DGK-nin əməkdaşları Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə görüşüblər








Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşüblər.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Palatanın üzvü olan 30 şirkətin 50-dən çox nümayəndəsinin iştirak etdiyi görüşdə Komitənin son dövrlərdə reallaşdırdığı layihələr, həmçinin gömrük dəyəri ilə bağlı yeniliklər müzakirə edilib.
Komitənin əməkdaşları tərəfindən gömrük dəyəri ilə bağlı təqdimat nümayiş etdirilib, bu istiqamətdə həyata keçirilən yeniliklər, qabaqcıl beynəlxalq təcrübələr barədə sahibkarlıq subyektlərinə məlumat verilib.
Həmçinin “Elektron hesab səhifəsi” xidməti, gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparılıb, AmCham-ın üzvlərinin təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [19:13]
Azərbaycan-Sloveniya biznes-forumu keçirilib
- 17.04.2025 [18:54]
Daha 5 şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
- 17.04.2025 [18:14]
Azərbaycanlı və türkiyəli sahibkarlar Türkmənistanda vafli parça alırlar
- 17.04.2025 [16:50]
® “ABB”nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi” başlandı!
- 17.04.2025 [16:46]