Dieqo Kosta 8 oyunda meydançaya buraxılmayacaq
Bakı, 7 aprel, AZƏRTAC
İspaniyanın “Atletiko Madrid” klubunun futbolçusu Dieqo Kosta 8 oyunluq cəzalandırılıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, buna aprelin 6-da İspaniya La Liqasının 31-turu çərçivəsində keçirilən “Barselona”-“Atletiko Madrid” oyununda baş verən insident səbəb olub. Dieqo Kosta hakimi təhqir etdiyinə görə 4 oyun, qırmızı vərəqə göstərməsin deyə hakimin qolunu tutduğuna görə isə daha 4 oyun meydançaya buraxılmayacaq.
Beləliklə, 30 yaşlı futbolçu İspaniya La Liqasında mövsümün qalan oyunlarını kənardan izləməli olacaq. Çünki çempionatın başa çatmasına yeddi tur qalıb.
Qeyd edək ki, turun mərkəzi qarşılaşmasında “Barselona” öz meydanında “Atletiko Madrid” komandasını 2:0 hesabı ilə məğlub edib. Qolları Luis Suares və Lionel Messi vurublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]