DEPUTATLAR 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ YAD ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının yanvarın 19-da keçirilən iclasında 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Qeyd olunmuşdur ki, həmin müdhiş gecədə müstəqilliyimiz uğrunda mübarizədə öz qanları ilə xalqımızın qəhrəmanlıq tarixində şanlı səhifə yazmış Vətən övladlarının xatirəsi heç vaxt unudulmayacaqdır.
Sonra komissiya üzvləri Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında gömrük işi, sənaye mülkiyyətinin mühafizəsi, vergi sahəsində əməkdaşlığa dair, MDB-nin iştirakçısı olan dövlətlərin kitabxanalararası abunəçilik sisteminin yaradılması, “Müstəqil Dövlətlər Birliyinin Mədəni əməkdaşlığına Dəstək Fondunun yaradılması haqqında Təsis Müqaviləsi” və ona əlavə olunmuş “Müstəqil Dövlətlər Birliyinin Mədəni Əməkdaşlığına Dəstək Fondunun Nizamnaməsi”nə qoşulmaq haqqında, Azərbaycan Respublikası ilə Avropa Birliyi və onun üzvü olan dövlətlər arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə Protokolun təsdiqi barədə qanun layihələrini müzakirə etmişlər. Deputatlar adları çəkilən sənədlərin Azərbaycanın mənafeyinə cavab verdiyini, həmin ölkələrlə iqtisadi, ticarət, mədəniyyət və elm sahəsində əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini vurğulamışlar.
Layihələrin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]