb.

Qızılca kənd avtomobil yolu

yenidən qurulub

Muxtar respublikada yol infrastrukturunun müasirləşdirilməsi tədbirləri Qızılca kəndini də əhatə edib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 10-da Qızılca kənd avtomobil yolunun açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb.

Bildirilib ki, 2,4 kilometrlik yol genişləndirilərək asfalt örtük salınıb, avtomobillərin rahat hərəkəti təmin edilib. Yenidənqurma işləri zamanı yolun üzərində 12 su keçidi və beton kanal tikilib, kənddaxili yollar abadlaşdırılıb.

Qızılca kənd tam orta məktəbinin binası

müasir tələblərə cavab verir

Noyabrın 10-da Qızılca kənd tam orta məktəbinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məktəbin direktoru Namiq Nəsirov çıxış edərək deyib ki, Qızılca kəndində aparılan abadlıq-quruculuq tədbirləri kənd həyatının bütün sahələrinin, o cümlədən təhsilin də inkişafını təmin edib. Məktəbdə tədrisin müasir tələblərə uyğun qurulması üçün bütün tədbirlər görülüb. Bu da pedaqoji kollektivin məsuliyyətini artırır. Müəllimlər yaradılan şəraitdən istifadə edərək kənddə təhsilin səviyyəsini yüksəldəcək, ölkəmizə, xalqımıza layiq vətəndaşlar yetişdirəcəklər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qızılca kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Hər bir ölkənin aparıcı qüvvəsi onun yüksək biliyə, yüksək ixtisasa malik olan insanlarıdır”, - fikrini xatırladaraq deyib: Ulu Öndərimizin bu tövsiyələrinə uyğun olaraq ölkəmizdə təhsilin bütün pillələri üzrə hərtərəfli tədris şəraiti yaradılmışdır. Təhsilə göstərilən qayğının nəticəsidir ki, ölkəmizdə orta ümumtəhsil, peşə, orta ixtisası və ali təhsil pillələri üzrə kadr hazırlığı həyata keçirilir. İstər ölkəmizdə, istərsə də xaricdə təhsil alan gənclərimiz ixtisaslı kadr kimi yetişərək müxtəlif sahələrdə çalışırlar. Bu da ölkəmizin möhkəmlənməsinə, gələcək inkişafına xidmət edir.

Ali Məclisin Sədri deyib: Məktəbin qarşısında duran əsas vəzifə yaxşı bilik vermək, gənclərin marağını nəzərə alaraq müəyyən bir peşəyə istiqamətləndirmək və gələcəyin əsl vətəndaşını yetişdirməkdən ibarətdir. Hər bir məktəbin fəaliyyəti onun yetişdirdiyi təhsilli və vətənpərvər gənclərlə ölçülür. Əgər məktəbdə təhsil alan gənc vətənpərvərdirsə, bir peşəyə meyllidirsə və öz gələcəyini, ölkəsinin gələcəyini düşünürsə, deməli o məktəbin fəaliyyəti hədər getməmiş, məktəbdə təlim-tədris və tərbiyə işi düzgün qurulmuşdur. Qızılca kənd tam orta məktəbinin nailiyyətləri onu deməyə əsas verir ki, məktəbdə tələbkarlıq və nizam-intizam vardır. Bu prinsip davam etdirilməli, nailiyyətlər daha da artırılmalıdır.

Ali Məclisin Sədri Qızılca kənd tam orta məktəbində bundan sonra da təhsilli, vətənpərvər gənclər yetişdiriləcəyinə əminliyini bildirib, qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edib, onlara tədrisdə uğurlar arzulayıb.

Məktəblə tanışlıq zamanı məlumat verilib ki, 3 mərtəbəli binada 12 sinif otağı, o cümlədən 3 elektron lövhəli sinif, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır. Qızılca kənd tam orta məktəbində 11 kompüter dəsti quraşdırılıb və internetə qoşulub.

Məktəbin kitabxana fondunda 2700-dən artıq kitab vardır. Burada bütün fənlərə aid dərsliklər və elmi ədəbiyyatlar qoyulub. Həmçinin şagirdlərin istifadəsinə 2150 ədəd bədii ədəbiyyat verilib.

