Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Moskva Bəyannaməsi regionumuzun yeni reallıqlarını özündə ehtiva edir

Deputat: Moskva Bəyannaməsi regionumuzun yeni reallıqlarını özündə ehtiva edir

Bakı, 25 fevral, AZƏRTAC

Moskvada Rusiya ilə Azərbaycan arasında imzalanan müttəfiqlik Bəyannaməsi son dərəcə əhəmiyyətlidir, noyabr Bəyanatı və Şuşa Bəyannaməsi ilə birlikdə regionumuzun yeni reallıqlarını, ölkəmizin bu prosesdə rolunu özündə ehtiva edir. Bəyannamə elə tərtib olunub ki, tərəflərin digər strateji müttəfiqlik razılaşmaları ilə ziddiyyət təşkil etmir. Həmçinin sənəddə Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinə nə birbaşa, nə də dolayısı yolla kölgə salınmır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.

Deputat bildirib ki, sənədin digər mühüm xüsusiyyəti Azərbaycanı hərbi-siyasi bloklara, məsələn KTMT-nə cəlb etməməsidir. Məlumdur ki, Rusiya KTMT-də liderdir və hətta digər üzvlərin fikirləri nəzərə alınsa belə, onlar regionda əsas hərbi qüvvə kimi rəsmi Moskvanın dominant rolunu qəbul edirlər. Bu mənada Rusiya ilə ikitərəfli təhlükəsizlik sazişlərinin olması, heç şübhəsiz, blokda iştirakdan daha faydalıdır.

“Bu gün faktiki olaraq beynəlxalq təhlükəsizlik və beynəlxalq hüquqi təminatlar sistemi dağılmış vəziyyətdədir. Bunu Avropaya da aid etmək olar. Çünki missiyası Avropada təhlükəsizliyi təmin etmək olan ATƏT sisteminin yalnız adı qalıb. BMT də öz rolunu səmərəli şəkildə yerinə yetirə bilmir. Bu o deməkdir ki, dövlətlər özləri ikitərəfli və regional razılaşmalarla öz təhlükəsizliklərini təmin etməlidirlər. Sadə dillə desək, hazırda hər kəs öz qeydinə qalmalıdır. Şimalda dünyanın ən böyük ordularından birinə sahib dövlətin olması və bu dövlətlə təhlükəsizlik müqaviləsinin olmaması böyük səhv olardı”, - deyən N.Arpadarai bildirib ki, bu gün Azərbaycan artıq Türkiyə və Rusiya ilə belə razılaşmalar bağlayıb. Bütün bunlar Azərbaycanı regional təhlükəsizlik sisteminin yaradılması baxımından regionda ən qabaqcıl ölkəyə çevirir.

Onun sözlərinə görə, bütün bu hadisələrin fonunda Ermənistan dövlətinin və hökumətinin baş verən prosesləri dərk etməməsi diqqət çəkir. Regional və ikitərəfli təhlükəsizlik təminatına hamıdan çox ehtiyacı olan ölkə məhz Ermənistandır. Bu baxımdan, ilk növbədə, Ermənistan üçün belə bir razılaşmanın zəruri olduğu ölkə məhz Azərbaycandır. Azərbaycan öz tərəfindən belə bir razılaşmanın işlənib hazırlanmasına hazır olduğunu dəfələrlə bəyan edib. Ölkəmizin məqsədləri də kifayət qədər aydındır - bizə proqnozlaşdırıla bilən region lazımdır ki, iqtisadi inkişaf proqramımızı, infrastrukturun tikintisini və tranzit marşrutlarını risklər olmadan davam etdirə bilək. Azərbaycan Ermənistanla qarşılıqlı faydalı sülh bağlamağa hazırdır. Ermənistanın işğalçı ordusunun Qarabağda və Zəngəzurda tam və biabırçı şəkildə məğlubiyyətə uğramasına və yaxın gələcəkdə erməni hərbi maşınının bərpası üçün heç bir vəsaitin olmamasına baxmayaraq, Azərbaycan öz tərəfindən niyyətini açıq ifadə edib.

N.Arpadarai diqqətə çatdırıb ki, noyabrın 8-də olduğu kimi, danışıqlar masası arxasında yenidən prezidentlər İlham Əliyev və Vladimir Putin yer alıblar. Bəyannamənin mətni Azərbaycanla Rusiya arasında münasibətləri tənzimlədiyi üçün birbaşa Ermənistanı nəzərdə tutmasa da, bu, rəsmi İrəvan üçün tarixi şansını növbəti dəfə itirdiyinə dair açıq siqnaldır.

Deputat bildirib ki, Azərbaycan Bəyannamə çərçivəsində istədiyini nail oldu. Azərbaycanın seçimi bəlli idi - indi Rusiya ilə toqquşan Qərblə həmrəylik nümayiş etdirmək, ya da bu çəkişməyə qarışmadan və iştirak etmədən Rusiya ilə münasibət qurmaq. Azərbaycan ikincini seçir və bu, düzgün seçimdir. Çünki Qarabağ müharibəsi zamanı Qərb bizə və beynəlxalq hüquqa bariz şəkildə laqeydliyini nümayiş etdirdi. Amma buna baxmayaraq, biz Qərblə əməkdaşlığı və dialoqu davam etdiririk və bunu Rusiya ilə eyni prinsiplər əsasında aparmalıyıq. Bizim üçün münasibətlərin qurulmasının əsasını müstəqillik və milli maraqlar təşkil edir. Diplomatiya və beynəlxalq siyasət məhz bu yanaşmalar əsasında fəaliyyət göstərir.

“Azərbaycan Prezidenti bu gün beynəlxalq aləmdə ən təcrübəli, ən müdrik siyasətçilərdən biridir. Fəxrlə deyə bilərik ki, dövlətimizin başçısı bütün dünya üçün örnəkdir. Prezident İlham Əliyev bir daha öz xalqının və dövlətinin uzunmüddətli maraqlarından, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi ideyasından çıxış edərək müdrik seçim etdi. Belə ki, Bəyannamədə milli maraqlarımıza zidd olan bir bənd belə yoxdur.

Beynəlxalq siyasət qəddar bir oyundur ki, onun iştirakçıları olan kiçik dövlətlər çox vaxt xoşagəlməz reallıqlara dözməli olurlar. Azərbaycanın bu gün öz milli maraqlarına tam riayət etməklə böyük dövlətlərlə beynəlxalq müqavilələr bağlamaq gücünə və səlahiyyətinə malik olması xalqımızın tarixi nailiyyətidir ki, bu, bir çoxları üçün əlçatmaz arzudur.

Əldə olunan razılaşmalar son nöqtə deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz mühüm və müsbət rolunu oynamaqla bərabər, keşməkeşli dövrümüzdə həyati əhəmiyyət kəsb edən yeni regional təhlükəsizlik sisteminin qurulması yolunu da davam etdirəcəkdir”, - deyə Nigar Arpadarai vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...