DGK sədri Qobustan və Şamaxı sakinləri ilə görüşəcək
Bakı, 16 sentyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov sentyabrın 20-də saat 10:00-da Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində (ünvan: Qobustan şəhəri, Heydər Əliyev pr. 1d) Qobustan və Şamaxı rayonlarından olan vətəndaşlarla görüşəcək.
DGK-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Qobustan və Şamaxı rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün 195 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:33]
Səbail rayonunda su təchizatı bərpa olunub
- 13.10.2026 [13:26]
92 nömrəli marşrutun bütün avtobusları yenilənir
- 13.10.2026 [12:49]
“Bug bounty” proqramına start verilir
- 13.10.2026 [12:27]