Muxtar respublikada ümumtəhsil məktəblərinin informasiya texnologiyaları ilə təminatı, təhsilin informasiyalaşdırılması, xüsusilə yaşayış məntəqələrində sürətli internetə çıxış imkanlarının yaradılması distant tədrisin tətbiqinə, təhsilin internet üzərindən təşkilinə şərait yaradır. Artıq məktəblərdə quraşdırılan elektron lövhələr ümumtəhsil məktəbləri arasında, eləcə də məktəblərlə muzeylər arasında interaktiv əlaqələrin qurulmasına imkan verir.

Elektron lövhəli sinifdə muxtar respublikanın 200 ümumtəhsil məktəbi ilə Cəlil Məmmədquluzadənin Ev Muzeyi arasında distant dərs keçirilib.

Ali Məclisin Sədri deyib ki, ölkəsinin tarixini, mədəniyyətini, milli dəyərlərini, adət-ənənələrini bilməyən, görkəmli şəxsiyyətlərini tanımayan gənclər vətənpərvər kimi böyüyə bilməzlər. Ümumtəhsil məktəbləri ilə muzeylər arasında yaradılan əlaqə məhz bu mühüm vəzifənin həyata keçirilməsinə xidmət edir. Ona görə də muzeylərlə əlaqələrin qurulması və distant dərslərin təşkili bundan sonra da davam etdirilməlidir.

Məktəb yaşlarından idmanla məşğul olmaq uşaqların fiziki inkişafını gücləndirir, onlarda idmana maraq oyadır. Bu da idmanın kütləviliyinin təmin olunması və gənclərin sağlam böyüməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qızılca kənd tam orta məktəbinin geniş idman zalı fiziki tərbiyə dərslərinin səmərəli keçirilməsinə şərait yaradır.

Hərbi vətənpərvərlik tərbiyəsi gənclərin əsl vətəndaş kimi formalaşmasında mühüm amildir. Məktəblərdə hərbi kabinələrin qurulması bu sahədə həyata keçirilən tədbirlərin intensivliyini təmin edir. Qızılca kənd tam orta məktəbindəki hərbi kabinə hərb elminə aid ilkin nəzəri vasitələrlə təchiz olunub.

Baxış zamanı məlumat verilib ki, məktəbdə şagirdlər hərb elminə böyük maraq göstərirlər. Hər il məktəbin şagirdlərindən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunurlar. Müasir hərbi kabinə ilkin hərbi hazırlıq fənninin daha səmərəli tədrisinə və gənclərin hərb elminə marağının artırılmasına imkan verəcəkdir.

Müəllimlərlə görüşən Ali Məclisin Sədri deyib: Təhsilli, vətənpərvər gənc yetişdirmək çətin və məsuliyyətli işdir. Bu işi düzgün qurmadan cəmiyyətin inkişafını təmin etmək mümkün deyil. İnsan o zaman cəmiyyətin qiymətli üzvü hesab olunur ki, o, öz bilik və bacarığı ilə ölkəsinə xeyir versin. Təhsilli, vətənpərvər və peşə sahibi olan gənclərin sayı nə qədər çox olarsa, ölkənin, cəmiyyətin inkişaf və tərəqqisi də bir o qədər çoxşaxəli və davamlı olar. Bu mənada hər bir müəllimin dövləti və xalqı qarşısındakı xidməti onun yetişdirdiyi gəncin gələcək fəaliyyəti ilə ölçülür. Çünki məktəbdə gənclərin əsl vətəndaş kimi hazırlanması müəllimlərin fəaliyyətindən və yaradılan şəraitdən asılıdır. Qızılca kənd tam orta məktəbində pedaqoji kollektivin səmərəli fəaliyyəti üçün bütün imkanlar yaradılmışdır. Məktəbin lazımi tədris vasitələri ilə təminatı imkan verir ki, nailiyyətlər daha da artırılsın. Pedaqoji kollektiv yaradılan şəraitin qarşılığını verməli, gənclər vətənpərvər və peşə sahibi kimi yetişdirilməlidirlər.

Müəllim Müşərrəf Əhmədova kollektiv adından minnətdarlıq edərək deyib: Bu cür müasir məktəb binasının tikilib istifadəyə verilməsi, göstərilən diqqət və qayğı müəllimləri öz işinə daha da ruhlandırır. Gənc müəllim kimi əmin edirəm ki, yaradılan şəraitdən səmərəli istifadə edərək göstərilən etimadı doğruldacaq, bilikli, vətənpərvər, ölkəmizə və dövlətçiliyimizə sədaqətli gənclər yetişdirəcəyik.

