DABAQ XƏSTƏLİYİNƏ QARŞI PEYVƏND AYLIĞI KEÇİRİLİR
Epizootiya Əleyhinə Respublika Ekspedisiyasının rəisi Rafiq Muradov AZƏRTAC-ın müxbirinə demişdir ki, ölkəmizdə dabaq xəstəliyinə qarşı keçirilən peyvənd aylığı aprelin 15-dək davam edəcəkdir. Bu müddətdə 2 milyon 100 min baş iribuynuzlu heyvan AO və Asiya-1 polivalent vaksini ilə peyvənd olunacaqdır. Gürcüstanla həmsərhəd ərazilərdə aparılan peyvənd işlərinə mütəxəssislərimiz də qoşulmuşdur. Bundan əlavə, Mazımçay və Qırmızı körpü sərhəd baytar məntəqələrində nəzarət gücləndirilmişdir.
Xatırladaq ki, ekspedisiya iribuynuzlular və təkdırnaqlılar arasında qarayara xəstəliyinə qarşı rüblük tədbirlər planını da yerinə yetirmişdir.