“Delta Airlines” şirkəti 2020-ci ildə 12 milyard dollardan çox ziyana düşüb
Vaşinqton, 15 yanvar, AZƏRTAC
Amerikanın ən iri aviaşirkətlərindən biri olan “Delta Airlines” şirkəti özünün maliyyə vəziyyəti barədə hesabat dərc edib. Sənəddə göstərilir ki, şirkət 2020-ci ilin son üç ayında çox böyük məbləğdə itki ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, bu şirkət ötən ilin dördüncü rübündə 755 milyon dollar, bütövlükdə 2020-ci ildə isə 12,4 milyard dollar itki verib. Bu, aviaşirkətin mövcud olduğu 100 illik tarixdə ən böyük illik ziyan deməkdir.
Ötən ilin dördüncü rübü üçün müvafiq rəqəmlər daha pis ola bilərdi, lakin bayram mövsümü ilə əlaqədar ABŞ-ın bütün ərazisində səyahətə çıxanların sayı və müvafiq olaraq uçuşların sayı artıb. Digər tərəfdən, bu səyahətlər koronavirusa yoluxanların sayının da artmasına şərait yaradıb.
Bununla belə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ötən ilin dördüncü rübündə uçuşların sayı 60 faizdən çox aşağı düşüb, çünki səfərlərlə bağlı məhdudiyyətlər və koronavirusa yoluxma qorxusu adamların çoxunu evdə qalmağa məcbur edib.
Ekspertlər gözləyirlər ki, növbəti üç ayda bu şirkətin üzləşəcəyi itkinin həcmi gündə 10-15 milyon dollar olacaq.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]