Dil bütün xəstəliklərin indikatorudur
Bakı, 4 avqust (AZƏRTAC). Hələ qədim zamanlarda insanlar hesab edirdilər ki, insanın sağlam və ya xəstə olduğunu dilin rənginə görə müəyyən etmək olar. Orqanizmimizin bütün orqanları arasında yalnız dil həzm yolunun vəziyyətini və daxili xəstəlikləri dəqiq göstərir. Dil xroniki və iltihabi proseslərə, habelə qan xəstəliklərinə, həzmin pozulmasına çox sürətlə reaksiya verir. İnsan hər hansı bir xəstəlikdən əziyyət çəkirsə, onun dilində müəyyən rəngli ərp əmələ gəlir. Ərp yalnız daxili orqanların xəstəliyi zamanı deyil, ağız boşluğunda gigiyenaya əməl etmədikdə də yaranır.
Orqanizmi sağlam olan insanın dili normal ölçüdə, açıq çəhrayı rəngdə, ərpsiz, normal hissiyatlı və nəm olmalıdır.
Onikibarmaq bağırsaq və mədə xorası, qastrit dilin üstündə ağ ərp, kənarlarında isə kiçik çatlar əmələ gətirir.
Anemiya, diareya, diabet və qızdırma zamanı dilin üzərində çoxsaylı çatlar əmələ gəlir və o, son dərəcə quru olur.
Yeməyin həzm olunmaması səbəbindən dil son dərəcə şişir və diş ilə sıxdıqda iz qalır.
Dalaq xəstəliklərində dilin sol tərəfi qızarır və şişir.
Mədə-bağırsaq yolu pozulanda dilin üzərində qəhvəyi rəngli ərp əmələ gəlir.
Stomatit, kandidomikoz və disbakteriozda orqanizmdə infeksiyanın olduğunu göstərən ağ rəngli ərp əmələ gəlir.
Sarı ərp xolesistit xəstəliyinin göstəricisidir.
Dilin kənarları boyu və ucunda ağ ərpin olması ağ ciyər xəstəliklərinin əlamətidir.
Daim parıldayan hamar və qırmızı rəngli dil mədənin selikli qişasının atrofiyasının, yaxud qara ciyər serrozunun göstəricisidir.
Rəngi solğun olan dil ürək çatışmazlığının və anemiyanın əlamətidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]