Devid Kemerona Ukraynanın keçmiş prezidenti adından saxta zəng edilib
London, 10 iyun, AZƏRTAC
Ukraynanın keçmiş prezidenti Petro Poroşenko olduğunu iddia edən şəxs Böyük Britaniyanın xarici işlər naziri Devid Kemerona videozəng edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Devid Kemeronla özünü Ukraynanın keçmiş Prezidenti (2014-2019) Petro Poroşenko kimi təqdim edən şəxs arasında qısa videozəng olub. Həmin şəxs nazirdən başqalarının əlaqə nömrəsini istədikdən sonra Kemeron şübhələnməyə başlayıb və zəngi dayandırıb.
Qeyd edilib ki, nazirlik zəngi araşdırıb və bunun saxta olduğunu təsdiqləyib. Bildirilib ki, nazirlik başqalarının da bu təhlükədən xəbərdar olması üçün hadisəni ictimailəşdirmək qərarına gəlib.
Qeyd edək ki, siyasətçilər son aylarda süni intellekt (AI) texnologiyasının təkmilləşməsi fonunda artan dezinformasiya təhlükəsi ilə bağlı xəbərdarlıqlar alıblar.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]