Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dağlıq Qarabağ Cənubi Sudandır və ya Kosovo yox, Qafqaz Sudetidir

Berlin, 15 yanvar (AZƏRTAC). Kosovo ssenarisinin dünya birliyi tərəfindən “presedent” kimi qəbul edilməsinə nail ola bilməmiş erməni KİV-ləri indi də Cənubi Sudanda baş verən hadisələrlə Dağlıq Qarabağ məsələsində oxşarlıq axtarmağa başlamış, hətta 1991-ci ildə keçirilmiş və lap əvvəldən hüquqi qüvvəsi olmayan “referendum”u da yada salmışlar. Kosovo ssenarisindən əli üzülən erməni tərəfinin bu dəfə özlərini Cənubi sudanlılara bənzətmək, ümumiyyətlə, gülünc təsir bağışlayır. Görünür, “miatsum” məddahları suda boğulanlar kimi saman çöpündən yapışmaq istəyirlər. Lakin Cənubi Sudan tamam başqa məsələdir və onun öz müqəddəratını təyin etməsi faktı ilə Dağlıq Qarabağ arasında heç bir ümumi cəhət yoxdur.

Əvvələn, Cənubi Sudanın sakinləri dinka dilində danışır, neqroid irqinə aiddir və xristiandır. Yəni onlar Şimali Sudanın ərəbdilli müsəlman əhalisindən dil, din, irq baxımından fərqlənən və öz dövlətçiliyi olmayan ayrıca bir xalqdır. Beynəlxalq hüquq baxımından aydındır ki, müəyyən bölgədə yaşayan bir qrupun həmin bölgənin əhalisinin qalan hissəsindən yalnız etnolinqvistik, irqi və dini cəhətdən fərqlənməsi həmin qrupun dərhal öz müqəddəratını təyin etmək hüququ qazanması üçün əsla kifayət deyildir. Əgər belə olsaydı, indi dünyada özünün dövlətçiliyi olmayan xalq qalmazdı. Bununla belə, fakt-faktlığında qalır - Dağlıq Qarabağ erməniləri hətta bu kiçik əlamətlərə də malik deyillər, yəni Cənubi Sudan əhalisindən fərqli olaraq, Dağlıq Qarabağ erməniləri ayrıca etnos deyil (“qarabağ milləti” yoxdur), onlar Ermənistan Respublikasının timsalında dövlətçilik əldə etmiş ermənilərin bir hissəsidir. Artıq bir dəfə öz müqəddəratını təyin etmiş erməni xalqının Azərbaycanın Dağlıq Qarabağ regionunda milli azlıq hüququ ilə yaşayan və özü-özünü idarə etməyən ərazinin xalqı olmayan, xarici dövlət tərəfindən əsarətə, hökmranlığa və istismara məruz qalmış xalq olmayan bu əhaliyə mərkəzi hökumətin iradəsinə rəğmən təkrarən qeyri-məhdud şəkildə öz müqəddəratını təyin etmək hüququ verilə bilməz. Əks halda, Azərbaycan da Ermənistandan qovulmuş azərbaycanlıların oraya qaytarılmasını və heç bir məhdudiyyət qoyulmadan onlara Zəngəzurda, Göyçədə və Vedibasar bölgəsində ikinci müstəqil Azərbaycan dövləti yaradılması da daxil olmaqla, öz müqəddəratını təyin etmək hüququ verilməsini tələb edə bilərdi. Hər məsələdə paritet olmalıdır. Bu, Ermənistan-Azərbaycan münaqişəsini Cənubi Sudanda cərəyan edən proseslərdən fərqləndirən birinci - ən prinsipial olmasa da, - əlamətdir.

İkincisi, Cənubi Sudan liderlərinin fikrincə, mərkəzi hökumət Cənubun qeyri-ərəb əhalisi arasında bu xalqlara tanış olmayan şəriət qanunlarını tətbiq etməyə cəhd göstərmişdir. Xartum bu ittihamları əsassız adlandıraraq rədd etmişdir. Hər halda, Sudanın daxili işlərinə qarışmaq fikrində olmayan Azərbaycan remedia sesessiyası praktikasının əleyhinə ardıcıl olaraq çıxış etmişdir və bu mövqeyini davam etdirir. Xatırladaq ki, Haaqa Beynəlxalq Məhkəməsi Kosovo barədə qərar çıxararkən bu məsələyə remedia sesessiyası baxımından yanaşmaqdan qəti imtina etmişdi. Bununla belə, deyək ki, hətta bu halda da analogiya axtarmaq yersizdir. Bakı heç vaxt Dağlıq Qarabağ ermənilərini zorla ermənilikdən və ya xristianlıqdan döndərmək, onları etnik identiklikdən məhrum etmək, assimilyasiyaya məruz qoymaq siyasəti yeritməmişdir. Əksinə, sovet hakimiyyəti illərində bu bölgə Azərbaycanın çiçəklənən diyarlarından birinə çevrilmişdi, orada ermənilər Azərbaycanın qalan hissəsindəki azərbaycanlılardan, hətta Ermənistanın özündəki ermənilərdən də yaxşı yaşayırdılar. Üstəlik, Azərbaycandakı ermənilərə muxtariyyət verilmişdi, amma Ermənistanda yaşayan azərbaycanlıların isə belə muxtariyyəti yox idi. Aydın məsələdir ki, Qarabağ ermənilərinin vəziyyətini dünyanın müxtəlif hissələrində yaşayan milli azlıqlarla heç cür müqayisə etmək olmazdı. Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin “sosial-iqtisadi baxımdan geri qalması” haqqında uydurma isə, bütün statistik göstəricilərin əksinə olaraq, erməni təbliğatının başqa dəlilləri olmadığına görə ortaya atılmışdı.

Üçüncüsü, Xartum və Cuba arasında münaqişənin gedişində Sudanın milyonlarla vətəndaşı, əsasən, cənublular həlak olmuşdur. Təəssüf ki, münaqişənin bu kədərli nəticələrinin qarşısını almaq mümkün olmamışdır. Remedia sesessiyasının yersiz olmasını bir daha vurğulayaraq, hər halda xatırladaq ki, dünya ictimaiyyəti Dağlıq Qarabağda Kosovo və Cənubi Sudanda baş verən hadisələrin tam əksini müşahidə etmişdir - doğma yerlərindən qovulan ayrılmaq arzusunda olan tərəf deyil, ölkənin bütövlüyünü dəstəkləyən tərəf olmuşdur. Ayrı-seçkiliyə və deportasiyaya məruz qalan bu gün hansısa “təyini-müqəddərat” hüququndan dəm vuran milli azlıq deyil, titul millətin xarici təcavüz nəticəsində doğma yurdundan qovulmuş nümayəndələri olmuşdur. Bu da bir fərq.

Dördüncüsü, təcavüzün gedişində hərbi cinayətlər (Xocalı, Qaradağlı, Malıbəyli, Quşçular və digər yaşayış məntəqələrindəki qırğınlar) törədilməsinə görə ədalət mühakiməsi ilə bağlı böyük problemlərlə, - Beynəlxalq Cinayətlər üzrə Məhkəməsinin həbs barədə orderi verilmək də daxil olmaqla, ölkənin ərazi bütövlüyü uğrunda çıxış edən Azərbaycan deyil, məhz Ermənistanın bugünkü, “təyini-müqəddərat” hüququndan dəm vuran rəhbərləri üzləşəcəklər. Bunun özü də ən prinsipial olmasa da, hər halda, daha bir fərqləndirici əlamətdir.

Beşincisi, beynəlxalq hüquqa görə, öz müqəddəratını təyin etmək məsələsinə icmaların sayının heç bir aidiyyəti yoxdur. Buna baxmayaraq, Dağlıq Qarabağın qəti hüquqi statusu müəyyən edilərkən hər halda belə bir faktı nəzərə almaq lazım gələcək ki, elə həmin Kosovodan fərqli olaraq, bu regionun əhalisinin iki icmadan ibarət olması beynəlxalq birlik tərəfindən qəbul edilmiş faktdır.

Beynəlxalq hüquq baxımından Ermənistan-Azərbaycan münaqişəsi ilə Kipr münaqişəsi arasında da prinsipial fərqlər çoxdur. Bununla belə, Dağlıq Qarabağ regionunun statusu müəyyən edilərkən, Kiprdə olduğu kimi, icmaların hər birinin fikrini ayrı-ayrılıqda nəzərə almaq lazım gələcəyi istisna olunmur. Ermənilər isə qondarma 1991-ci il “referendumu” barədə danışır və hətta Cənubi Sudanda aparılmış qanuni səsvermə arasında paralellər tapmağa çalışırlar.

Altıncısı və öz müqəddəratını təyin etmək baxımından ən mühüm məqam budur ki, Xartum səsvermənin istənilən nəticəsini tanıyacağını bəyan etmişdir, yəni orada referendum mərkəzi hökumətin razılığı ilə keçirilir. Cənubi Sudanın müstəqilliyi məsələsinə dair referendum keçirilməsi 2005-ci il yanvarın 9-da Cuba və Xartum arasında bağlanmış genişəhatəli sülh sazişində nəzərdə tutulmuşdur. Şərqi Timor da hələ müstəqillik əldə edənə qədər BMT tərəfindən öz müqəddəratını təyin etmək hüququna malik olan, özü-özünü idarə etməyən ərazi kimi tanınmışdı. Son nəticədə İndoneziya özü də bunu qəbul etmiş və Şərqi Timorun öz müqəddəratını təyin etməsi qanuniləşmişdir. Dağlıq Qarabağda isə 1991-ci ildə keçirilmiş qondarma “referendum”un heç bir hüquqi əsası yox idi. Bu “referendum” özbaşına, respublikanın yuxarı hakimiyyət orqanlarının icazəsi olmadan və Azərbaycan Respublikasının Konstitusiyasını pozmaqla, üstəlik, Ermənistan tərəfindən Azərbaycana qarşı xarici hərbi təcavüz şəraitində keçirilmişdi. Xartumdan fərqli olaraq, rəsmi Bakı 1991-ci ildə lap əvvəldən bəyan etmişdi ki, qondarma “referendum”un nəticələrini tanımayacaqdır, çünki dövlətin parçalanmasının və Ermənistanın öz ərazisini genişləndirmək məqsədi ilə demokratiyanın “ixtiralarından” sui-istifadə etməsinin əleyhinədir.

Nəhayət, Sudandakı münaqişə dövlətdaxili xarakter daşıyırdı, yəni, “mərkəz - əyalət” münaqişəsi idi. Ermənistan-Azərbaycan münaqişəsi isə lap əvvəldən dövlətlərarası xarakter daşımışdır. Hətta Kosovo məsələsində də Albaniya kənarda dayanmışdı və münaqişə daxili xarakter daşıyırdı. Ermənistan-Azərbaycan münaqişəsində isə Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü və “Qarabağ xalqının öz müqəddəratını təyin etməsi” adı altında Azərbaycan ərazisini ilhaq etmək məqsədi ilə onun torpağının 20 faizinin zəbt olunması göz qabağındadır. Bu, son dərəcə mühüm məqamdır və bunu yadda saxlamaq lazımdır, çünki ərazi bütövlüyü prinsipi məhz dövlətlərarası münasibətlər sahəsinə aiddir və Ermənistan-Azərbaycan münaqişəsi də həmçinin.

Cənubi Sudanın öz müqəddəratını təyin etməsi ilə bağlı “analogiyalar” bundan ibarətdir. Gördüyümüz kimi, burada heç bir ortaq cəhət yoxdur. Mən hətta deyərdim ki, Cənubi Sudanda son günlərdə baş vermiş hadisələr erməni tərəfini “ülvi arzularından” daha da uzaqlaşdırmış və Dağlıq Qarabağ məsələsi ilə Kosovo, Eritreya, Şərqi Timor və Cənubi Sudan hadisələri arasında olan köklü fərqləri bütün çılpaqlığı ilə dünyaya nümayiş etdirmişdir. Digər tərəfdən isə, Dağlıq Qarabağ ilə Çexoslovakiyanın Sudet vilayəti arasında olan oxşarlığı bir daha göstərmişdir. Həqiqətdə biz Dağlıq Qarabağda anti-Kosovo, anti-Eritreya, anti-Timor, anti-Sudan görürük. Elə buna görə də dünya birliyi Yerevanın qarabağlıların “öz-müqəddəratını təyin etməsi” adı altında pərdələdiyi təcavüz, işğal və ilhaq faktına mənfi yanaşır. Öz müqəddəratını təyin etmək məsələsindən danışmalı olsaq, deməliyik ki, bu gün əsl qarabağlılar məcburi köçkünlər üçün müvəqqəti qəsəbələrdə yaşayırlar. Buna görə də Azərbaycanın tarixi diyarını ondan qoparıb “müstəqil” etməklə təcavüzkarı mükafatlandıraraq, sonradan bu diyarı Ermənistana birləşdirmək əvəzinə, həmin qarabağlıların fikrini soruşmaq lazımdır.

Təəccüblü deyil ki, dünya birliyinin “miatsum”a bu cür mənfi, yeri gəlmişkən, tamamilə gözlənilən və beynəlxalq hüquq baxımından haqlı münasibəti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını və məcburi köçkünlərin öz evlərinə qaytarılmasını tələb edən çoxsaylı qətnamələr qəbul olunmasında öz əksini tapmışdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib