Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Azərbaycanla əməkdaşlıq Avropa İttifaqının maraqlarına tam uyğundur

Deputat: Azərbaycanla əməkdaşlıq Avropa İttifaqının maraqlarına tam uyğundur

Bakı, 23 iyul, AZƏRTAC

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycana rəsmi səfəri böyük tarixi və siyasi əhəmiyyət daşıyır. Əvvəla onu qeyd etmək lazımdır ki, Şarl Mişel əvvəlki dövrlərdə bölgəyə səfər etmiş Avropa İttifaqının aparıcı ölkələrinin təmsilçilərindən fərqli olaraq, region ölkələrinə münasibətdə bərabərlik işarəsi qoymağı bacardı, protokol vaxtını səfər etdiyi dövlətlər üçün eyni səviyyədə saxladı. Bu, olduqca müsbət yanaşmadır. Çünki o, bununla region ölkələri ilə münasibətlərə hansısa duyğularla deyil, sırf Avropa İttifaqının maraqları baxımından yanaşdığını göstərdi. Protokol vaxtı regionun hər bir ölkəsi üçün eyni oldu. Digər tərəfdən, Şarl Mişel Azərbaycanda bizim tezisləri dərindən öyrəndi. Onun çıxışında Azərbaycanın Qələbəsindən sonrakı ritorikasına uyğun davrandığını daha aydın şəkildə gördük. Çünki heç bir halda nə Dağlıq Qarabağ mövzusuna, nə də status məsələsində toxundu. Şarl Mişel Azərbaycanın prinsipial mövqeyinin nə olduğunu bildiyinə görə bu istiqamətdə mübahisə doğuracaq məsələlərdən yayınmağı bacardı. Bu da olduqca vacib bir addım idi.

Bunu AZƏRTAC-a açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

F.Mustafa deyib: “Avropa İttifaqı Azərbaycana əhəmiyyətli tərəfdaş kimi baxmaqla yanaşı, qarşılıqlı əməkdaşlığın inkişafında da maraqlı olduqlarını göstərir. Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu görüşdə bölgənin problemlərini dilə gətirdilər. Həmçinin bütövlükdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri aydın, açıq şəkildə ifadə olundu. Prezident İlham Əliyev mətbuat konfransındakı açıqlamasında Avropaya Azərbaycanın önəmini bir daha dəqiq şəkildə xatırlatdı. Birinci növbədə, bu önəm Avropanın 9 ölkəsi ilə Azərbaycanın strateji əməkdaşlıq sənədinin imzalanması ilə bağlı idi. Dövlətimizin başçısı onu da qeyd etdi ki, Azərbaycanın Avropanın əhəmiyyətli ölkələri ilə ikitərəfli münasibətləri xeyli inkişaf edib. Digər tərəfdən, nəzərdə tutulan layihələrin gerçəkləşdirilməsi üçün kommunikasiya xətlərinin mütləq açılmasının vacibliyini vurğuladı. Bu da Avropa İttifaqının marağına tam uyğun ola biləcək perspektivdir. Bu kontekstdə Prezident İlham Əliyev bildirdi ki, 10 noyabr sazişindən sonra Azərbaycan müharibə ritorikasını dəyişib. Azərbaycan torpaqlarını azad etdikdən sonra kommunikasiya xətlərinin açılması istiqamətində bütün səylərini ortaya qoyub. Finlandiyadan Hindistana qədər yükdaşımaların gerçəkləşdirilməsi üçün beynəlxalq lava limanlarının tikilməsi və Azərbaycanın digər istiqamətlərdə, o cümlədən Zəngəzur dəhlizinin açılması üçün atılan addımlar bunun bariz nümunəsidir. Bu addımlar həm də Avropa İttifaqının ticarət dövriyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək bir gələcək vəd edir. Ona görə də bu istiqamətlərdə artıq geriyə dönüş yoxdur. Artıq müharibəyə deyil, bölgənin daha sülhsevər olması üçün işlərə diqqət yetirmək lazımdır.

