Azərbaycan Dövlət İnformasiya Agentliyi

Departament rəhbəri: Qadın futbolunda mental baryerlərin böyük hissəsini aşmışıq - MÜSAHİBƏ

Departament rəhbəri: Qadın futbolunda mental baryerlərin böyük hissəsini aşmışıq - MÜSAHİBƏ

Bakı, 4 may, AZƏRTAC

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva AZƏRTAC-ın suallarını cavablandırıb. O, qadın futbolunun mövcud vəziyyəti və inkişafı, milli komandaların çıxışı və liqaların gələcəyi haqqında danışıb.

- Aşağı yaş qrupları üzrə qızlardan ibarət milli komandaların hazırkı durumu necədir? Əsas problemlər və çatışmazlıqlar nələrdir?

- Aşağı yaş qrupları üzrə milli komandalarımız (U-17 və U-19) son Avropa çempionatının seçmə mərhələsində istədiyimiz nəticələri göstərə bilmədi. Qeydə alınan nəticələr federasiya olaraq həm bizi, həm də futbol ictimaiyyətini məyus etdi. Yəqin razılaşarsınız ki, bu nəticələri yalnız bu günün reallığı ilə əlaqələndirmək düzgün olmaz. Bu vəziyyət müəyyən dövr ərzində formalaşan və tədricən yığılan problemlərin məntiqi nəticəsidir. Digər tərəfdən, rəqiblərimiz çox güclü, futbolda daha formalaşmış və öz sözünü demiş ölkələrdir. Məsələn, Xorvatiyada, Çexiyada, həmçinin Avropanın digər ölkələrində qızlar 6–7 yaşdan futbolla məşğul olmağa başlayırlar. Bizdə isə bu proses əksər hallarda 11–12 yaşdan sonra başlayır, yəni qızlar futbola çox gec gəlirlər. Bu da həm fiziki, həm texniki, həm də oyun təcrübəsi baxımından ciddi fərq yaradır. Amma bunları bəhanə kimi təqdim etmək niyyətində deyilik. Çatışmazlıqları aydın görürük və onların üzərində çalışırıq. Əsas məsələ yığma üzvləri üçün mütəmadi təlim-məşq toplanışlarının sayını artırmaqdır. Düzgün və vahid məşq fəlsəfəsi tətbiq edilməlidir. Fiziki hazırlıq prosesi gücləndirilməlidir. Eyni zamanda beynəlxalq yoldaşlıq oyunlarının sayını da mütləq artırmalıyıq. Yəni hədəfimiz sistemli şəkildə inkişaf etmək və bu fərqləri tədricən aradan qaldırmaqdır. Bunu isə qısa müddətdə reallaşdırmaq mümkün deyil. Biz bunun fərqindəyik və anlayırıq. İnanırıq ki, düzgün planlaşdırma və davamlı iş sayəsində yaxın illərdə daha rəqabətli komandalar formalaşacaq və qızlarımız gələcəkdə bizi sevindirəcəklər.

- Əsas milli komandanın nəticələrini necə qiymətləndirirsiniz?

- Əsas yığmanın builki çıxışlarını ümumilikdə müsbət dəyərləndiririk. Hazırda qrupda 9 xalla ikinci yerdəyik. Birinci yerdə isə qrupun favoriti olan Macarıstan qərarlaşıb. Bu nəticə komandanın inkişaf etdiyini göstərən real göstəricidir. Qarşıda bizi çox vacib iki oyun gözləyir. İyunun 5-də Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda Macarıstana və iyunun 9-da isə səfərdə Şimali Makedoniyaya qarşı son oyunumuz olacaq. Bu iki matç qrupdakı yekun mövqeyimiz baxımından həlledici olacaq və yerimizi müəyyənləşdirəcək. Komandada son illərdə keyfiyyət artımı açıq şəkildə müşahidə olunur. Xüsusilə bəzi oyunçularımızın xarici klublarda legioner həyatı yaşaması onların oyun praktikası və təcrübəsinə müsbət təsir edir. Bu da milli komandamızın çıxışlarında özünü göstərir. Bəzən fikirlər səslənir ki, qrupdakı bəzi rəqiblərimiz zəifdir və milli komandamız qələbələri buna görə qazanır. Amma biz bu yanaşma ilə razı deyilik. Ümumiyyətlə, beynəlxalq futbolda “zəif rəqib” anlayışı çox şərtidir. Yəni belə bir termin demək olar ki, yoxdur. Heç bir komandaya yuxarıdan aşağı baxmaq olmaz. Biz bütün rəqiblərə eyni dərəcədə ciddi yanaşırıq və rəqibin kimliyindən asılı olmayaraq hər oyuna maksimum hazırlıqla çıxırıq. Ən vacib məqamlardan biri odur ki, komanda daxilində inam və birlik mövcuddur. İnanırıq ki, hazırkı kollektiv qrupda yaxşı nəticə göstərməyə qadirdir. Qarşıdakı oyunlara tam fokuslanmışıq və hazırlıq prosesimizi plan üzrə davam etdiririk.

