Darxan Kıdırəli: Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələr təqdirəlayiqdir
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələr təqdirəlayiqdir. Tolerantlıq, multikulturalizm bu ölkənin mühüm dəyərləridir. Azərbaycanda əsrlərboyu müxtəlif millətlərin nümayəndələri sülh şəraitində yaşayıblar. Bu, Azərbaycanın böyük uğurlarından biridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli deyib.
Altıncı Qlobal Bakı Forumunda iştirak etdiyini bildirən Beynəlxalq Türk Akademiyasının prezidenti Forumda aktual məsələlərin müzakirə olunduğunu vurğulayıb. O bildirib ki, dünyada mövcud olan problemlərin çoxunun səbəbi dövlətlərin, millətlərin bir-biri ilə dialoq qura bilməməsidir. Qlobal Bakı Forumunda dövlət rəsmiləri, siyasətçilər, diplomatlar bu məsələləri ətraflı müzakirə edirlər. Onlar, eyni zamanda, Azərbaycanı daha yaxından tanımaq imkanı əldə edirlər, buradakı tolerantlığın şahidi olurlar.
Darxan Kıdırəli Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilməsindən qürur duyduğunu bildirərək, bunun Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə verilən yüksək qiymət olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]