Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Daily News Hungary” portalı Azərbaycanın və Macarıstanın strateji tərəfdaşlığı haqqında yazıb

“Daily News Hungary” portalı Azərbaycanın və Macarıstanın strateji tərəfdaşlığı haqqında yazıb

Budapeşt, 1 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə bu ölkənin ən iri ingilisdilli informasiya-analitik orqanı olan “Daily News Hungary” portalına geniş müsahibə verib.

AZƏRTAC xəbər verir ki, nəşrin müxbiri iki dövlət arasında münasibətlərin demək olar bütün spektrini əhatə edən suallar verib. Diplomat həmin sualları cavablandıraraq qeyd edib ki, Azərbaycan Macarıstanı qardaş ölkə hesab edir. İki ölkənin ortaq tarixi köklərə, dəyərlərə və ənənələrə malik olmasını xüsusi vurğulayıb. T.Tağızadə deyib: “Macar millətinin əsasını təşkil edən on qəbilədən üçü türk mənşəli olub. Hətta belə bir ehtimal var ki, bu ölkənin adı “On-oqur” (“On ox”) sözlərindən əmələ gəlib. Bizans imperatorlarının macar qəbilələri konfederasiyasının birinci rəhbəri Arpada məktublarında ünvan sahibi “türk qəbilələrinin knyazı” adlandırılıb”.

Azərbaycan ilə Macarıstanı bir sıra sahələrdə əməkdaşlıq edən strateji tərəfdaşlar adlandıran səfir dünyanın ən gözəl paytaxtlarından birində Vətəni təmsil etmək üçün təyin olunmasını özünə böyük şərəf hesab etdiyini bildirib.

Səfirin fikrincə, macarlar və azərbaycanlılar arasında oxşar cəhətlər çoxdur. Tağızadə deyib: “Sizin xalqınızın qonaqpərvərliyi mənə öz həmvətənlərimizi xatırladır. Bir məqam xüsusilə xoşagələndir: hətta ilk dəfə qarşılaşdığın macar deyir ki, ona istənilən vaxt zəng vurmaq olar. Özü də həmin adam bu sözləri sadəcə nəzakət xatirinə deyil, tam səmimi deyir. Ölkənizin azərbaycanlılara, bizim tələbələrə və bizim diasporun üzvlərinə dostcasına münasibətini çox yüksək qiymətləndirirəm”.

İki lider arasında işgüzar dostluq münasibətlərini əməkdaşlıqda mühüm rol oynayan amil kimi səciyyələndirən səfir xüsusi vurğulayıb ki, hazırda Azərbaycan-Macarıstan parlamentlərarası işçi qrupunda sədrlik Milli Məclisin sədrinin birinci müavini səviyyəsində həyata keçirilir. Bu, Azərbaycanın və Macarıstanın ikitərəfli münasibətləri yüksək səviyyədə saxlamağa sadiq olmasını təsdiq edir. Səfir böyük məmnunluqla qeyd edib ki, pandemiyadan sonra həyat normal məcraya qayıdır, bu isə tədbirlər təşkil etməyə imkan verir. Fevralın əvvəlində Bakıda İqtisadi əməkdaşlıq üzrə Macarıstan-Azərbaycan Birgə Komissiyasının 8-ci iclası keçirilib. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun müşayiəti ilə 24 macar firmasının nümayəndələri Macarıstan-Azərbaycan biznes-forumunda iştirak ediblər. Azərbaycanlı diplomat macar şirkətlərini Qarabağda bərpa və yenidənqurma işlərinə cəlb etmək niyyətinin qəti olmasını təsdiq edib.

Bu yaxınlarda iki ölkə Azərbaycan ilə Macarıstan arasında diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd edib. Şopron Universitetinin Botanika bağında ağacəkmə mərasimi keçirilib, Budapeştin mərkəzi rayonlarından biri olan Hunyadi meydanında isə fotosərgi açılıb. Mayın 27-də Budapeştdə Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edilib. Respondent vurğulayıb: “Bizim həmin tədbirdə mən Macarıstan Milli Məclisinin sədrinin müavini, fəxri qonaq Şandor Lejakı salamlamaq şərəfinə nail oldum və onun sözləri məni bir daha inandırdı ki, Macarıstan bizim ikitərəfli münasibətlərə böyük əhəmiyyət verir. Biz qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşəcəyinə ümid edirik.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Budapeştdə açılmış Azərbaycan Evi barədə söhbət açan səfir qeyd edib ki, bu məkan təkcə Macarıstanda deyil, bütün Mərkəzi Avropa regionunda Azərbaycan diasporunun sıx birləşməsində mühüm rol oynayır. Azərbaycan Evində müntəzəm olaraq müxtəlif mədəni tədbirlər, dil kursları və Azərbaycanın əlamətdar günlərinə həsr edilmiş yığıncaqlar keçirilir. 2022-ci il aprelin 30-da burada “Erməni vandalizmi: işğaldan əvvəl və sonra” adlı fotosərgi təşkil edilib. Bundan əlavə, Ukraynadan qaçan azərbaycanlı qaçqınların yaşayış yerinə ehtiyacı olduğu dövrdə Budapeştdəki Azərbaycan Evi öz qapılarını onların üzünə açıb. Tağızadə deyib: “Biz həmvətənlərimizin və onların ailə üzvlərinin Azərbaycana təhlükəsiz getmələrinin təmin olunmasında sıx əməkdaşlıq etmişik”.

2022-ci il müzəffər Vətən müharibəsi haqqında sualı cavablandıran səfir deyib ki, Azərbaycan üçün təkcə müharibənin özündə qalib gəlmək deyil, həm də qəti sülhə nail olmaq vacib idi. O, Azərbaycanın azad edilmiş ərazilərində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanını xatırladıb. Tağızadə deyib: “Minalardan təmizləmə, bərpa və yenidənqurma prosesləri davam edir. Füzulidə cəmi 8 ay ərzində tikilib istifadəyə verilmiş aeroport artıq tam həcmdə fəaliyyət göstərir. Zəngilanda və Laçında daha iki hava limanı inşa prosesindədir. Şuşaya gedən “Zəfər yolu”nun tikintisi başa çatıb. Azad edilmiş ərazilərdə “ağıllı kəndlər” yaradılır. Bundan əlavə, Azərbaycan həmin regionlarda mövcud olan bərpaolunan enerji mənbələri potensialına diqqəti cəlb edir və “yaşıl” energetika konsepsiyasını həyata keçirməyə çalışır. Azad edilmiş ərazilərdə keçirilən tədbirlər bir növ lakmus kağızını xatırladır: belə tədbirlər ölkənin bütün ərazisində həyata keçiriləcək. Şuşada çoxsaylı tədbirlər keçirilir, bu şəhər Azərbaycanın mədəni paytaxtı kimi çoxəsrlik imicə malikdir. Şəhər işğaldan azad ediləndən sonra bu il ikinci dəfə orada “Xarıbülbül” musiqi festivalı keçirilib. Azərbaycanda yaşayan müxtəlif etnik qrupların nümayəndələri festivalda öz milli mahnı və rəqslərini təqdim ediblər. Biz Azərbaycan cəmiyyətinin multikultural xarakterini və Azərbaycanın bütün vətəndaşlarının etnik mənşəyindən və ya dini mənsubiyyətindən asılı olmayaraq, onların hüquq və dəyərlərinə dərin hörmət bəslədiyimizi növbəti dəfə bütün dünyaya nümayiş etdirdik. Qeyd etmək lazımdır ki, 2023-cü ildə Şuşa bütün türk dünyasının mədəni paytaxtı, Macarıstanın Vesprem şəhəri isə Avropanın mədəni paytaxtı olacaq. Bununla əlaqədar, gələn il iki şəhər arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur”.

Ermənistan ilə Azərbaycan arasında onilliklər boyu davam etmiş münaqişə barədə söhbət açan diplomat vurğulayıb ki, münaqişə artıq keçmişdə qalıb. Ermənistan Azərbaycan tərəfindən irəli sürülən beş prinsip əsasında sülh müqaviləsini imzalamağa razılaşıb. Həmin prinsiplər bunlardır: bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı tanımaq; bir-birinə qarşı ərazi iddiaları olmamasını qarşılıqlı təsdiq etmək və gələcəkdə belə iddialar təqdim edilməyəcəyi barədə hüquqi öhdəliklər götürmək; bir-birinin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı BMT-nin Nizamnaməsinin məqsədləri ilə bir araya sığmayan hər hansı başqa üsulla güc tətbiq etməyin və ya tətbiq etmək barədə hədələməyin yolverilməzliyi; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlər qurulması; nəqliyyat kommunikasiyalarının açılması, yeni kommunikasiyalar qurulması və qarşılıqlı maraq doğuran başqa sahələrdə əməkdaşlıq.

Tağızadə gələcək sülh müqaviləsinin Azərbaycan tərəfindən təklif edilmiş və Ermənistan tərəfindən qəbul olunmuş əsas prinsiplərini işıqlandırmaqdan əlavə, sərhədlərin delimitasiyası məsələsinə də toxunaraq xatırladıb ki, delimitasiya komissiyasının tərkibi barədə iki ölkə arasında razılıq əldə edilib. Səfir deyib: “Biz regional inteqrasiyanı və dinc inkişafı dəstəkləyirik. Ümidvaram ki, Ermənistan da Cənubi Qafqazdakı bütün dövlətlərin bundan sonrakı sosial-iqtisadi inkişafına şərait yaradacaq regional infrastruktur və enerji layihələrinə qoşulmağı qərara alacaq. Təəssüf ki, son vaxtlar Ermənistanda bəzi müxalifətçi qüvvələr özlərinin tamahkar daxili siyasi məqsədlərini əsas götürərək yenidən bütün regionun təhlükəsizliyinə təhdid edən şüarlar irəli sürməyə başlayıblar. Lakin bir fakt ümid doğurur ki, Şarl Mişelin iştirakı ilə üçtərəfli görüşdən sonra mayın 24-də iki dövlətin sərhədində delimitasiya komissiyasının birinci iclası keçirilib”.

Diplomat Ukraynada münaqişə mövzusuna toxunaraq qeyd edib ki, Azərbaycan bu ölkənin suverenliyini və ərazi bütövlüyünü tamamilə və qeyd-şərtsiz dəstəkləyir. Müharibə başlayandan bəri Azərbaycan Ukraynaya dəfələrlə humanitar yardım göstərib, o cümlədən karbohidrogenlər tədarük edib.

2022-ci il fevralın 22-də Rusiya Federasiyasının və Azərbaycan Respublikasının liderləri “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında” Bəyannamə imzalayıblar. Bəyannaməyə müvafiq olaraq, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında qururlar”. Azərbaycanın ikitərəfli münasibətlərində həmişə olduğu kimi, bu sənəd də hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib və yalnız Rusiya ilə Azərbaycanın münasibətlərinə aiddir.

Macar nəşrinin respondenti qeyd edib ki, Ukraynada müharibə həm də çox böyük humanitar ölçüyə malikdir. Hərbi əməliyyatlar nəticəsində çoxsaylı insanlar Ukraynadan qonşu ölkələrə qaçıblar. Macarıstan 500.000-dən 700.000-ə qədər qaçqın qəbul edib. Təqribən 1500 nəfər səfirliyin kanalları vasitəsilə sağ-salamat Bakıya göndərilib. Bu insanlar arasında Ukraynada yaşayan Azərbaycan vətəndaşları, onların ailə üzvləri, habelə Azərbaycan mənşəli ukraynalılar olub. Səfir “WizzAir” şirkətinə, Macarıstanın qeyri-hökumət təşkilatlarına, dövlət müəssisələrinə və qiymətli kömək göstərənlərin hamısına təşəkkürünü bildirib.

Tağızadə Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rolunu da qeyd edib. O xatırladıb ki, Birgə Komissiyanın son iclasında Macarıstan XİN rəhbəri Peter Siyarto 2023-cü ilin axırlarından başlayaraq, Cənubi Avropadan keçməklə Azərbaycandan təbii qaz idxalı barədə aparılan danışıqlardan söhbət açıb. Müharibə alternativ enerji mənbələrinə, neftin və qazın Avropa İttifaqına çatdırılmasının alternativ marşrutlarına ehtiyacı gücləndirib. Qeyd etmək lazımdır ki, Azərbaycan özünün neft-qaz ehtiyatlarının ixracını siyasi vasitə hesab etmir. Bu, əsasən kommersiya məsələsidir. Daha bir mühüm məqam ondan ibarətdir ki, Avropa ölkələri neftin və qazın yeni mənbələrini axtarmaqla bərabər, həm də bərpaolunan enerji mənbələrinə sərmayə qoyurlar. Macarıstan özünün təbii qazdan asılılığını nüvə enerjisinə investisiya qoyulması yolu ilə azaltmağı mümkün hesab edir. Bununla əlaqədar, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud olan bərpaolunan enerji potensialı Avropa İttifaqı ilə Azərbaycan arasında, həmçinin Macarıstanla Azərbaycan arasında “enerji dialoqu” çərçivəsində yeni əməkdaşlıq sahəsi ola bilər. Eyni zamanda, Xəzər hövzəsi “REPowerEU” layihəsinin həyata keçirilməsində və gələcəkdə təbii qaz tədarükünün şaxələndirilməsində mühüm rol oynaya bilər”.

Səfir müsahibəsinin sonunda azərbaycanlılarla macarların ortaq dəyərlərə və baxışlara malik olmasını bir daha qeyd edib. “Bizim nitqimiz tamamilə fərqli səslənir, lakin oxşar sözlər və cümlələrin oxşar strukturlarını tapmaq olar. Macar dili öyrənilməsi asan olan dil deyil”, - deyə etiraf edən diplomat Papa Fransiskin bu yaxınlarda Macarıstanda səfərdə olarkən macar dili barədə yumoristik kəlamını xatırlayıb: “Səmada nə üçün macar dilində danışacağıq? Ona görə ki, bu dilin öyrənilməsinə əbədiyyət qədər vaxt lazımdır!”

Nəhayət, Tağızadə Avropanın ən gözəl paytaxtlarından biri olan Budapeştə valeh olduğunu da gizlətməyib. O deyib: “Bu məsələnin müzakirəyə ehtiyacı yoxdur. Gödeldəki Kral sarayı, Villani və Sikloşadakı ucsuz-bucaqsız üzümlüklər və Sentendrenin əyri-üyrü gözəl küçələri məni heyran etdi”.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu