“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin sədri Bərdədə vətəndaşların müraciətlərini dinləyib
Bakı, 20 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Bərdə şəhərində Goranboy, Tərtər, Bərdə, Ağdam, Yevlax və Ağdaş rayonlarından, həmçinin Naftalan və Mingəçevir şəhərlərindən olan vətəndaşlarla görüşüb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda 23 vətəndaş iştirak edib. Qəbula gələnlər daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyatı, kadastrı, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlər barədə müraciət ediblər. Qəbul zamanı bəzi məsələlər həllini tapıb, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri barədə ətraflı məlumat və izahat verilib.