Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dilimiz kimliyimizdir

Dilimiz kimliyimizdir

Ana dilimizə ilk elmi yanaşmamız orta məktəbdən başlanır

Bakı, 26 noyabr, AZƏRTAC

Türkiyə Cümhuriyyəti Türk Dil Kurumunun devizlərindən biri - “Dilimiz kimliyimizdir” ifadəsidir. Biz kimliyimizi beşikdən anlamağa başlasaq da, ana dilimizə ilk elmi yanaşmamız orta məktəbdən başlanır. Bu baxımdan orta məktəbdəki ana dili dərsliklərimiz hamımız üçün irsi əhəmiyyət kəsb edir.

Azərbaycan türklərinin maariflənməsi, onları dünyanın ən öncül xalqları sırasına çatdırmaq məsələsi ortaya çıxanda adlarını tarixi kitablardan oxuyub öyrəndiyimiz R.Əfəndiyev, M.Şəfi Vazeh, S.Ə.Şirvani, M.Mahmudbəyov, A.Bakıxanov, professor Mirzə Kazımbəy, Krım tatarı İsmayıl Qaspıralı və Ziya Göyalp yadımıza düşür. Mənsub olduğu xalqın övladlarının hərtərəfli yetişməsi və inkişafına öz fəaliyyəti də daxil olmaqla təşəbbüs göstərən ziyalılar - görkəmli şəxsiyyətlər keçmişdə də olub, bu gün də var, mütləq gələcəkdə də olacaqdır.

Bu fikirlər filologiya üzrə elmlər doktoru Sərdar Zeynalın “Dilimiz kimliyimizdir” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Bu cür yanaşma, təhsilə yüksək qiymət, xalqın, millətin sabahı düşünülməsəydi, onda Azərbaycan türklərinin ziyalı övladlarının sədası dünyanın ən qabaqcıl və inkişaf etmiş dövlətlərinin müqəddəs təhsil ocaqlarının auditoriyalarından, təhsil müəssisələrindən, elm mərkəzlərindən gəlməzdi. Belə şəxsiyyətlərdən biri də orta məktəblər üçün kamil dərsliklərin hazırlanıb nəşr edilməsinə çalışan, uzun illər dərslik müəllifi kimi fəaliyyət göstərən, türk dünyasının görkəmli alimi, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Türkiyə Cümhuriyyəti Atatürk Kültür Dil və Tarix Yüksək Qurumunun fəxri üzvü akademik Tofiq Hacıyevdir. Akademikin yaradıcılığı çoxşaxəlidir. O, həm ədəbiyyat, həm də dil tarixi ilə bağlı olan qaranlıq məsələlərin işıqlandırılmasına çalışmış, həm də gələcək nəslin geniş elmi dünyagörüşə sahib bir şəxsiyyət kimi yetişməsində orta məktəblərdə tədris edilən dərsliklərin kamil nümunələrinin hazırlanmasında öz səylərini əsirgəməmişdir.

Geniş auditoriyalarda xalqın gələcəyi olan tələbələr qarşısında mühazirələr oxuyan alim təcrübədən hiss edirmiş ki, kamil, məzmunlu, dərin elmi faktlarla zəngin orta məktəb dərslikləri olmadan ali məktəblərdə savadlı kadrların yetişdirilməsi qeyri-mümkündür. Elə ona görə də elmi yaradıcılığının ilk illərindən orta məktəblər üçün yazılan dərsliklərin dilinin sadə, məzmununun elmi, həcminin yığcam, orada özünə yer tutan fikirlərin daha konkret olması məsələləri onun diqqət mərkəzində olmuş və bu cür məsələlərə öz məqalələrində və əsərlərində xeyli yer ayırmışdır.

Akademik 1985-ci ildə “Dil mədəniyyəti” jurnalında dərc olunan “Ana dili dərsliklərinin dili haqqında” məqaləsində bu sahə ilə bağlı öz fikirlərini cəmləşdirərək yazır: “İbtidai siniflərin dərsliklərinin, xüsusilə “Ana dili” kitablarının dilindən bütövlükdə tədris prosesi ilə bağlı çox şey asılıdır. Bu siniflər gələcəkdə onilliyi başa vuranlar üçün sanki bünövrədir, onillik təhsilə fon verir. Ümumiyyətlə uşaqların başqa elmləri öyrənmələri də onların dil səviyyələri ilə bilavasitə bağlıdır”.

Alimin orta məktəb dərsliklərinin dili ilə bağlı irəli sürdüyü fikirlər bu gün də aktuallığını itirməyib. Dili qəliz, başa düşülməsi çətin, ifadəsi ağır olan mətnlərin və elmi fikirlərin şagirdlər tərəfindən qavranılması bugünkü təcrübəmizdən də görünür ki, verilən elmi fikirlər mürəkkəb və başa düşülməsi çətin olan elmi cümlələr içərisində əriyir, itib batır, şagirdin öyrənmək istədiyi elmi məlumatı dərk etmək onun üçün ağır bir işgəncəyə çevrilir.

Alim dərsliklərin dilinin iki cəhətinə diqqət yetirməyi tövsiyə edərək yazır: “Bu dərsliklərin dilinə iki cəhətdən fikir verməliyik. Əlbəttə, birinci növbədə, dəqiqliyə, sərrastlığa, səlisliyə və aydınlığa... Uşaqlar üçün ana dili dərsliklərində bu cəhətə də diqqət yetirmək lazımdır: unutmamalıyıq ki, uşaqlar dərsliyə ana laylasının birbaşa müşayiətindən gəlirlər. Yəni onlarda poetik əhvali-ruhiyyə, nəğmə və nağıl dilinin sehri hakim olur... Bu dərsliklərdə dilin emosionallığına təkcə şeir və hekayələrdə yox, müəllif mətnlərində də fikir vermək lazımdır”.

Professor dərsliklərin hazırlanmasında dərslik müəlliflərinin böyük məsuliyyət daşıdıqlarını diqqətə çatdırır. Qeyd olunur ki, müəlliflər dərslik hazırlayarkən həmin dərsliklərə daxil edilən elmi və bədii mətnlərin dilinə, elmi dəyərinə məsuliyyətlə yanaşmaqla yanaşı, öz yazılarında da bu tələbləri gözləməyə məsuldurlar. Əgər belə olmasa, tərtib edilən dərsliklərin dilində bir hərc-mərclik, bir dolaşıqlıq özünü göstərər. Dərsliklərə daxil edilən mətnlərin dili, elmi dəyəri, səviyyəsi dərsliyi tərtib edənin dilinə, onun fikirlərini ifadə edən cümlələrdəki məzmuna və ideyaya uyğun olmalıdır. Belə olmasa, dərslik alabəzək bir məzmun daşıyar, onunla tanış olan şagirdlər elə ilk baxışdan dərslikdən bezib uzaqlaşmağa çalışarlar.

Professorun dediyi kimi uşaq-şagird kitabı müqəddəs sayır, müəllimin dediyindən çox, kitabdan oxuduqlarına inanır. Elə buna görə də dərsliyin dili müəllimin nitqindən daha çox diqqətçəkən, orada öz əksini tapan mətnlərdəki məzmun daha çox inandırıcı və qəbuledilən olmalıdır.

Bütün bunları nəzərə alaraq professor yazır: “Uşaq hamıdan çox kitaba inanır və onda kitaba qarşı şübhə yaratmaq çox təhlükəlidir. Bir dəfə bir qeyri-dəqiq şey gördümü, sonra hər sözə, hər ifadəyə qulp qoymağa çalışacaq”.

Doğrudan da belədir. Əgər şagird bir dəfə dərslikdə bir yanlış fikir və ifadə ilə qarşılaşarsa, onda həmin kitaba olan müqəddəs inam tamamilə itəcək. İtən inamı isə geri qaytarmaq üçün uzun illər və təsirli təbliğat lazım olacaq. İnamı geri qaytarmaq isə illər məsələsidir və bu bəzən də qeyri-mümkün olur.

Tofiq Hacıyev dərsliklərin hazırlanmasında milliliklə bağlı məsələlərin də diqqətdə saxlanmasını ön plana çəkir. Dərsliklərə daxil edilən ədəbi-bədii nümunələrin daha çox milli səciyyə daşıyan materiallarla təmin edilməsini məsləhət görür: “Dildə milliliklə əlaqədar onu da deyim ki, dərsliklərdə tərcümələr həddindən artıq çoxdur: III sinfin “Ana dili”ndə ümumi materialın dörddə biri tərcümədir. Bu tərcümə bolluğunda bir cəhət odur ki, uşaqlar üçün əcnəbi anlayışlar çoxdur. Həmçinin tərcüməçilərin dili həmişə təmiz azərbaycanca səslənmir”.

Professor dərsliklərdən danışarkən təkcə həmin dərsliyə daxil edilən mətnlərin məzmunu, ifadə tərzi, milli səciyyə daşıması məsələləri ilə bağlı fikirlər söyləməklə kifayətlənmir, eyni zamanda, şagirdlərin yaş səviyyəsini nəzərə alıb sadə, primitiv məzmun daşıyan mətnlərin daxil edilməsinin də əleyhinə çıxır və bu məsələni nəzərə alaraq yazır: “Dərsliklərin hazırlanmasında şagirdlərin yaş səviyyəsini nəzərə almaq lazımdır. Bu düzdür. Ancaq bu prinsipdən sui-istifadə etmək də olmaz. Uşaq hesab eləyib, uşaqlara bəsit şeylər danışmaq yaramaz. Təbiət, cəmiyyət haqqında uşaqlarda yaş səviyyəsinə uyğun, lakin bəsit yox, dolğun məzmunlu məlumat yaratmağın qayğısına qalmaq lazımdır. Bütün bu işlərdə dərsliklərin dili mühüm, bəlkə də, əsas faktordur. Həm də uşaqlar buradan ana dilini öyrənirlər”.

Dərsliklər haqqında bu cür fikirlər yazan alimlər özlərinin dərsliklər yazarkən qeyd etdikləri nöqsanlara yol verməmələri şəksizdir. Fikir söyləyən alim söylədiyi bütün yanlışlıqları nəzərdə tutub dərslik hazırlayarkən bu dərsliklərdən fərqli yeni milli dərsliklərin ortaya çıxmasına münbit şərait yaradır.

Akademikin orta məktəb dərslikləri ilə bağlı yazdığı məqalənin digəri onun 1994-cü ildə (kollektivlə birgə) yazıb nəşr etdirdiyi dərslikdən bir il sonraya təsadüf edir. “Türk dili: dərslik, şagird və qavrayış” adlı bu məqalə Xəzər Universitetində keçirilən konfransın materiallarında yer alıb.

Akademik Tofiq Hacıyev orta məktəb dərsliyinin müəllifi olana qədər Azərbaycan dili ilə bağlı bir neçə kitabın həm həmmüəllifi, həm də tək müəllifi kimi çıxış etmişdir. “Azərbaycan ədəbi dili tarixi” (kollektiv müəllif, Bakı, Elm-1991), “Azərbaycan dili” (Z.Budaqova ilə birgə, Bakı, Elm-1992) bu qəbildən olan kitablar sırasına daxildir.

Bundan sonra isə professor 1994-cü ildə “Öyrətmən” nəşriyyatında çapdan çıxmış “Türk dili” (orta ümumtəhsil məktəblərin IX sinifləri üçün dərslik) dərsliyinin müəlliflərindən biri olub.

1994-cü ildə “Türk dili” dərsliyi ayrılıqda həm orta ümumtəhsil məktəblərinin IX sinifləri, həm də X və XI sinifləri üçün birlikdə çap olunub.

XX əsrin 90-cı illərinə qədər Azərbaycan dili bir fənn kimi son olaraq 8-ci siniflərdə tədris olunurdu. Lakin buna baxmayaraq, şagirdlər institutlara qəbul olunmaq üçün Azərbaycan dilindən də imtahan verirdilər. Arada qalan ikiillik fasilə şagirdləri həm Azərbaycan dili ilə təmasdan uzaqlaşdırır, həm də öyrənilən elmi materialın unudulmasına şərait yaradırdı. 1990-cı illərə qədər orta məktəblərdə son olaraq qrammatikanın sintaksis bölməsi həmin dərsliklərə daxil edilmiş “Dil haqqında ümumi məlumat” (Azərbaycan dili, 7-8-ci siniflər üçün 1986-1987-ci illər səh.163-180) bölməsi ilə yekunlaşdırılmışdır. Son bölmə isə “Dilin ictimai həyatda rolu və inkişafı” (səh. 163), “Dünya dilləri”, “SSRİ xalqlarının ümumi anlaşma dili”, “Azərbaycan dili” (səh.167), “Azərbaycan ədəbi dili və dialektlər” (səh.169) və “Əbədi dilin üslubları” (səh.171) mətnləri ilə yekunlaşırdı.

Arada olan bu ikiillik boşluğu aradan qaldırmaq və Azərbaycan dili dərsləri ilə ünsiyyəti sona qədər davam etdirmək üçün 1994-cü ildən başlayaraq həm orta məktəblərin 9-cu, həm də 10-11-ci sinifləri üçün dərsliklər nəşr olunmağa başladı: 1994-cü ildə nəşr olunan bu “Türk dili” dərslikləri həm 9-cu, həm də 10 və 11-ci siniflər üçün hazırlanmışdı. 9-cu siniflər üçün ayrıca, 10-11-ci siniflər üçün isə bir dərslik hazırlanmışdı. 9-cu siniflər üçün hazırlanan “Türk dili” dərsliyi Tofiq Hacıyev, Əsgər Quliyev, Nizami Cəfərov, X-XI siniflər (iki sinif bir dərslik şəklində) üçün “Türk dili” dərsliyi isə yenə də Tofiq Hacıyev və Nizami Cəfərov tərəfindən hazırlanıb nəşr edilmişdir.

IX siniflər üçün hazırlanan dərslik dörd bölməni əhatə edib. Birinci bölmə “Ana dili haqqında” adlandırılıb, bu bölmədə V-VIII siniflərdə öyrənilən qrammatik qaydaların təkrarı ilə əlaqədar müəyyən tapşırıqlar verilib.

Dərslik hazırlanarkən akademik öz əqidəsinə sadiq qalaraq ilk olaraq yad xalqların dilçilərinin fikirlərini deyil, Azərbaycan dilinin inkişafı və püxtələşməsində rolu olan görkəmli şəxsiyyətlərin dil haqqındakı fikirlərini dərslikdə əks etdirib.

Dərsliyə daxil edilən ilk mətn müəllifi görkəmli şəxsiyyət Firudin bəy Köçərli olan “Ana dili haqqında” mətnidir. Onun ardınca isə Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldıran Şah İsmayıl Xətai haqqında yığcam məlumat verilib.

Bunun ardınca isə iki bədii mətn: Məmməd Səid Ordubadinin “Ana dili” və dahi sənətkar Cəlil Məmmədquluzadənin ana dilinin saflığı və ona olan sevgini əks etdirən “Anamın kitabı” əsərindən bir parça verilib. Bu mətnlərin hər birində dilə olan münasibət məsələləri əks olunduğundan, müəllif bu mətnləri bilərəkdən dərsliyin əvvəlinə daxil edib.

Doxsanıncı illərdən əvvəl nəşr olunan Azərbaycan dili dərsliklərində dilə məhəbbət və sevgi aşılayan mətnlərlə qarşılaşmaq mümkündür. Düzdür, 1948-ci ildə nəşr edilən “Azərbaycan dilinin sərfi” (sövtiyyat və şəkliyyat) dərsliyində də bu cür yanaşmadan istifadə olunub. Dərsliyin ilk səhifəsində M.Kazımbəy, M.F.Axundzadə, C.Məmmədquluzadə və C.Cabbarlının şəkilləri verilsə də, onların dillə bağlı söylədikləri hər hansı bir fikir, yaxud dilin taleyi ilə bağlı yazılmış hər hansı bir əsərdən heç bir nümunə verilməmişdi. Dərsliyin “Dil və dilçilik” adlanan birinci bölməsində “Dil nədir ?”, “Yazı”, “Dilçilik”, “Etimologiya”, “Lüğətçilik” və “Dialektologiya” başlıqlı mətnlər verilmiş və izahı nümunələrlə aydılaşdırılıb.

Dərsliyin ikinci bölməsi “Azərbaycan dilinin quruluşu və tarixi”, üçüncü bölməsi isə “Nitq mədəniyyəti” adı altında verilib. Birinci bölmədə Azərbaycan dili, onun türk dilləri içərisində yeri, dilimizin morfoloji quruluşu, ədəbi dilimizin fəaliyyət dairəsi, Azərbaycan dilinin Şimal və Cənub normaları, Azərbaycan Respublikasının dövlət dili kimi məsələlər öz əksini tapıb.

“Nitq mədəniyyəti” bölməsində isə nitq mədəniyyəti anlayışı, ədəbi dil, nitq normaları, müasir Azərbaycan dilinin normaları və sair məsələlər işıqlandırılıb, çox düzgün olaraq, gələcəkdə ali təhsil alacaq tələbələrin öyrənmək məcburiyyətində qalacaqları “Dilçilik”, “Nitq mədəniyyəti” kimi fənlərlə tanışlıq məqsədilə onlar haqqında yığcam da olsa məlumat verilib, bu yığcam tanışlıqla onların bünövrəsi qoyulub.

Professor Tofiq Hacıyev öz əziz tələbəsi Nizami Cəfərovla birlikdə həmin ildə orta məktəblərin X-XI siniflərində tədris ediləcək “Türk dili” dərsliyini də yazıb nəşr etdirmişdir. 151 səhifədən ibarət olan bu dərsliyin 75 səhifəsinə daxil edilən elmi material və tapşırıqlar orta məktəbin X sinifləri, 75-ci səhifədən 150-ci səhifəsinə qədər daxil edilən elmi material isə orta məktəblərin XI sinifləri üçün nəzərdə tutulmuşdur. Dərsliyə X və XI siniflər üçün daxil edilən elmi məlumatın hamısı birlikdə üslubiyyat fənninin orta məktəblər üçün hazırlanmış yığcam variantını təşkil edir.

Dərsliyin 10-cu sinifdə tədris olunması nəzərdə tutulan hissəsi “IX sinifdə keçilmişlərin təkrarı” və “ Üslubiyyat” bölmələlərindən ibarətdir. “Üslubiyyat” bölməsində (X sinifdə tədris olunması nəzərdə tutulan hissədə) Üslubiyyat və “Türk ədəbi dilinin üslubları” haqqında geniş məlumat verilib. Digər bölmələrdə isə bədii üslub, elmi üslub, publisistik üslub və fərdi üslub ayrı-ayrı bölmələr şəklində dərsliyə daxil edilib, orada əksini tapan qrammatik elmi məlumatları möhkəmləndirmək üçün bədii əsərlərdən seçilən parçalardan ibarət tapşırıqlar verilib. Bu tapşırıqlara daxil edilən bədii parçaların əsasını Anarın, Elçinin, İ.Şıxlının və digərlərinin əsərlərindən seçilən bədii nümunələr təşkil edir. Bunlarla bərabər, yeri gəldikcə Azərbaycan dilçiliyinin görkəmli simaları Ağaməmməd Abdullayev, Zərifə Budaqova, Abdulla Şərifov, Paşa Sultanov, Zeynal Tağızadə və digərləri haqqında yığcam məlumat verilib.

Müəlliflərin dərsliyi bu cür tərtib etmələri bir tərəfdən ali məktəbdə öyrəniləcək “Üslubiyyat” fənni ilə ilkin tanışlıq, digər tərəfdən dilçiliyimizi çiyinlərində bu yüksəkliyə qaldıran görkəmli dilçilərə hörmət və ehtiram ifadəsi idi. Dərsliyin tədrisi XI sinifdə nəzərdə tutulan hissəsi isə üslubiyyatın digər bölmələrini təşkil edir.

Üslubiyyatda öyrənilən “Məişət üslubu” və “Rəsmi-işgüzar üslub” da dərsliyin XI siniflər üçün hazırlanan bölməsinə daxil edilmişdir. “Məişət üslubu” adlanan birinci bölməyə “Məişət üslubu nədir?”, “Məişət üslubunun yaranma şəraiti”, “Dialoji nitq”, “İntonasiya və jest hərəkət”, “Məişət üslubunda dil qatlarının təzahürü” və “Məişət üslubu bədii ədəbiyyatda” mətnləri daxil edilmişdir. Bu mövzularla bağlı bədii əsərlərdən seçilmiş mətnlərdən də istifadə edilmişdir.

Bu bölmədə çox doğru olaraq türk terminologiyasının yaradıcılarından biri Məhərrəm Kamil, Rəsul Rüstəmov haqqında çox yığcam şəkildə məlumat verilib. Bölmədə verilmiş tapşırıq mətnləri isə əsasən C.Məmmədquluzadə, Ü.Hacıbəyli, M.Ə.Sabir, C.Cabbarlı və digər ədiblərin əsərlərindən seçilib.

Dərsliyin XI siniflər üçün nəzərdə tutulmuş bölməsinin ikinci hissəsini isə “Rəsmi-işgüzar üslub” təşkil edir. Bu hissəni isə rəsmi-işgüzar üslub, rəsmi və işgüzar sənədlərin dili, rəsmi-işgüzar üslubun təzahür formaları, sənəd dilində rəsmi və qeyri-rəsmi ifadələr, üslubların ayrılması və birləşməsi kimi məsələlər təşkil edir. Daha sonra Azərbaycan dilinin bütün bölmələrini əhatə edən “V-XI siniflərdə keçirilənlərin təkrarı” başlıqlı bir hissə daxil edilib, Azərbaycan dilində öyrənilməsi lazım bilinən bütün qanun-qaydalarla bağlı çalışmalar verilib. Bu bölmədə verilən hazırlıqlarda ahəng qanunundan başlayaraq mətnlərin dil və üslub xüsusiyyətlərinin öyrənilməsinə qədər bütün sahələrlə bağlı tapşırıqlar verilib və qarşıya onların yerinə yetirilməsi tələbi qoyulub.

2005-ci ildən başlayaraq bu dərslik ayrı-ayrı dərsliklər şəklində nəşr edilib, X və XI sinif dərsliklərin müəllifləri sırasına Nizami Xudiyev də daxil edilib.

Hər bir dilçiyə məlumdur ki, Azərbaycan dilinin bütün bölmələrinin (fonetika, leksika, morfologiya, sintaksis) öyrədilməsinə hələ orta məktəbin aşağı siniflərindən başlanılır. Asandan çətinə, sadədən mürəkkəbə gedən bu yol hər bir şagirdin dilçiliyin qanun-qaydalarının hərtərəfli və elmi şəkildə öyrənməsinə şərait yaradır. Ali məktəbə qəbul olunan abituriyentlər institutda oxuduğu illərdə hələ orta məktəbdə öyrəndikləri qayda-qanunları ətraflı öyrənib möhkəmləndirməkdə heç bir çətinlik çəkmir. Bu sahədə böyük nailiyyətlərin əldə edilməsində heç bir maneə ilə qarşılaşmırlar.

O təcrübəni nəzərə alaraq deyə bilərik ki, akademik Tofiq Hacıyevin həmmüəllifi olduğu Azərbaycan dili dərslikləri də ali məktəblərdə tədris edilən “Nitq mədəniyyəti” fənninin əsasını təşkil edir. Çəkinmədən demək olar ki, pedaqoji institutların elə bir fakültəsi yoxdur ki, orada “Nitq mədəniyyəti” fənni tədris edilməsin. Gələcəkdə siniflərə daxil olub fənlərin tədrisi ilə məşğul olan hər bir kadr gözəl nitq qabiliyyətinə malik olmalıdır.

Məlumdur ki, bu gün yazılıb nəşr edilən bütün dərsliklərin hamısı kurikulumun tələbləri əsasında hazırlanır. Bu kitablarda, demək olar ki, qrammatik qaydaların öyrənilməsi üçün o qədər də material verilmir. Məsələn, orta məktəblərin 9-cu sinifləri üçün nəşr edilmiş “Azərbaycan dili” dərsliyinə təqribən 27 yığcam mətn daxil edilib. Bu mətnlərin tədrisinə ayrılan saatların miqdarına diqqət yetirdikdə, onların öyrənilməsinə ayrılan saatların dərslikdə qrammatik qaydaların öyrənilməsinə ayrılan saatlardan bir neçə dəfə çox olduğunun şahidi oluruq.

Məsələn, IX sinif dərsliyinin 26-cı səhifəsində yazılır: “Tamamlıq haqqında öyrəndiklərinizi yadınıza salıb sualları cavablandırın. Fikirlərinizi nümunələrlə əsaslandırın”. Dərsliyin 38-ci səhifəsində isə yazılır: “Nitqdə söylənilən hər hansı bir fikri daha qabarıq və canlı vermək üçün jest və mimikalardan istifadə olunur”. Əgər şagird jest və mimikanın nə olduğunu öyrənməyibsə, bu tələbi necə yerinə yetirə bilər? Əgər bu siniflərdə jest və mimikanın nə olduğunu şagirdə öyrətmək lazım idisə, onda bu cür materiallar dərsliklərdən niyə çıxarılırdı?

Orta məktəblərin XI siniflərində bu gün tədris edilən “Azərbaycan dili” dərsliklərinə üslubiyyatla və digər sahələrlə bağlı yalnız 8 yığcam elmi məlumat daxil edilib. Tədrisinə bu qədər saat ayrılan Azərbaycan dilinə 8 elmi qrammatik anlayışın daxil edilməsi az deyilmi?

Elə başa düşürəm ki, vaxt gələcək, akademik Tofiq Hacıyevin həmmüəllifliyi ilə nəşr olunan dərsliklərə yenidən ehtiyac duyulacaq və dərsliklərdə özünü göstərən bu boşluqlar aradan qaldırılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

BBC-nin əməkdaşı: Azərbaycan xalqı çətinliklərə baxmayaraq qurub-yaradır

Premyer Liqa: "Qəbələ" "Şamaxı"ya qalib gəlib

CENTCOM: Hörmüz boğazında 94 ticarət gəmisi başqa istiqamətə yönəldilib

Misirdə böyük neft-qaz yatağı tapılıb

Nigeriyalı mütəxəssis: WUF13 mənim üçün peşəkar təcrübə oldu

Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır

İlyas Demirci: Yaşayış sahələrimizi qorumaq üçün daha güclü qərarlar qəbul etməliyik

UN-Habitat-ın eksperti: Bakıda son dərəcə zəngin təəssüratlar əldə etmişəm

Xarici jurnalist: Cəmiyyətinizin sülh və həmrəyliyi necə qoruduğu barədə məlumat almaq bizim üçün çox maraqlı oldu

Bu saata olan əsas xəbərlər

Çuvaşiyalı nəğməkar şair: Türk ölkələrini birləşdirən layihələr onların arasındakı münasibətləri gücləndirir

Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb

Kəlbəcərdə qış turizm kompleksinin yaradılması planlaşdırılır

Azərbaycan bayrağını yerdən qaldıran türküstanlı məktəbli: Buna laqeyd qala bilməzdim

Bəşir Hacıyev: Kəlbəcərdə 2020 hektar ərazi minalardan təmizlənib

Fərid Şəfiyev: Laçın və Kəlbəcər 1994-cü ildən sonrakı dövrdə sistemli şəkildə məhv edildi

WUF13-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təqdimat və proqramları maraqla qarşılanıb

WUF13 çərçivəsində “Bakı Baş Planı-2040”ın dayanıqlı şəhər inkişafı istiqamətlərindən danışılıb - YENİLƏNİB

Xüsusi nümayəndə: Kəlbəcərdəki layihələr doğma torpaqlara həyatın yenidən qayıtdığını təcəssüm etdirir

WUF13-də media sessiyası: Beynəlxalq ekspert jurnalistlərə şəhərsalma mövzularının işıqlandırılmasından danışıb

Mədəniyyət Nazirliyində yubilyar mədəniyyət xadimləri ilə görüş olub

Xüsusi nümayəndə: Mənzil təminatı və sosial inklüzivlik Qarabağın bərpasında əsas prioritet istiqamətlərdəndir

UNECE-nin icraçı katibinin müavini ilə görüş baş tutub

Aqrar sahənin davamlı inkişafında dövlət-özəl tərəfdaşlığı - "Aqrar Süni İntellekt" layihəsi və dataəsaslı idarəetmə həlləri təqdim olunub

Almaniyada xarici investisiyaların azalması tendensiyası davam edir

Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar

WUF13 çərçivəsində KOB-ların davamlı, inklüziv və dayanıqlı şəhər inkişafında rolu müzakirə olunub - YENİLƏNİB

WUF13: “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı sessiya baş tutub - YENİLƏNİB VİDEO

WUF13: “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı sessiya baş tutub - YENİLƏNİB VİDEO

Anjela Makeyeva: Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə "Linqvist" liseyi və şəhər poliklinikası yenidən fəaliyyət göstərir

Almatıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium başlayıb

Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib

WUF13: Qlobal Cənubun sürətlə urbanizasiya olunan ölkələri üçün innovativ tərəfdaşlıqlar və həllər” mövzusunda panel yekunlaşıb

WUF13 çərçivəsində Ukraynada dayanıqlı mənzil həlləri müzakirə olunub

Müasir şəhərsalma standartları ilə dirçələn Ağdamdan REPORTAJ

Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib VİDEO

UN-Habitat: Dayanıqlı və aşağıkarbonlu şəhər inkişafında mənzil və iqlim siyasətlərinin inteqrasiyası vacibdir  - YENİLƏNİB

Xüsusi Nümayəndəliyin əməkdaşı: Dayanıqlı praktiki standartların yaradılması və inkişafı üçün möhkəm baza formalaşdırılır

ADA Universitetinin professoru Silja Tillner WUF13-də Vyana təcrübəsindən danışıb VİDEO

ADA Universitetinin professoru Silja Tillner WUF13-də Vyana təcrübəsindən danışıb VİDEO

Böyük Qayıdış: Baş Qərvənd kəndinə ilk köçün bu il həyata keçirilməsi gözlənilir

BMT: Ötən il münaqişə zonalarında hər 14 dəqiqədə 1 mülki şəxs həlak olub

Mer: Xarkovun bərpasında beynəlxalq əməkdaşlıq mühüm rol oynayır

Ekspert: Genişmiqyaslı iqlim dəyişikliyi əsasən insan təsiri ilə bağlıdır

Məhəmmədəli Xudaverdiyev: Qlobal Cənub mühüm innovasiya və təcrübəyə sahibdir

Bakıdakı Ümumdünya Şəhərsalma Forumu gənclər üçün mühüm təcrübə platforması oldu

Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası olub VİDEO

Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası olub VİDEO

AQTA: Qurban bayramı ilə əlaqədar təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib

Şeri Ritsema-Anderson: Humanitar böhranlar zamanı milli sistemlərdən daha erkən mərhələdə istifadə olunmalıdır

Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib

Bu ilin 4 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 108 milyon manat vəsait ödənilib

“AnewZ” prodüseri: Belə ekran əsərləri Azərbaycanı dünyaya tanıdır VİDEO

Qazax Milli Qadınlar Pedaqoji Universitetinin magistrantları ADPU-da təcrübə keçiblər