Avropa İttifaqının bölgədə kommunikasiya xətlərinin bərpasına, ərazilərin minalardan təmizlənməsinə dəstəyi olduqca vacibdir.

Deputat vurğulayıb ki, Şarl Mişelin bölgələrə səfər etməsi müsbət hal kimi də qiymətləndirilir. Çünki Azərbaycanın Ələt Azad İqtisadi Zonası kimi nəhəng layihə ilə tanışlığı olduqca vacib idi. Digər tərəfdən, Şarl Mişelin Avropa İttifaqının ali təmsilçisi kimi Şamaxı Cümə məscidinə baş çəkməsi onun Azərbaycanın dəyərlərinə də hörmət bəslədiyini nümayiş etdirdi. Bütün bunlar onu göstərir ki, Azərbaycan müharibədəki Qələbəni qısa müddət ərzində diplomatiya sahəsində genişləndirmək əzmindədir.

Avropa İttifaqı kimi mühüm bir qurumun təmsilçisinin Azərbaycana səfəri və qarşılıqlı anlaşma münasibətlərinin formalaşması Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin nə dərəcədə uğurlu olduğunu göstərir. Çünki biz təkcə Avropa İttifaqı ilə deyil, eyni zamanda, qonşularımızla da regionun yenidən inkişafı üçün müxtəlif layihələr üzərində müzakirələr aparırıq. Bu müzakirələrdə də optimist nəticələr əldə edilməkdədir. Belə bir vəziyyətdə Avropa İttifaqının da maraqlarının bölgədə təmin edilməsi baxımından əməkdaşlığın ciddi səviyyədə inkişafına yeni perspektivlər açılır. Şarl Mişel də bu istiqamətdə öz mövqeyini ifadə edərkən onu göstərməyə çalışdı ki, Azərbaycan Avropa İttifaqı üçün kifayət qədər əhəmiyyətli bir ölkədir. Onunla əməkdaşlıq Avropa İttifaqının maraqlarına tamamilə uyğundur. Belə görüşlər, əslində, yalnız qısa müddət üçün hansısa məsələlərin müzakirəsi kimi anlaşılmamalıdır. Bu, gələcəkdə yeni sənədlərin imzalanması üçün müəyyən zəmin yaratmış olacaq.

“Azərbaycanın ən başlıca uğuru 44 günlük müharibədən sonra gözüyumulu Ermənistanı dəstəkləməkdən başqa bir iş görməyən qüvvələrin bu reallıqla barışması oldu. Avropa İttifaqının təmsilçiləri bütün çıxışlarında məhz Azərbaycanın yaratdığı yeni reallıqlar üzərindən müzakirəyə maraqlı olduqlarını göstərdilər. Bu da bizim üçün kifayət qədər önəmli yanaşmadır. Biz bu fürsətləri daha dərindən təhlil edərək, Avropa İttifaqı ilə münasibətlərimizin dərinləşməsi istiqamətində xeyli iş görməliyik. Prezident İlham Əliyevin təşviqedici yanaşması onlar üçün də qaneedici idi. Çünki bölgədə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi prosesinə Avropa İttifaqının da qoşulmasının təklif kimi irəli sürülməsi, bütövlükdə onları maraqlandıran digər sahələrdə əməkdaşlığın müəyyən perspektivlərinin xatırladılması effektli oldu. Həmçinin onlar üçün də düşünmək fürsəti yaratdı. Çox güman ki, yaxın gələcəkdə Avropa İttifaqının Azərbaycanla, işğaldan azad olunmuş bölgələrlə bağlı konkret təklifləri də diqqətimizə çatdırılacaq. Bütövlükdə bu səfər çox ciddi siyasi nəticələri olan, eyni zamanda, Azərbaycanın iqtisadi maraqlarına cavab verən ruhda müzakirələrin aparılmasına imkan yaratdı. Azərbaycanın həm də bölgədə yaratdığı yeni reallıqların dünyanın aparıcı güclərinə nə qədər düşünülmüş və məntiqli formada çatdırıldığının daha bir sübutu oldu”, - deyə Fazil Mustafa bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rza Bayramov: Azərbaycan professional dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır

ABŞ-ın dövlət borcu ilk dəfə 40 trilyon dolları keçib

Xan Şuşinskinin qızı: Atamın səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb

Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər

Fransada yanğınsöndürənlər və xilasedicilər sentyabrın 26-dan müddətsiz tətilə başlayırlar

Əbdülnasir Hemmati: İranın neft ixracı demək olar ki, tamamilə dayanıb

Çin dövlət qurumları üçün “Windows” dəstəyini dayandırır

Çin şirkəti avtomobillər üçün Günəş enerjisi yığan panoram damların kütləvi istehsalına başlayır

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

“Google” süni intellekt vasitəsilə bədən tərkibini təhlil edən sistem hazırlayıb

Fransada kibertəhlükə: Milyonlarla hesab və şəxsi məlumatlar hakerlərin əlinə keçib

Kiyevdə raket zərbələri nəticəsində ölənlər və xəsarət alanların sayı artıb - YENİLƏNİB 2

BMT: Humanitar yardım təşkilatlarının əməkdaşlarına qarşı törədilən hücumların sayı rekord həddə çatıb

ABŞ-də bağırsaq infeksiyasına yoluxanların sayı 15 mini ötüb

“Nokia” Çin bazarını tərk edir - şirkət bu ölkədə kütləvi işçi ixtisarına başlayır

Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan edib

Tusk: Polşa Şengen zonasından çıxmaqla bağlı referendum keçirməyəcək

ABŞ Qəzzada sabitləşdirmə qüvvələrinə 206 milyon dollar vəsait ayıracaq

Kök hüceyrə terapiyası sağalmaz göz xəstəliyindən əziyyət çəkən pasiyentlərin görmə qabiliyyətini bərpa edib

İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib

Şamaxıda qəzada ölənlərin sayı 2-yə çatıb – YENİLƏNİB 2

Üç yüzdən çox üsyançı Sudan ordusuna keçib

Tramp özünü Kim Çen Inla əlaqə quran yeganə ABŞ lideri adlandırıb

Çempionlar Liqası: "Sabah" ilk oyunda "Hapoel"ə uduzub -  YENİLƏNİB 5

Tramp ABŞ-nin süni intellekt sahəsində Çindən çox irəlidə olduğunu bildirib

Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

Türkiyə XİN: Yunanıstanın Egey dənizi üzrə məkan planlaşdırmasının Türkiyənin hüquqi mövqeyinə təsiri yoxdur

Aİ ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etməsini qınayıb

Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu olub

Qazaxıstanda 650 hektar ərazini əhatə edən yanğın lokallaşdırılıb

Çempionlar Liqası: "Hapoel" və "Sabah"ın start heyətləri açıqlanıb

III “Ulduz Cup” futbol turnirinin iştirakçıları bəlli olub

Fotoqraf: Bəzən sadəcə doğru anı göstərmək kifayətdir ki, insanın baxışı dəyişsin

İsrail ordusu HƏMAS-ın bir bölük komandiri və üç tağım komandirinin öldürüldüyünü açıqlayıb

Dövlət Departamenti Keniyada helikopter qəzasında dörd amerikalının öldüyünü təsdiqləyib

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

Tramp Kim Çen Inla bu ilin sonlarında görüşəcəyini açıqlayıb

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq

Bu saata olan əsas xəbərlər

Naxçıvanda şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti addım atılıb VİDEO

Naxçıvanda şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti addım atılıb VİDEO

“Tvente”nin baş məşqçisi: Bizi “Qarabağ”la finala bərabər iki oyun gözləyir

Yuri Boçarov: Naxçıvandan təkcə qatarlar deyil, investisiyalar və texnologiyalar da keçməlidir

“IT Park Uzbekistan”da Azərbaycan jurnalistlərinə ölkənin rəqəmsal ekosistemi təqdim olunub VİDEO

“IT Park Uzbekistan”da Azərbaycan jurnalistlərinə ölkənin rəqəmsal ekosistemi təqdim olunub VİDEO

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yazar və naşirlərlə görüş təşkil edilib

Naxçıvanın böyük potensialı var – Ekspert rəyi

“İbrahim Tatlışiş” kabab evində at DNT-si aşkarlanıb

Naxçıvanda indiyədək şəhid ailələri və müharibə əlillərinə 400-ə yaxın mənzil təqdim olunub VİDEO

Naxçıvanda indiyədək şəhid ailələri və müharibə əlillərinə 400-ə yaxın mənzil təqdim olunub VİDEO

Politoloq: Naxçıvanın blokadası bitir, qədim diyar yenidən Şərqin qapısına çevrilir

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

Şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 16 mindən çox mənzil verilib - Açıqlama VİDEO

Şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 16 mindən çox mənzil verilib - Açıqlama VİDEO

Coğrafiya İnstitutunun əməkdaşı: Xəzər dənizi üçün əsas təhlükə suyun çirklənməsidir

“Qarabağ”dan ayrılan Abdullah Zubirin yeni klubu bəlli olub

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib VİDEO

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib VİDEO

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

Heyvanların identifikasiyası sahəsində Polşa təcrübəsi öyrənilir

Könüllülük: cəmiyyətə töhfədən şəxsi inkişafa doğru -  REPORTAJ  VİDEO

Könüllülük: cəmiyyətə töhfədən şəxsi inkişafa doğru - REPORTAJ VİDEO

Avropada təbii qazın qiyməti martdan bəri ən yüksək səviyyəyə çatıb

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib VİDEO

Noder Alibekov: Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir VİDEO

Noder Alibekov: Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir VİDEO

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət daxil olub

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

Tarixi yaddaş və gündəlik həyat: keçmişi öyrənməyə hansı mənbələr kömək edir?

İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

Əməkdar artist: Muğam müsabiqələri üçün çoxlu sayda ifaçı yetişdirmişəm

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş olub

İsrailli veteran futbolçu: “Sabah”ın “Hapoel”ə qalib gəlib mərhələni adlaması təəccüblü olmaz

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun!

Cins mal-qara, müasir texnologiya və dövlət dəstəyi: Şəmkirdə heyvandarlıq sahəsi inkişaf edir VİDEO

Cins mal-qara, müasir texnologiya və dövlət dəstəyi: Şəmkirdə heyvandarlıq sahəsi inkişaf edir VİDEO

“Şimal axını” qaz kəmərlərindəki partlayışlarda şübhəli bilinən daha bir nəfər saxlanılıb

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

Ukrayna Ali Radası Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib

Qvineyalı futbolçu “Fənərbağça”dan ayrılıb

® “PAŞA Holdinq” gənc hüquqşünaslar üçün “LEGIS” Mentorluq Proqramına start verib

Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Nuriyyə Hüseynova: Macarıstanda zəngin mədəni irsimizi böyük qürurla təmsil etdik

Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

Əvəzçilik üzrə əmək fəaliyyəti necə tənzimlənir?

Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib VİDEO

Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib VİDEO

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

Son 2 ildə Xaçmazda min hektaradək intensiv şaftalı bağı salınıb

Türkiyədə müəllimlər üçün xüsusi geyim forması tətbiq olunacaq

Nazirlik: Naxçıvan Sənaye Parkında sahibkarlara geniş güzəşt və dəstək mexanizmləri tətbiq olunacaq

KMBİ xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib VİDEO

KMBİ xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib VİDEO

® “Bir” ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər

Ali Rada Andrey Sibiqanı Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edib

Qış aylarında neftin qiyməti 100 dollar həddini keçə bilər

Zərifə Quliyeva beynəlxalq təşkilat tərəfindən “Onur Belgesi” ilə təltif olunub

Ülvi Kərimov: Xaricdə təhsil gələcək karyeram üçün möhkəm təməl yaradacaq

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

Həftəsonunadək gözlənilən hava şəraiti açıqlanıb

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub