Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dağlıq Qarabağ münaqişəsi: ABŞ və Fransanın “kreativ təklifləri” fonunda

Dağlıq Qarabağ münaqişəsi: ABŞ və Fransanın “kreativ təklifləri” fonunda

Son vaxtlar erməni ekspert dairələri Dağlıq Qarabağla bağlı vəziyyətin daha da mürəkkəbləşdiyini bildirir, bunu əsas olaraq ABŞ və Fransanın regionda fəallaşması ilə əlaqələndirirlər. Daha konkret ifadə etsək, onlar bu iki ölkə rəhbərliyinin məsələyə münasibəti ilə əlaqədar “yeni məqamlar”ın meydana çıxdığından bəhs edirlər. O cümlədən Donald Tramp, Emmanuel Makron və Mayk Pompeonun Azərbaycan rəhbərliyinə ünvanladıqları məktubları və Fransanın xarici işlər naziri Jan-İv Le Drianın regiona səfəri kontekstində proqnozlar verməyə cəhd edirlər. Bu proseslərin münaqişənin həllinə necə təsir edə biləcəyi həqiqətən maraqlı məsələdir. Ancaq onlara geniş və obyektiv mövqedən yanaşdıqda, bir sıra ekspertlərin təqdim etməyə çalışdıqları mənzərədən tamamilə fərqli bir vəziyyətin olduğu aydın olur. Məsələnin bu aspekti üzərində geniş dayanmağa ehtiyac görürük.

Diplomatik fəallıq: səbəblər və görüntü

Kütləvi informasiya vasitələri ABŞ və Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşdığı haqqında məlumatlar yayır. Donald Tramp və Emmanuel Makronun Azərbaycan rəhbərliyini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik etməsi ilə yanaşı, bu iki ölkənin digər rəsmi şəxslərinin də prosesə qatılması bu tezisi təsdiq edir. O cümlədən ABŞ dövlət katibi Mayk Pompeo da Azərbaycan hökumətini və xalqını yubileylə bağlı təbrik edib və Fransanın xarici işlər naziri Azərbaycanla Ermənistana səfər edərək, müəyyən mesajlar verib.

Artıq KİV-də geniş surətdə D.Trampın Azərbaycan rəhbərliyi ilə münaqişənin sülh yolu ilə həlli üçün birgə çalışmağa hazır olduğu və yaxın aylarda bu istiqamətdə fəallığın nümayiş etdiriləcəyi haqqında ifadə etdiyi fikirləri təhlil edilir. ABŞ Prezidentinin nə demək istədiyi üzərində erməni siyasi və ekspert dairələri də baş sındırırlar. Ekspertlər üçün əsas müəmma D.Trampın qarşıdan gələn aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılacağını vurğulaması ilə bağlıdır. Söhbət hansı imkanlardan gedir? Amerika nə kimi proseslərə ümid edir ki, onlar münaqişənin sülh yolu ilə həllinə yeni imkanlar yaradır?

Bu sualların cavablarını bir sıra ekspertlər E.Makronun və M.Pompeonun yazdıqları məktublardakı fikirlərin məzmununda və Fransanın xarici işlər naziri Jan-İv Le Drianın Bakı və İrəvanda söylədikləri fikirlərin kontekstində axtarmağa çalışırlar. Ancaq bu siyasətçilər yeni nə deyiblər?

E.Makron Prezident İlham Əliyevə ünvanladığı məktubda vurğulayıb ki, Fransa münaqişənin danışıqlar yolu ilə həlli üçün əlindən gələni edəcək və heç bir şeyi əsirgəməyəcək. Fransanın dövlət başçısı onu da ifadə edib ki, Azərbaycan gələcək məsələlərin həllində və Avropa İttifaqı ilə yaxınlaşmada da Fransaya etibar edə bilər. Bu ilin iyul ayında isə E.Makron İlham Əliyevin Parisə səfər edəcəyinə ümid etdiyini bildirib.

Dövlət katibi M.Pompeo isə vurğulamışdı ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların intensivləşdirilməsini ən tez zamanda görmək istərdi. Fransanın xarici işlər naziri Jan-İv Le Drian da mayın 27-də (maraqlıdır, fransalı nazir Azərbaycanda mayın 27-də, Ermənistanda isə mayın 28-də olub, yəni bu ölkələrin müstəqilliklərini elan etdikləri gündə həmin ölkələrdə olmayıb) Bakıda bəyan edib ki, yaxın aylarda münaqişənin tənzimlənməsi üzrə intensiv danışıqların başlayacağına ümid edir. Bu zaman o, mövcud status-kvonun və müharibənin qəbuledilməz olduğunu da vurğulayıb.

İrəvanda isə fransalı nazir münaqişənin həllinə müsbət təsir edən hər bir “kreativ təklif”ə dəstək verməyə hazır olduqlarını bəyan edib. Münaqişənin həlli istiqamətində faydalı ola biləcək hər bir yanaşmanı qəbul etdiklərini bildirib.

ABŞ və Fransa rəsmilərinin yuxarıda vurğuladığımız fikirləri hansı məqamları əks etdirir və onlar üçün ortaq mövqe nələrdə ifadəsini tapıb? Hər iki ölkənin prezidentləri və xarici işlər nazirləri faktiki olaraq məzmun və məqsədə görə yeni heç bir şey deməyiblər. Onlar iki məqamı qabardıblar: münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində fəal addımlar atmaq gərəkdir və müharibə qəbuledilməzdir! Bu barədə illərdir ki, həmsədr dövlətlərin başçıları deyirlər. Fransanın xarici işlər naziri onu da ifadə edib ki, status-kvonu dəyişmək gərəkdir. Bu haqda da dəfələrlə fikir bildirilib. Həmsədr dövlətlərin rəhbərləri bir neçə dəfə bu barədə danışıblar ki, bu da sənədlərdə öz əksini tapıb. Ancaq status-kvonun dəyişməsi üçün onlar real heç bir addım atmayıblar.

Süni manevrlərdən imtina: təcavüzkara dəstəyin iflası

Deməli, Qərb Dağlıq Qarabağda müharibənin alovlanmamasını və danışıqları sürətləndirməyi tələb edir. Vəssalam! Bu zaman status-kvodan da danışmaq olar, geosiyasi maraqları da müzakirəyə çıxarmaq mümkündür və hətta əməkdaşlığın müxtəlif aspektlərini münaqişə ilə bağlı aparılacaq danışıqlara müncər etmək də olar. Ancaq bütün bunların həqiqi mənada münaqişənin həllinə yardım edəcəyi barədə susurlar. Yalnız ümid verilir, lakin silahlı münaqişəyə "yox" deyilir.

Erməni siyasi dairələrinin, ekspertlərinin və onları yönləndirənlərin "yeni vəziyyət" adlandırdıqları durumun "yeniliyi" məhz yuxarıda vurğuladığımız iki məqamla əlaqəlidir. Bunun da iki aspekti vardır. Əvvəla, qlobal miqyasda cərəyan edən hadisələrin məntiqinə uyğun olaraq ABŞ və Fransa Qafqazda fəallaşmağa çalışırlar. İkincisi, onlar havadarlıq etdikləri Ermənistanın məğlubiyyətinə razı olmur, müxtəlif üsullar və bəhanələrlə İrəvanı düşdüyü acınacaqlı və məğlub vəziyyətdən çıxarmağa çalışırlar.

Birinci aspekt Vaşinqton və Parisin dünyada gedən proseslərlə bağlı narahatlıqlarını ifadə edir. Baxın, Suriyada da məhz bu iki dövlət aqressiv və ədalətsiz mövqe tutublar. Böyük Britaniya və Almaniya onlara qoşulmur. ABŞ və Fransa Suriyada terrorçulara dəstək verir, Münbicə öz xüsusi təyinatlılarını yerləşdirir, terrorçulara külli miqdarda silah satır, bununla Yaxın Şərqdə geosiyasi mənzərənin normallaşmasına mane olurlar. Rusiya, Türkiyə və İrana qarşı müxtəlif radikal addımlar ataraq, öz maraqlarını nəyin bahasına olur-olsun təmin etməyə çalışırlar. İndi bu "cütlük" Dağlıq Qarabağla bağlı "narahat olubmuş"!

Bununla onların münaqişənin ədalətli həlli üçün çalışmadıqları tam aydın olur. Çünki bir dəfə də olsun işğalçıya "Azərbaycan torpaqlarını tərk et" deyilmir. Əvəzində, ibarəli diplomatik ifadələrlə sülhdən, "kreativ təkliflər"dən, müharibə etməyin qorxularından, danışıqları sürətləndirməkdən, yəni tələsməkdən bəhs edirlər. Bütün bunların arxasında isə əsl həqiqəti gizlədirlər.

Məsələ ondan ibarətdir ki, Azərbaycan rəhbərliyi müstəqil siyasət yeridir. Prezident İlham Əliyev Rusiya, Türkiyə və İranla normal münasibətlərin inkişafına çalışır. Seçkidən sonra ölkə başçısı ilk səfərini Türkiyəyə, oradan da Böyük Britaniyaya etdi. Bundan başqa, Suriyada ABŞ və Fransanın antitürkiyə mövqedə olduqları məlumdur. İndi Vaşinqton və Paris Cənubi Qafqazda təşəbbüsü ələ almağa, o cümlədən Azərbaycan-Türkiyə-Rusiya-İran əməkdaşlığına mane olmağa qərar verən kimi görünürlər. Amerika və Fransa rəhbərliyinin Azərbaycanla əməkdaşlığın müxtəlif sahələrini vurğulamaları bu anlamda faktiki olaraq şərt kimi səslənir. Yəni bizimlə əməkdaşlıq etmək istəyirsinizsə ... filan şərtlər olmalıdır.

Təbii ki, ermənilər həmişə olduğu kimi, bu dəfə də ABŞ və Fransanın direktivlərinə boyun əyməyə hazırdırlar. Həm də bu iki ölkənin atdığı addımlar Ermənistanı qorumağa xidmət edir. Buna görə də İrəvanın aldadıcı manevrlər və xüsusi taktiki gedişlər edib, özünü sülhsevər kimi göstərməyə çalışacağını təxmin etmək olar. Azərbaycan isə heç bir halda müstəqil siyasətindən dönməyəcək. Dağlıq Qarabağ məsələsi də yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması şərti ilə həll edilə bilər.

Bundan başqa, Azərbaycan hər bir ölkə ilə ancaq bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq formatına uyğun əlaqə qurur və bu, davam etməkdədir. Həmin prinsipdən kənara çıxanlarla Azərbaycanın əməkdaşlığı çətin ki, baş tutsun.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, rəsmi Bakı nəticəsiz danışıqları uzun müddət davam etdirmək fikrində olmadığını dəfələrlə ifadə edib. Əgər ABŞ və Fransa doğrudan da danışıqların sürətlənməsini arzulayırlarsa, diplomatik manipulyasiyalara, gəlişigözəl sözlərlə real acınacaqlı vəziyyəti gizlətmək cəhdlərinə son qoymalıdırlar. Onlar təcavüzkara işğal etdikləri ərazilərdən rədd olmaları üçün təzyiq etməlidirlər. Bundan kənar "kreativ təkliflər"in nədən ibarət olduğu xeyli qeyri-müəyyəndir. Yəni süni oyunların limiti tükənib və bunu İrəvanla yanaşı, Vaşinqton və Parisdə də anlamalıdırlar!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr