DƏNİZDƏ EHTİYATSIZLIĞIN ACI NƏTİCƏLƏRİ
Şəhərin bəzi sakinlərinin cəsarəti çox təəccüb doğurur. Çünki bu yay çimərlik mövsümünün lap əvvəlində Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzi dəniz suyunda həddindən artıq çox zərərli maddə yığıldığına görə şəhər çimərliyində çimməyi rəsmən qadağan etmişdir. Bu barədə şəhər televiziyası, kütləvi informasiya vastələri ilə əhaliyə məlumat verilmiş və çimərliklərdə xüsusi xəbərdarlıq lövhələri qoyulmuşdur. Təəssüf ki, çimərliklərdə xilasetmə xidmətləri də yoxdur. Beləliklə, dənizdə çimmək həddindən artıq təhlükəlidir və həyəcan doğurur.
Yaranmış vəziyyətdən narahat olan şəhərin hakimiyyət orqanları profilaktik işi gücləndirmiş, çimməyin qadağan olunmasını göstərən lövhələrin sayını artırmış, təhlükəli vəziyyətlərin yaranmasının qarşısını almaq üçün çimərlik zonasında patrul xidməti təşkil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]