Dehli aeroportunda fövqəladə vəziyyət elan olunub
Pekin, 28 mart, AZƏRTAC
Martın 28-də “IndiGo” şirkətinə məxsus təyyarənin mühərrikində yaranan nasazlıq səbəbindən təcili eniş etməsi ilə əlaqədar Dehli hava limanında tam fövqəladə vəziyyət elan olunub.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, fövqəladə vəziyyət yerli vaxta saat 10:39-da Visakhapatnamdan Dehliyə uçan “Boeing 737” tipli sərnişin təyyarəsinin təcili enişi barədə qərarın qəbulundan sonra elan edilib. Enmə mərhələsindən əvvəl pilotlar mühərrikdə nasazlıq aşkarlayıblar. Ehtiyat tədbir olaraq pilotlar təcili eniş istəyiblər. Rəsmi açıqlamada deyilir ki, göyərtəsində 161 sərnişin olan təyyarədə saat 10:54-də təhlükəsiz eniş edib.
Aviaşirkət müvafiq orqanlara məlumat verildiyini, təyyarənin hazırda lazımi yoxlamalardan və texniki xidmətdən keçdiyini açıqlayıb.
Oxşar hadisə fevralda Dehlidən Lehə uçan “SpiceJet” şirkətinə məxsus təyyarədə də qeydə alınıb. Təyyarə havaya qalxdıqdan sonra mühərrikinin nasazlığı səbəbindən Dehlinin İdira Qandi beynəlxalq hava limanına təcili eniş edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]