- Qadınlar arasında Yüksək Liqada komanda sayının artırılması gündəmdədirmi? Məsələn, hansı bölgələrdə klublar yaratmağı düşünürsünüz?

- Liqalarda komanda sayının artırılması daim diqqət mərkəzindədir və bu istiqamətdə artıq müəyyən addımlar atmışıq. 2025/2026-cı il mövsümündə ümumilikdə liqalar üzrə komanda sayında artım müşahidə olundu. Xüsusilə aşağı yaş qruplarında yeni mərkəzlərin yaradılması istiqamətində hazırda aktiv iş aparırıq. Aşağı yaş liqalarında daha çox regionlara fokuslanırıq. Məqsəd müxtəlif bölgələrdə, xüsusilə futbolun zəif inkişaf etdiyi zonalarda futbol mərkəzləri yaratmaq və qızların futbola çıxış imkanlarını daha da genişləndirməkdir. Bu yanaşma gələcəkdə həm daxili liqaların inkişafına, həm də milli komandalarımızın keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərəcək. Yüksək Liqada isə proses bir qədər fərqlidir. Burada komandalar əsasən klubların federasiyaya müraciətləri əsasında formalaşır. Yəni biz maraq göstərən klubların liqaya qoşulmasını dəstəkləyirik və iştirakçıların sayı da məhz bu müraciətlərə uyğun müəyyənləşir. Məsələn, bu liqada təkcə Premyer Liqa təmsilçiləri deyil, eyni zamanda qeyri-Premyer Liqa klubları da iştirak edir. Liqaya qoşulan yeni komandaların sayını nəzərə alaraq, 2026/2027-ci illər mövsümündə Yüksək Liqada format dəyişiklikləri də gündəmdədir. Bu məsələlər texniki direktor, eləcə də milli komandaların məşqçiləri ilə birlikdə müzakirə olunacaq. Yekun təkliflər AFFA rəhbərliyinə təqdim ediləcək, təsdiqləndikdən sonra klublara və ictimaiyyətə rəsmi açıqlama veriləcək. Hazırda yeni mövsüm üçün qeydiyyat prosesi başlamadığına görə dəqiq rəqəmlər və konkret klub adlarını açıqlamaq mümkün deyil. Amma əsas istəyimiz həm kəmiyyət, həm də keyfiyyət baxımından liqanı daha da inkişaf etdirməkdir.

- Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu yaxınlarda növbəti dəfə işğaldan azad olunmuş ərazilərə səfər etdi. Səfərin mahiyyəti haqqında danışardınız...

- Bu səfərin mahiyyəti ilə bağlı ümumi olaraq qeyd etmək istərdim ki, əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərdə qadın futbolunun inkişafına real töhfə verməkdir. İlk dəfə 2025-ci ilin avqust ayında AFFA-nın Qadın Futbolu Departamenti tərəfindən “Zəfər yolu” adlı sosial layihə həyata keçirildi. Həmin layihə çərçivəsində qadınlardan ibarət əsas yığma ilə birlikdə Qarabağa səfər etdik. Səfər zamanı Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə olduq, oranın infrastrukturu ilə tanış olduq, rəhbərlik və şagirdlərlə görüşlər keçirdik. Bizim üçün çox önəmli və xüsusi bir görüş təşkil olunmuşdu. Görüş çərçivəsində gələcək əməkdaşlıq imkanları ilə bağlı ilkin müzakirələr apardıq və məktəbə bildirdik ki, bundan sonra Qadın Futbolu Departamenti tərəfindən həyata keçirilən layihələrdə onların da aktiv iştirakını görmək istərdik. Eyni zamanda, bu layihələri həmin bölgəyə gətirməyi planlaşdırdığımızı qeyd etdik. Hədəfimiz həmin bölgələrdə futbolun, xüsusilə qızlar arasında futbolun yenidən canlanmasına nail olmaqdır. Çünki bildiyiniz kimi, bu ərazilərdə qadın futbolu ilə bağlı demək olar ki, heç bir struktur mövcud deyil. Yəni nə liqa, nə komanda, nə də klub var. Bu sistemi faktiki olaraq sıfırdan qurmaq tələb olunur. Budəfəki səfərimizin əsas məqsədi isə məhz həmin məktəbdə AFFA-nın təşkilatçılığı və FIFA-nın dəstəyi ilə “FIFA Women’s Development” proqramı çərçivəsində 8–10 yaşlı qızlar üçün futbol festivalı təşkil etmək idi. “FIFA Campaign” adlı tədbirdə ümumilikdə həmin məktəbdə təhsil alan 62 qız şagird iştirak etdi. Festival çərçivəsində uşaqlar üçün sadə futbol məşqləri təşkil olundu və müxtəlif əyləncəli fəaliyyətlər keçirildi. Tədbirdə milli komandamızın futbolçuları - Mehriban Şahməmmədova, Coşqunə Əliyeva və Mədinə Curuqova iştirak etdilər. Eyni zamanda, Mədinə bu festivalın gənc səfiri seçildi. Yığmamızın məşqçi heyəti də tədbirdə yer aldı. Ümumilikdə, bu festival həm uşaqların əylənməsi, həm də onların ilkin futbol bacarıqlarını inkişaf etdirməsi üçün əlverişli imkan yaratdı.

- Maraqlıdır, həmin ərazilərdə qadın futboluna marağı artıqmaqla yanaşı, oradan milli komandalara gənc qızları cəlb etməyi düşünürsünüz?

- Əgər məqsəd regionlarda qadın futboluna marağı artırmaq və istedadlı qızları akademiyaya cəlb etməkdirsə, bu proses yalnız onları Bakıya gətirməklə məhdudlaşmamalıdır. Əsas məsələ ilk addım olaraq maarifləndirmə aparmaq və həmin regionda qızlar arasında futbola marağı artırmaqdır. Biz artıq bu istiqamətdə işlər görmüşük. Eyni bölgəyə ikinci dəfə səfər etmiş, növbəti tədbirimizi keçirmişik. Həmin səfər çərçivəsində əməkdaşlığın təməli də qoyulub. Müəllimlər və valideynlərlə görüşlər keçirmişik. Çünki qızların futbola cəlb olunması və bu idman növü ilə məşğul olması üçün onların dəstəyi olduqca önəmlidir. Artıq ikinci addım kimi yerli yarışların təşkili nəzərdə tutulur. Bu, ya bizim keçirdiyimiz Məktəbli Kuboku formatında, ya da ayrıca U-12 Liqası şəklində ola bilər. Hətta yeni mövsümdə sırf Füzuli zonası üzrə U-12 Liqasının yaradılması da planlarımızdadır və hazırda işlər həmin istiqamətdə qurulur. Məqsəd odur ki, Füzuli bölgəsində ilk dəfə olaraq real futbol strukturu formalaşsın və ən azı 4–5 komanda liqaya qoşula bilsin. Əgər bu yarışlar təşkil olunarsa, artıq seçim və skautinq prosesi də daha sistemli şəkildə aparıla biləcək, yəni istedadlı qızlar daha aydın şəkildə üzə çıxacaq. Burada vacib məqam ondan ibarətdir ki, hamını dərhal Bakıya gətirmək düzgün yanaşma deyil. Əvvəlcə həmin regionlarda komandalar yaradılmalı, liqalar və məşq qrupları, yəni futbol seksiyaları formalaşmalıdır. Yalnız bundan sonra ən perspektivli oyunçular milli komanda məşqçiləri tərəfindən seçilərək Bakıda elit məşqlərə dəvət oluna bilər. Bu proses mərhələli şəkildə qurulduqda daha davamlı və sağlam inkişaf əldə etmək mümkün olur.