Məktəbin həyətində də geniş abadlıq işləri görülüb.

Qızılca Kənd Mərkəzi istifadəyə verilib

Muxtar respublikanın kəndlərində vahid mərkəzdən idarəetmə mexanizmi formalaşdırılır. Son illər tikilən müasir kənd mərkəzləri bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Noyabrın 10-da Qızılca Kənd Mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib və yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 2 mərtəbədən ibarət olan binada rabitə evi, feldşer-mama, baytarlıq və polis sahə məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi və 40 yerlik iclas zalı vardır.

Mərkəzdə zəngin fonda malik kitabxana sakinlərin istifadəsinə verilib. Hazırda kitabxanada 8 minə yaxın ədəbiyyat vardır. Burada elmi və bədii ədəbiyyatlar qoyulub, kitab müzakirələrinin və digər tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb.

Baytarlıq kənd təsərrüfatının mühüm sahəsidir. Sağlam və keyfiyyətli heyvandarlıq məhsullarının istehsalı üçün epizootik və profilaktik tədbirlərin həyata keçirilməsi vacib şərtdir. Buna görə də muxtar respublikanın kəndlərində baytarlıq xidmətinin təşkilinə diqqət artırılır. Binadakı baytarlıq məntəqəsi də Qızılca kəndində bu sahədə görülən tədbirlərin miqyasını xeyli genişləndirəcəkdir.

Yeni Azərbaycan Partiyası Qızılca kənd ərazi ilk təşkilatının 70 üzvü vardır. Hazırda partiya üzvlərindən 24-ü gənc, 32-si isə qadınlardır.

Yeni Azərbaycan Partiyası Qızılca kənd ərazi ilk təşkilatının sədri Rauf Hüseynov minnətdarlıq edərək deyib: Bu gün Qızılca kəndinin tarixinə yeni bir səhifə yazıldı. Aparılan quruculuq işləri, tikilən yeni binalar, çəkilən müasir yol insanların rahat yaşayışına hesablanmış tədbirlərdir. Bu işlər ona görə mümkün olur ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin siyasi xətti uğurla davam etdirilir. Kəndin abadlaşması qarşımızda mühüm vəzifələr qoyur. Bundan sonra da Ulu Öndərin ideyalarının layiqincə yerinə yetirilməsi sahəsində səylə çalışacağıq.

Rabitə evində quraşdırılan 384 yerlik ATS keyfiyyətli rabitə xidmətinin göstərilməsinə və sürətli internetdən istifadəyə imkan verir. Burada yeni poçt bölməsi də yaradılıb, dövri mətbuatın, internet və danışıq kartlarının satışı təşkil olunub, pos-terminal qoyulub.

Qızılca Kənd mərkəzindəki feldşer-mama məntəqəsində müdir, mama və manipulyasiya otaqları vardır. Məntəqədə soyuducu, ilkin tibbi yardım çantası və digər avadanlıqlar qoyulub, səhiyyə xidməti təşkil edilib.

Ali Məclisin Sədri insanların sağlamlığının qorunması və tibbi-profilaktik tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verib.

Kənd mərkəzinin ətrafı da abadlaşdırılıb, gülkarlıqlar salınıb.

Kənddə Xidmət Mərkəzi istifadəyə verilib

Qızılcada əhalinin rahatlığının təmin olunması istiqamətində kompleks tədbirlər görülüb, yeni xidmət mərkəzi tikilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilib ki, xidmət mərkəzində mağaza və bərbərxana fəaliyyət göstərir. Mağazada ərzaq və sənaye mallarının, xüsusən də yerli istehsal məhsullarının satışı həyata keçirilir. Mərkəzdə 2 nəfər işlə təmin olunub.

* * *

Kənddə aparılan quruculuq işləri zamanı 2138 metrlik fiber-optik kabel, 1650 metr rabitə, 2200 metr yeni elektrik xətti çəkilib. Kəndin qaz və su təchizatı da yaxşılaşdırılıb, yeni tikililərə 517 metrlik qaz xətti çəkilib, 850 metr qaz xəttinin yeri dəyişdirilib, 2 supaylayıcı qoyulubdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava