Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Deputat: Azərbaycan Prezidentinin daxili siyasətində sosial ədalət,əhalinin rifahı prioritet istiqamət təşkil edir

Deputat: Azərbaycan Prezidentinin daxili siyasətində sosial ədalət,əhalinin rifahı prioritet istiqamət təşkil edir

Bakı, 13 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərlik dövrü müasir-müstəqil Azərbaycanın tarixində sürətli iqtisadi inkişaf, dövlətin təşəkkül tapması, qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi uğurlar və böyük qələbələr dövrü kimi qalacaq. 2003-cü ildə Azərbaycan xalqının səsini və etimadını qazanaraq Prezident seçilən İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində iqtisadiyyat xeyli böyümüş, ümumi daxili məhsul 3,2 dəfə artmış, vətəndaşların sosial rifah halı yüksəlmişdir. Bu illər ərzində nominal əməkhaqqı 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, orta aylıq əməkhaqqı 7 dəfə, pensiyalar isə 10 dəfə yüksəlmişdir. Bu dövrdə Azərbaycan özünün iqtisadi və siyasi islahatlarını tam başa çatdırmış, 2018-ci ildən sonra isə dərin sosial islahatlar dövrünə qədəm qoymuşdur. 2018-ci il aprelin 11-də Azərbaycan xalqının növbəti dəfə etimadını qazanaraq böyük səs çoxluğu ilə Prezident seçilən İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial rifahın və sosial ədalətin bərqərar olması, vətəndaşlarımızın inkişaf etmiş bir dövlətdə yaşaması üçün lazım olan hər şeyi yerinə yetirəcəyini bəyan etdi. Təsadüfi deyil ki, İlham Əliyevin dördüncü dəfə Prezident seçiləndən sonra verdiyi ilk Fərman şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub. Həmin dövrdə Prezident dərin islahatların anonsunu verdi, Azərbaycanın dövlət büdcəsində əlavə vəsaitlər nəzərdə tutuldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, 2019-cu ilin yanvarında Prezident İlham Əliyevin 30-dan çox fərman və sərəncamı əsasında iki geniş sosial islahatlar zərfi qəbul edildi. Bundan sonrakı dövrdə - 2021-ci ilin sonu 2022-ci ilin əvvəlində üçüncü sosial islahatlar paketi qəbul olundu ki, bu da sosial sahəyə yönələn maliyyə vəsaitinin 6,5 milyard manat həcmində böyüməsinə səbəb oldu. Ümumiyyətlə, 2018-2022-ci illər ərzində Azərbaycanda minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faiz, median əməkhaqqı 74 faiz, minimum pensiya 2,2 dəfə, orta pensiya 65 faiz artmışdır.

“44 gün Vətən müharibəsində Prezident İlham Əliyev Ali Baş Komandan kimi öz xalqını ordusunun ətrafında birləşdirərək Azərbaycan torpaqlarını işğaldan azad etməyə müvəffəq oldu. Müharibədən sonrakı dövrdə isə şəhid ailələrinin və Qarabağ qazilərinin sosial müdafiəsi də Prezidentin daxili siyasətində prioritet istiqamət kimi qiymətləndirilir. Ümumiyyətlə şəhid ailələrinin və Qarabağ qazilərinin mənzil təminatının həyata keçirilməsi istiqamətində Prezidentin tapşırığı ilə böyük işlər görülüb. İndiyə qədər 12 min 500 şəhid ailəsi və Qarabağ qazisi hər cür şəraiti olan mənzillərlə təmin olunub. Təkcə ötən il bu qəbildən olan insanlara 3 mindən çox mənzil verilib. Prezidentin tapşırığı ilə 2025-ci ilə qədər bütün Qarabağ qaziləri və şəhid ailələri mənzillərlə təmin olunacaqlar. Şəhid ailələrinə birdəfəlik yardımların, ödəmələrin verilməsi prosesi demək olar başa çatıb. Müharibədə yaralanan, sağlamlıq imkanlarını itirən və dayaq-hərəkət funksiyaları pozulan qazilərə indiyədək 7400 avtomobil verilib. Son nəsil olan elektron və müasir texnologiya ilə çalışan protezlərin ölkəmizə gətirilməsi və 200-dən çox Qarabağ qazisinin həm aşağı, həm yuxarı ətraflarının protezləşdirilməsi də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu qəbildən olan insanlara qayğısının ifadəsidir. Ümumiyyətlə, postmüharibə dövründə müharibədən zərər çəkmiş 40 min vətəndaşa 46 min istiqamətdə xidmət dövlət vəsaiti hesabına göstərilib. 1200 nəfər əlilə 16 min reabilitasiya vasitələri verilib. Bu proses bundan sonra da davam edəcək”,- deyə Milli Məclisin deputatı qeyd edib.

Musa Quliyev bildirib ki, Azərbaycan Prezidentinin daxili siyasətində sosial ədalət, rifah prioritet istiqamət təşkil edir. Azərbaycan xalqı öz sabahından arxayındı və inanır ki, Azərbaycan dövləti hər an öz vətəndaşının arxasındadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

Azərbaycanın cənub bölgəsində zəlzələ olub -YENİLƏNİB

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

"Paris-2024"ə lisenziya qazanan güləşçi: Çıxışım parlaq olmasa da, yaddaqalan idi

Azərbaycan ağırlıqqaldıranı: Film sayəsində uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” layihəsi çərçivəsində tədbir olub

Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO

Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Səidə Ömər: Azərbaycan xalqını tanımaq istəyən onun mədəniyyət nümunələri ilə yaxından tanış olmalıdır

Elbay Qasımzadə: Azərbaycan yeganə ölkədir ki, tarixi abidələrin bərpasını yalnız dövlət həyata keçirir – MÜSAHİBƏ

Gələcəyin enerjisi hidrogen, Azərbaycanın yaşıl gələcəyində bu istiqamətdə atılan addımlar - TƏHLİL

“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək

Joze Mourinyo “Fənərbağça”nın yeni baş məşqçisi ola bilər

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb

Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb

Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir VİDEO

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir

Salim bin Məhəmməd əl-Malik: Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir VİDEO

ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil VİDEO

Prezident: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq

Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir VİDEO

Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir

Prezident: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir VİDEO

Prezident İlham Əliyev: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir VİDEO

BMY Baş Assambleyası Fələstinin təşkilatda hüquqlarının genişləndirilməsinə səs verib

Azərbaycan İstanbulda keçiriləcək Dünya İslam alimlərinin məşvərət toplantısında təmsil olunacaq

Astronomlar ilk dəfə öz atmosferi olan qayalı planet kəşf ediblər

Atırau Dövlət Universitetində Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

Almatıda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar aparılıb

Qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə vergi daxilolmaları proqnozu üstələyib

Probasiya nəzarətində olan 33 nəfərə sosial-psixoloji yardım xidməti göstəriləcək

İlon Mask güclü geomaqnit qasırğasının “Starlink” peyklərinə təsirindən danışıb

Müdafiə naziri: Hərbi Hava Qüvvələrinin fəaliyyəti hər zaman yüksək qiymətləndirilib

Fransalı atıcı Bakıdakı Dünya Kubokunda yenə qızıl medalı əldən verib

Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

CAR-da keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin bərpasında tarixi rolundan və xalqımız qarşısında misilsiz xidmətlərindən danışılıb

Çinin Şansi əyalətinin nümayəndə heyəti AZƏRTAC-da olub VİDEO

Ermənistan polisi İrəvanda etiraz aksiyasının 41 iştirakçısını saxlayıb

Jan Perrən: Heydər Əliyev böyük şəxsiyyət, güclü siyasi xadim idi VİDEO

Ulu Öndərin ildönümünə həsr olunan minifutbol turniri başa çatıb

Tanınmış futbolçuların komandası 21 ildən sonra A Seriyasına yüksəlib

Azərbaycanın Orta Dəhlizin Qafqazdakı, Bolqarıstanın isə Avropadakı logistika mərkəzinə çevrilməsi artıq reallıqdır - ŞƏRH

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

AHİK sədri: Şuşa sakinlərini öz evlərində görmək çox qürurvericidir

Almaniyada Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə gənclər konfransı keçirilib

Estoniya mediası: Heydər Əliyev Azərbaycanın müasir tarixinin rəmzidir

“Sabah”ın baş məşqçisi: Yerli basketbolçularımızın diskvalifikasiyası bizə problem yaradacaq

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 267 nəfərə yüksəlib

Muxtar Babayev İslamabadda Azərbaycan parkını ziyarət edib

Bu gün tanınmış rəssam Eldar Zeynalovun xatirə günüdür

“Sakartvelo Respublika” qəzeti Gürcüstan və Azərbaycan xalqlarının nümunəvi dostluğunda Heydər Əliyevin rolundan yazıb

Özbəkistan ali məktəblərində Ulu Öndərə həsr olunan mühazirələr oxunub

Qazaxıstanda daşqından zərər çəkən 20,6 min ailə birdəfəlik müavinət alıb

Bakıdakı Rus evində Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə konsert keçirilib

Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Olimpiya lisenziyası qazanan Azərbaycan güləşçisi: Artıq bütün diqqətim Parisdədir

ABŞ Çin elektromobillərinə idxal rüsumunu dörd dəfə artırmağı planlaşdırır

Xaricdəki Azərbaycan evlərində həftəsonu məktəblərində təhsil alan uşaqların sayı açıqlanıb

Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədə fəlakət zonasındakı sakinlərə yardımları davam etdirəcək

Politoloq: Bu gün inkişafda olan Azərbaycan-Slovakiya əlaqələrinin böyük perspektivləri var

Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb

FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Aİ Ukrayna üçün təhlükəsizlik zəmanəti layihəsini razılaşdırıb

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışda 4 qızıl medal qazanıb

Müasir müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir

Vəkil Arzuman Azaflı: İnsanların yardımın məhz Azərbaycan tərəfindən göstərildiyini bilməsi bizim üçün mühümdür

BMT: Çadın 6 milyon əhalisinin ərzaq yardımına ehtiyacı var

Ulu Öndərin anadan olmasının ildönümü Ər-Riyadda da qeyd edilib

Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür

Azərbaycan nefti ucuzlaşıb

“Böyük Dəbilqə”: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə qoşulur

Azərbaycan üçün Bolqarıstan Avropada ən etibarlı tərəfdaş ölkələrdən biridir ŞƏRH

Əlcəzairdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Səfir: Evian-lö-Bən meriyası Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktlarına etinasızlıq göstərdi

Azərbaycan Basketbol Liqası: Bu gün ikinci finalçı bəlli ola bilər

“Paris-2024”ə gedən yol: Mariya Stadnik üçün son şans

Baş nazir Əli Əsədov Mixail Mişustini yenidən Rusiya hökumətinin sədri təyin edilməsi münasibətilə təbrik edib

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblar

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikintinin qarşısı alınıb VİDEO

Xankəndidə 38 avtomat silahı, 8 tapança, 14 tüfəng aşkarlanıb