Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Azərbaycan iqtidarı siyasi dialoqda səmimiliyini nümayiş etdirdi

Deputat: Azərbaycan iqtidarı siyasi dialoqda səmimiliyini nümayiş etdirdi

Bakı, 15 sentyabr, AZƏRTAC

“Siyasi partiyalar haqqında” yeni Qanuna müvafiq olaraq siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət tərəfindən təsdiq edilməsi radikal cəbhə və sağlam düşüncə arasında necə dərin bir uçurum olması reallığını bir daha üzə çıxardı.

Məlumdur ki, ötən ilin dekabrında “Siyasi partiyalar haqqında” Qanunun qəbulundan sonra özünü heç bir əsas olmadan birtərəfli qaydada Azərbaycanın əsas müxalifət qüvvəsi elan edənlərin təşvişi xüsusi diqqət çəkməyə başlamışdı. Radikallar yeni Qanunun mürtəce xarakter daşıması, bu normativ hüquqi aktın ölkədə “təkpartiyalı” sistemin qurulması məqsədilə hakimiyyətin təzyiq alətinə çevriləcəyinə dair çoxsaylı savadsız və məntiqsiz iddialar irəli sürür, yandaş muzdlu media isə bu çirkabı durmadan tirajlayırdı. Qeydiyyat prosesinin gedişatında isə radikalların “narahatlığının” əslində öncədən bizə bəlli olan real mahiyyəti üzə çıxdı. Bir daha aydın oldu ki, əslində bu qaralama kampaniyasının təməlində antimilli dairələrin reallıqla üz-üzə qalmaq qorxusu dayanırmış.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O qeyd edib ki, "Siyasi Partiyalar haqqında" Qanunla siyasi partiyalar 6 prinsip, o cümlədən könüllülük, qanunçuluq və aşkarlıq prinsipləri əsasında, Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı tərəfindən təsis edilir. Dövlət qeydiyyatına alınması üçün isə siyasi partiyanın azı 5 min üzvü olmalıdır.

Bu reallıq özünü az qala ölkənin əsas siyasi qüvvəsi elan edən və öz yalanlarının təsirindən reallıqla əlaqələrini itirən radikal partiyaları fakt qarşısında qoydu. Təbii ki, həqiqi sosial bazisi olan siyasi qüvvə üçün bu, əsl fürsət sayılmalı idi. Amma məsələ burasındadır ki, radikal partiyalara nəinki 5 min üzvü, hətta siyasi təşkilatı təsis etmək üçün lazım olan 50 nəfəri müəyyənləşdirmək üçün 7 ay lazım oldu. Beş min üzv tələbi isə bu dairələrin ambisiyaları və potensiallarının nə qədər tərs mütənasib formada inkişaf etdiyini göstərmiş oldu. Beləliklə, sosial media üzərində troll dəstələri və saxta profillər hesabına “asıb-kəsən” “siyasi liderlərin” əslində ən azı son 20 il ərzində nəinki cəmiyyəti, hətta az sayda olan öz tərəfdaşlarını da aldatdıqları üzə çıxdı. Yalanların ifşası isə heç şübhəsiz ki, real nəticələrə yol açacaq və bu partiyaların da parçalanması artıq labüddür. Xüsusən də demokratik dəyərlərdən danışan bu adamların əslində partiya daxilində qurduğu tiraniya fonunda könüllülük, qanunçuluq və aşkarlıq prinsiplərinin “liderlərin” zaman ötdükcə artan hərisliyi nəticəsində daha da arxa plana keçməsi şəraitində.

“Eyni zamanda, qeydiyyat prosesi bir daha göstərdi ki, illər ərzində qərəz, iftira dolu çıxışlardan və populist bəyanatlardan savayı heç bir əsaslı iş görməyən bu “siyasətçilər” əslində adi hüquqi və inzibati prosedurlardan keçməkdə belə çətinlik çəkirlər. Baxmayaraq, qanunvericiliklə müəyyən edilib ki, siyasi partiya ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə yaradılmalıdır. Təəccüb doğurur ki, bu səbatda və səviyyədə olan insanlar 10 milyon əhalisi və regionun ən böyük hərbi gücü olan dövlətin idarəçiliyində, ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etməyə necə iddialı ola bilirlər?

Yeni Qanunun ətrafında cərəyan edən hadisələr həm də onu nümayiş etdirdi ki, son 9 ay ərzində iqtidarın ünvanına yeni Qanunla əlaqədar bütün mümkün situasiyalarda böhtanlar yağdıran, qeydiyyata alınan partiyaları satqın, xəyanətkar adlandıran radikallar özləri qeydiyyatdan keçdikdən sonra heç nə olmamış kimi davranmaqla necə ikiüzlü, siyasi mədəniyyəti olmayan acizlərdir. Maraqlıdır ki, qanun layihəsi müzakirələrə çıxarılan gündən etibarən, israrla yeni normativ aktın bilavasitə onların fəaliyyətini dayandırmağa hesablandığını iddia edən bu “siyasi liderlər” reyestri təsdiq edilən üzvlərinə aylardır davam edən qaralama kampaniyasını necə izah edəcəklər? Əlbəttə, Azərbaycan iqtidarı bu cür cılız təfəkkür sahiblərinin üzrxahlığına ehtiyac duymur, lakin az da olsa siyasi mədəniyyətə sahib olan bir siyasətçi, yaxud siyasi partiya bu cür rəzil davranışa görə ən azı ictimaiyyətdən üzr istəməli idi. Lakin radikallar yenə də siyasi mədəniyyətsizliyi seçdilər və bu seçim cəmiyyətimizi təəccübləndirmədi. Azərbaycan xalqı hələ 1990-cı illərin əvvəllərindən bu insanların əsl simasına bələddir və onların qərəzli, qeyri-sağlam iddialarının ictimai rəydə heç bir dəyəri yoxdur”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan iqtidarı göstərməkdədir ki, Konstitusiyanın preambulasında ifadə olunduğu kimi, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq kimi ali niyyətlərə sadiqdir. Bildiyiniz kimi, Prezident İlham Əliyev hələ 2020-ci ilin mart ayında, VI çağırış Milli Məclisin ilk iclasında qeyd olunan ali niyyətə sədaqətini ifadə edərək siyasi islahatların zərurətini ifadə etmiş, Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulması məqsədilə qanunvericilik sahəsində təkmilləşdirilmənin vacibliyini dilə gətirmişdi. Ölkə Prezidentinin təşəbbüsü və tövsiyəsi ilə digər partiyaların nümayəndələrinin növbədənkənar seçkilərdən sonra yeni formalaşan Milli Məclisin sədarətində və komitələrin rəhbərliyində təmsil olunması dövlətin bu islahatlarda nə qədər maraqlı olduğunu əməli formada göstərdi. Proseslərin davamı olaraq istər beynəlxalq, istərsə də regional mexanizmlərin çərçivəsində, 1948-ci il İnsan hüquqları Bəyannaməsi, 1950-ci il Avropa Konvensiyası, 1966-cı il Mülki və Siyasi hüquqlar haqqında Pakt kimi konseptual sənədlərdə fərdlərin hüquq və azadlıqlarına yönəlik imperativ prinsipləri özündə ehtiva edə bilən “Siyasi partiyalar haqqında” Qanunun qəbulu və cəmi 8 ay sonra mövcud siyasi partiyaların yeni qanunvericiliyin tələblərinə müvafiq olaraq qeydiyyat prosedurlarının tamamlanması əslində siyasi islahatların mühüm mərhələsinin uğurla yekunlaşdığını göstərir.

“Azərbaycan iqtidarı bu prosesə davamlı olaraq istər daxili auditoriyada, istərsə də xarici havadarlarının köməyi ilə bəzi beynəlxalq platformalarda zərər vurmaqda olan radikal siyasi partiyaların üzvlərinin reyestrini təsdiq etməklə isə siyasi sistemin daha da sağlamlaşmasında və siyasi dialoqda səmimiliyini nümayiş etdirdi.

Lakin daim xaosun tərəfdarı kimi çıxış edən qüvvələrin bu niyyəti bölüşməsi inandırıcı deyil. Təsadüfi deyil ki, demokratik fəaliyyət meyarlarına cavab verməyən həmin irrasional qüvvələr “Siyasi partiyalar haqqında” Qanunla bağlı artıq yeni motivdə əsassız və mənasız çıxışlara start verib”, - deyən Bəhruz Məhərrəmov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb