DÇ-2026: K qrupunda sonuncu turun oyunları start götürüb
Bakı, 28 iyun, AZƏRTAC
Futbol üzrə dünya çempionatında K qrupunun sonuncu – III turunun qarşılaşmalarına start verilib.
AZƏRTAC xəbər verir ki, qrupdan çıxmaq uğrunda mübarizə aparan Kolumbiya və Portuqaliya yığmaları Mayami stadionunda üz-üzə gəlirlər. Bu gərgin qarşılaşmanın baş hakimi avstraliyalı FIFA referisi Alireza Faqanidir.
Qrupun paralel keçirilən digər oyununda isə Konqo Demokratik Respublikası və Özbəkistan seçmələri qarşılaşırlar. Atlanta stadionunda baş tutan matçı almaniyalı ədalət təmsilçisi Feliks Svayer idarə edir.
Qeyd edək ki, eyni vaxtda başlayan bu oyunların nəticəsində K qrupundan pley-off mərhələsinə yüksələcək komandaların adlarına aydınlıq gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]