DÇ-2026: İngiltərə millisi Panamaya qalib gələrək qrup birincisi olub
Bakı, 28 iyun, AZƏRTAC
Futbol üzrə dünya çempionatının qrup mərhələsinin oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, L qrupunun III turu çərçivəsində İngiltərə və Panama yığmaları qarşılaşıb. "Nyu-York/Nyu-Cersi" stadionunda baş tutan görüş Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesab 62-ci dəqiqədə açılıb, İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem fərqlənib. Bu qoldan 5 dəqiqə sonra – qarşılaşmanın 67-ci dəqiqəsində Harri Keyn rəqib qapısına yol taparaq komandasının üstünlüyünü möhkəmləndirib.
Bu qələbə sayəsində xallarının sayını 7-yə çatdıran Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv L qrupunu birinci sırada tamamlayaraq pley-off mərhələsinə vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]