DƏMİRYOLÇULARIMIZ BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDƏCƏKLƏR
Dəmir Yolu İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası Şurasının 26-ci iclası aprelin 13-də Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcəkdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iki gün davam edəcək iclasda ölkəmizi Dəmir Yolu İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Aydın Turabovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcəkdir. Respublikamızın nümayəndələri Azərbaycanda dəmiryolçuların sosial-iqtisadi problemlərinin həlli istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər, əməyin mühafizəsi, əmək müqavilələrinin bağlanması və digər məsələlərə dair görülmüş işlər barədə məlumat verəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]