DAŞKƏNDDƏKİ SƏFİRLİYİMİZ AZƏRBAYCAN DİASPORU İLƏ BİRGƏ MƏRASİM KEÇİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənddəki Azərbaycan məscidində ölkəmizin Özbəkistandakı səfirliyi yerli diasporumuzun üzvləri ilə birgə 20 Yanvar façiəsinin 15-ci ildönümü ilə əlaqədar mərasim keçirmiş, ehsan vermişdir.
Mərasimin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin “20 Yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında” Sərəncamı oxunmuşdur. Bildirilmişdir ki, 15 il əvvəl Bakıda törədilmiş bu qanlı faciə Almatıda, Tbilisidə, Vilnüsdə baş vermiş qanlı hadisələrin daha ağır və qəddarcasına təkrarı idi.
Sonra mərasim iştirakçılarına 20 Yanvar faciəsi ilə bağlı videofilm göstərilmiş, onlara bu haqda məlumatlar toplusu paylanmışdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]