SİYASƏT
DAİRƏ VƏ MƏNTƏQƏ SEÇKİ KOMİSSİYALARINDA SEÇKİLƏRƏ HAZIRLIQ DAVAM EDİR
140 saylı Göygöl-Daşkəsən seçki dairəsi dairə və məntəqə seçki komissiyalarının binalarında təmir işləri başa çatdırıldıqdan sonra onlar lazımi avadanlıqla təmin edilmişdir. Kompyuterlər internetə qoşulmuşdur.
Seçici siyahıları və əhalinin hansı məntəqədə səs verəcəyi dəqiqləşdirilmişdir.
Dairə seçki komissiyasının sədri Abbas Zalov AZƏRTAC-a demişdir ki, hər iki rayon üzrə 40 min 903 seçici qeydə alınmışdır. Seçicilərin 33 min 893 nəfəri Göygöldəki 45 məntəqədə, 7 min 10 nəfər isə Daşkəsəndəki 28 seçki məntəqəsində səs verəcəkdir.
Bu il ilk dəfə səs verənlərin də sayı müəyyənləşdirilmişdir. Hər iki rayondan bu dairənin məntəqələrində ilk dəfə səs verəcək 1380 nəfər gənc seçici ilə bir neçə dəfə görüş keçirilmiş, seçkilərin əhəmiyyəti barədə söhbətlər aparılmışdır.
Gənclərin şəxsiyyət vəsiqəsi ilə təmin olunması da başa çatmaq üzrədir.