DAXİLİ İŞLƏR NAZİRLİYİNİN “QAYNAR XƏTTİ” 102 ZƏNG XİDMƏTİNƏ İNTEQRASİYA OLUNMUŞDUR
AZƏRTAC Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, qurumun “102 Zəng mərkəzi”nin daha mükəmməl avadanlığa və geniş imkanlara malik olması, həbelə 24 saat fəsiləsiz fəaliyyət göstərməsi nəzərə alınaraq, nazirliyin “Qaynar xətti” 102 zəng xidmətinə inteqrasiya olunmuşdur.
Bununla əlaqədar, 2009-cu ilin yanvarından etibarən polis əməkdaşlarından şikayətlərlə bağlı nazirliyin “102 Zəng mərkəzi”nə müraciət etmək lazımdır.