Danimarka hökuməti Ukraynanın bərpası üçün bir milyard avro ayıracaq
Stokholm, 30 aprel, AZƏRTAC
Danimarka müharibədən zərər çəkmiş Ukraynanın bərpası üçün bir milyard avro ayıracaq.
AZƏRTAC Danimarka mətbuatına istinadən xəbər verir ki, ölkə hökumətinin müvafiq proqramının əsas məqsədi Ukraynanın bərpasına kömək etməkdən ibarətdir.
Ukraynaya səfəri əsnasında Danimarkanın İqtisadiyyat naziri Troels Lund Poulsen deyib: “Nikolayev şəhərinin bərpası bu proqramın əsas diqqət mərkəzində olacaq”.
Danimarkanın iqtisadiyyat nazirinin sözlərinə görə, ölkəsi azad dünya ölkələri ilə yanaşı, Ukraynanın da azadlıq mübarizəsini dəstəkləməyə davam edir. "Bu səbəbdən biz ukraynalılara hərbi texnika, maliyyə və onların mübarizəsini dəstəkləmək üçün təlimlə dəstək verməyə davam edəcəyik", - deyərək Poulsen bildirib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]