- Bəzi valideynlər qızlarını idmana yönləndirməkdə tərəddüd edir. Bu istiqamətdə hansı işlər görülür?

- Açıq desəm, beş il əvvəl bu məsələ bizim üçün daha ciddi problem idi və yanaşma da fərqli idi. O vaxt bir çox valideyn qızını futbola yönəltməkdə tərəddüd edir, bəzən isə ümumiyyətlə icazə vermirdi. Amma hazırkı vəziyyət xeyli dəyişib. Bu gün artıq valideynlərin özlərindən həm federasiyaya, həm də klublara müraciətlər olur ki, qızları futbolla məşğul olsunlar. Yəni əvvəllər biz izah etməli olurduq ki, istedadlı qızlar futbola cəlb edilsin, indi isə maraq daha çox valideynlərin öz təşəbbüsü ilə formalaşır. Məsələn, yaxın günlərdə Lənkəranda keçirdiyimiz tədbirdə 60-dan çox qız iştirak etdi və onların əksəriyyəti valideynləri ilə birlikdə gəlmişdi. Atalar, analar tribunadan övladlarını izləyir, onları dəstəkləyir, şəkillərini çəkir və motivasiya edirdilər. Bu, bizim üçün çox sevindirici bir mənzərə idi. Bu da onu göstərir ki, artıq ictimai dəstək formalaşıb və münasibət müsbət istiqamətə dəyişib. Düşünürəm ki, biz mental baryerlərin böyük hissəsini aradan qaldıra bilmişik. Amma təbii ki, bu o demək deyil ki, məsələ tam həll olunub. Sadəcə, əvvəlki illərlə müqayisədə çox ciddi irəliləyiş var və proses müsbət istiqamətdə davam edir.

- AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri kimi bu vəzifənin müsbət və çətin tərəflərini necə dəyərləndirirsiniz?

- Futbol üzrə departamentin rəhbəri kimi bu vəzifəyə təyin olunmağımın təxminən bir ili tamam olur. Bu vəzifənin həm məsuliyyətli, həm də motivasiyaedici tərəfləri var. Qeyd edim ki, təşkilat daxilində gender baxımından hər hansı ayrı-seçkilik hiss etmirik. AFFA-da bu yanaşma yoxdur. Rəhbərlik tərəfindən qadın və ya kişi olmasından asılı olmayaraq, əsas meyar peşəkarlıq və nəticədir. Ümumiyyətlə, bu gün dünyada qadınların idmanda və idarəçilikdə rolu getdikcə artır, bir çox lider qadın nümunələri görürük. Bu, çox müsbət tendensiyadır və mənim fikrimcə, bu inkişaf davamlı olacaq. Deməzdim ki, bu vəzifə rahatdır. Amma qadın futbolunun inkişafına birbaşa töhfə vermək, məhz qadın futbolunda çalışmaq, qızların bu idman növünə cəlb olunmasını görmək və onların uğurlarında pay sahibi olmaq çox böyük məsuliyyətdir və eyni zamanda qürurverici hissdir. Bu sahədə işləmək eyni zamanda sosial baxımdan da əhəmiyyətli missiyadır. Qızları futbola cəlb edərkən valideynlərin görməsi vacibdir ki, bu prosesin içində qadın rəhbər də var və bu, onlarda əlavə inam yaradır. Çətin tərəflərə gəldikdə isə futbol ənənəvi olaraq daha çox kişi sahəsi kimi qəbul olunduğu üçün bəzən cəmiyyətdə qadın olaraq fikri qəbul etdirmək və ya özünü daha çox ifadə etmək əlavə səy tələb edir. Amma bu baryerlər artıq əvvəlki illərlə müqayisədə daha zəifdir. Ən vacib məqam ondan ibarətdir ki, gördüyün iş və əldə etdiyin nəticələr sənin sözünü təsdiqləyir. Yəni əməli iş, peşəkarlıq və davamlı fəaliyyət bu çətinlikləri aşmaq üçün əsas amillərdir. Ümumilikdə deyə bilərəm ki, bu sahədə qadın olmaq artıq maneə deyil. Əksinə, düzgün yanaşma və nəticələrlə həm özünü təsdiqləmək, həm də qadın futbolunun inkişafına real töhfə vermək üçün daha geniş imkanlar yaradır.

Müxbir – Aynur Əlixanlı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar