Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Azərbaycan xalqı Prezidentinə güvənir və onun yanındadır

Deputat: Azərbaycan xalqı Prezidentinə güvənir və onun yanındadır

Bakı, 11 aprel, AZƏRTAC

2018-ci il aprelin 11-də Azərbaycan xalqı növbəti dəfə müdriklik göstərərək inamlı, güclü, sabit, inkişaf edən gələcəyə səs verdi. Ölkəmizdə Prezident İlham Əliyevin hakimiyyətinin yeni dönəmi başlandı. Tarixin sonrakı gedişatı Azərbaycan xalqının seçiminin nə dərəcədə doğru olduğunu göstərdi. Əslində burada ciddi bir qanunauyğunluq da var idi. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin ən parlaq nümunəsi olan Prezident İlham Əliyev son seçkilərə qədər olan dövrdə seçkiqabağı verdiyi bütün vədləri yerinə yetirib. Nəticədə Azərbaycan regionda güclü dövlətə çevrilib, iqtisadiyyatımız bütövlükdə Cənubi Qafqaz regionunun böyük bir hissəsini təşkil edib. İnsanların sosial rifah şəraiti də kifayət qədər yaxşılaşıb, ölkədə azad iqtisadi mühit yaradılıb, işsizlik tarixi minimumlara enib. Hakimiyyəti dövründə hər zaman Azərbaycanın ərazi bütövlüyü məsələsini öz siyasətinin mərkəzində saxlayan Prezident İlham Əliyev beynəlxalq müstəvidə ciddi uğurlar əldə edib, paralel olaraq ordu quruculuğuna, onun maddi-texniki bazasının yaxşılaşdırılmasına xüsusi diqqət göstərib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Onun sözlərinə görə hər seçkidə seçicilər ötən dövr ərzində görülmüş işlərə nəzər salır və öz gələcəklərinə səs verirlər. Əhalinin böyük bir hissəsinin Prezident İlham Əliyevi dəstəkləməsi, onun Azərbaycan xalqının inamını, etibarını, sevgisini qazandığını bir daha əyani şəkildə göstərdi. Müdrik Azərbaycan xalqı yaxşı bilirdi ki, Azərbaycanın uğurlu gələcəyi, ərazi bütövlüyümüzün bərpa olunması məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə mümkün ola bilər. Yeri gəlmişkən qeyd etmək istərdim ki, seçki nəticəsində seçicilərin böyük bir hissəsinin Prezident İlham Əliyevə səs verməsini seçkiləri müşahidə edən beynəlxalq müşahidəçilər və təşkilatlar da öz hesabatlarında əks etdirdilər. Burada Azərbaycan xalqı bir daha heç bir siyasi perspektivi olmayan, tarixin tozlu səhifələrində qalan qaragüruhçulara da öz yerini göstərdi. Onların Azərbaycan tarixində artıq heç bir yeri yox idi.

Sonuncu Prezident seçkilərindən sonra Azərbaycan tarixinin yeni mərhələsinin başlandığını qeyd edən Şahin İsmayılov vurğulayıb ki, Azərbaycan bütün istiqamətlərdə inkişafını davam etdirir. Bu inkişaf özünü ciddi islahat dalğası ilə müşahidə edir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşısına qoyduğu hədəflərə əmin addımlarla irəliləyir.

“Prezident İlham Əliyevin 2018-ci ildə növbəti dəfə seçildikdən sonrakı müddət üçün fəaliyyətindən bəhs edərkən şərti olaraq yerli, qlobal və Qarabağ məsələsi olmaqla 3 istiqamət üzrə bölə bilərik.

Yerli məsələlərə idarəçilik sisteminin təkmilləşdirilməsi və daha çevik sistemin qurulmasına xidmət edən islahatlar prosesi, sosial müdafiə məsələləri, koronavirusla mübarizə və insanların rifahı üçün görülən çoxsaylı işləri aid edə bilərik. Bütün sahələrdə olduğu kimi gənclər və idman sahəsində də ciddi uğurlar əldə olunub, gənclərin inkişafı və idmançılarımızın beynəlxalq tribunalarda bayrağımızı qaldırması üçün lazımi şərait yaradılıb.

Qlobal məsələlərə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və bunun Hərəkatın üzvləri tərəfindən yüksək qiymətləndirilməsini, BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün reallaşdırılmasını, Azərbaycan Prezidentinin təşəbbüsü ilə COVID-19 peyvəndləri ilə bağlı qətnamənin BMT-yə üzv dövlətlər tərəfindən qəbul edilməsini, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan dövlətinə koronavirusla mübarizə sahəsindəki fəaliyyətinə görə təşəkkür elan etməsini, dünyanın müxtəlif ölkələri ilə səmərəli əməkdaşlığın qurulmasını və çox sayda digər işləri aid edə bilərik”, - deyə deputat bildirib.

O deyib ki, Müzəffər Ali Baş Komandanın Qarabağ məsələsi ilə bağlı fəaliyyət dövrünü də üç yerə bölə bilərik: müharibəyə qədər, müharibə və postmüharibə dövrü.

“Müharibəyə qədər olan dövrü Ordunun gücləndirilməsi istiqamətində görülən işlər, diplomatik münasibətlər və hərtərəfli hazırlıq kimi amillərlə xarakterizə edə bilərik. Ölkə Prezidentinin 2019-cu ilin oktyabrında “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistanın baş nazirinin sərsəm iddiasına cavab olaraq söylədiyi tarixi ifadəsi - “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri işğal altında olan ərazilərimizin azadlıq simvoluna çevrilib və reallığa çevrilən qiymətli söz kimi tarixə düşüb. Azərbaycan Prezidentinin Ermənistanın baş nazirinə tarix və siyasət dərsi keçməsi ilə yadda qalan Münhen Təhlükəsizlik Konfransının məlum panel müzakirəsi dünya mediasında geniş şəkildə işıqlandırılıb. Azərbaycan sülh təklifini qüvvədə saxlasa da işğal altında olan torpaqlarını müharibə yolu ilə azad etmək üçün düşünülmüş və əhəmiyyətli işlər görməkdə idi.

Müharibə dövrü üzrə Ali Baş Komandanın qətiyyətli mövqeyi, təzyiqlərə qarşı müqavimət, o cümlədən ölkəmizin əleyhinə haqsız yerə qəbul ediləcək sənədlərin qarşısının alınması, görünən və görünməyən bir çox məsələləri qeyd etmək olar.

Postmüharibə dövrünə Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi, Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə, Qarabağda infrastruktur və yenidənqurma işlərinin yüksək sürətlə həyata keçirilməsi, böyük qayıdış prosesinin başlanması kimi hadisələri aid edə bilərik. Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün 4 saatdan çox davam edən mətbuat konfransı dünyanın diqqətini cəlb etmişdi. Moskva və Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 11 yanvar və 26 noyabr tarixli üçtərəfli görüşlər keçirilərkən Azərbaycanın maraqları təmin olunmuşdur. Cari ilin aprel ayının 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsində Azərbaycanın maraqlarına uyğun olaraq sülh müqaviləsinin hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında işçi qrupunun yaradılması, həmçinin sərhədlərin delimitasiyası üzrə komissiyanın təsis edilməsi barədə qərarlar qəbul olunub”, - deyə Şahin İsmayılov diqqətə çatdırıb.

Deputat vurğulayıb ki, Azərbaycan xalqı Prezidentinə güvənir və onun yanındadır. Prezident İlham Əliyev xalqın inamından güc alır. O, dövlət başçısına xas olan bütün müsbət əlamətləri özündə birləşdirib. Xalqını sevir, xalqın etimadını, dəstəyini qazanır və ən əsası mahir siyasətçidir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra daha böyük uğurlar qazanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH