DÇ-2026: Harri Keynin vurduğu qollar İngiltərə millisini 1/8 finala daşıyıb
Bakı, 1 iyul, AZƏRTAC
İngiltərə millisi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Konqo üzərində əzmkar qələbə qazanaraq növbəti raunda yüksəlib.
AZƏRTAC xəbər verir ki, Atlanta şəhərində baş tutan qarşılaşmada ilk qolu Afrika təmsilçisi vurub. Brian Sipenqa 7-ci dəqiqədə hesabı açaraq komandasını önə keçirib.
Fasilədən sonra oyunun gedişatını dəyişən İngiltərə yığması Harri Heynin 75 və 86-cı dəqiqələrdə vurduğu qollarla 2:1 hesablı qələbəyə nail olub.
Bu nəticədən sonra İngiltərə millisi 1/8 final mərhələsində Meksika yığması ilə üz-üzə gələcək.
Bu gün, iyulun 2-nə keçən gecə saat 00:00-da Belçika millisi Seneqal seçməsi ilə qarşılaşacaq. Günün son matçında ev sahibi ABŞ yığması Bosniya və Herseqovina millisini sınağa çəkəcək. Qarşılaşma saat 04:00-da start götürəcək.
Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa və Meksika yığmaları 1/8 finala vəsiqə qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]