DÇ-2026: Kolumbiya qrup birincisi olub, Portuqaliya və Konqo növbəti mərhələyə adlayıb
Bakı, 28 iyun, AZƏRTAC
Futbol üzrə dünya çempionatında K qrupunun sonuncu – III turunun oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, qrupun mərkəzi qarşılaşmasında Kolumbiya və Portuqaliya yığmaları üz-üzə gəliblər. Mayami stadionunda keçirilən görüşdə hesab açılmayıb – 0:0. Bu nəticədən sonra xallarını 7-yə çatdıran Kolumbiya qrup lideri olub. Portuqaliya isə 5 xalla qrupu ikinci sırada tamamlayaraq 1/16 finala vəsiqə qazanıb.
Qrupun digər həlledici oyunu Atlanta stadionunda Konqo Demokratik Respublikası və Özbəkistan seçmələri arasında keçirilib. Görüş Afrika təmsilçisinin 3:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 10-cu dəqiqədə Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov açsa da, Konqo geridönüş etməyi bacarıb. Afrika komandasına qələbə gətirən qolları Yoan Vissa (68-ci dəqiqə penaltidən, 90+1-ci dəqiqə) və İbrahim Mayele (78-ci dəqiqə) vurublar.
Bu vacib qələbə sayəsində Konqo yığması da turnirin pley-off mərhələsinə yüksəlməyi rəsmiləşdirib. Özbəkistan isə dünya çempionatı ilə vidalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]