“Səsiniz olaq” adlı onlayn surdotərcümə xidmətindən 650-dən çox şəxs faydalanıb

Şəkiyə, Qusara və Balakənə dolu yağıb

Azərbaycan türkologiya elmi: sələflər və xələflər - gənc alimlərin respublika konfransı

WUF13 çərçivəsində “Boston Consulting Group”un qlobal şəhərlər reytinqinin yeni nəşri təqdim edilib - YENİLƏNİB

Bu gün ASAN vətəndaş məmnuniyyəti üzrə 99 faizdən yüksək göstərici nümayiş etdirir

Türkiyəli memar: Azərbaycanın dəstəyi Kahramanmaraşda insanların yenidən həyata qayıtmasına töhfə verib

Paula Qaviria: Məcburi köçkünlərlə bağlı məsələlərdə yerli səviyyədə preventiv tədbirlər xüsusi əhəmiyyət daşıyır

WUF13 tədbiri çərçivəsində qida təhlükəsizliyinə nəzarət: "AQTA hara baxır?"

WUF13 çərçivəsində “Yeni inkişaf üçün tranzityönümlü planlaşdırma” mövzusunda sessiya baş tutub - YENİLƏNİB

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzdan

Fransada bələdiyyə seçkisi ilə bağlı namizədlərin hədəfə alındığı açıqlanıb

Ümumdünya Şəhərsalma Forumunda məcburi köçkünlərin şəhər mühitinə inteqrasiyası yolları araşdırılıb

Boriy Alixanov: WUF13 dayanıqlı şəhər inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynayır

® “AzInTelecom” “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub

Beynəlxalq ekspert: WUF13 şəhərsalma sahəsində ən yaxşı ideyaların mübadiləsinə töhfə verir

“Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Filippinli nümayəndə: WUF13 hər kəsin öz təkliflərini təqdim etməsi üçün yaxşı bir platformadır

Xüsusi Nümayəndəliyin böyük məsləhətçisi: Azad edilmiş ərazilərdə sıfırdan müasir şəhərsalma sistemi yaradılır

Lüsi Erl: WUF-un ən yaxşı tərəfi dünyanın hər yerindən gələn insanların müxtəlifliyidir

Mənzil təminatında əlçatanlıq problemi çox vaxt tələb-təklif müstəvisində nəzərdən keçirilib

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk professor: WUF13 ölkələr arasında şəhərsalma sahəsində əməkdaşlığın güclənməsinə mühüm töhfə verir

Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Lea Ranalder: Dayanıqlı mənzil sistemi şəhər infrastrukturuna inteqrasiya olunmalıdır

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019 cu il 10 may tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəmi agenti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qananın naziri: WUF13-də aparılan müzakirələr olduqca zəruridir

Yeliz Berxt: Mənzillərin bərpası həm də insanların rifahı və ləyaqəti ilə bağlıdır

“Naxçıvan” sənədli filminin prodüsseri: Məqsədimiz insanları Azərbaycanın hər bir bölgəsinin tarixi ilə tanış etməkdir

Şəhərlərin dirçəlişi və mədəni irs: WUF13-də “Secure” modeli müzakirə olunub - YENİLƏNİB VİDEO

Şəhərlərin dirçəlişi və mədəni irs: WUF13-də “Secure” modeli müzakirə olunub - YENİLƏNİB VİDEO

Səfir: WUF13 ölkələrimiz üçün fundamental əhəmiyyət kəsb edir

WUF13-ü işıqlandıran xarici media nümayəndələri Şamaxıya səfər ediblər  FOTO VİDEO

WUF13-ü işıqlandıran xarici media nümayəndələri Şamaxıya səfər ediblər FOTO VİDEO

Çinli memar: WUF13-ün Bakı üçün çox yaxşı təsiri olacaq

BDU əməkdaşları beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

Fələstin Dövlətinin naziri: bizim çox böyük mənzil problemlərimiz var

İordaniya mətbuatı WUF13 barədə yazıb

Zelenski Xerson vilayətinin işğal altında olan hissəsində FTX qərargahına zərbə endirildiyini təsdiqləyib

Dünya Bankı ilə dövlət maliyyəsinin idarə olunması və nəticəəsaslı büdcə mexanizmləri üzrə əməkdaşlıq müzakirə olunub

Pakistanlı tədqiqatçı: Qarabağın bərpası üzrə görülən işlər qısa müddətdə diqqətçəkən nəticələr göstərib VİDEO

Pakistanlı tədqiqatçı: Qarabağın bərpası üzrə görülən işlər qısa müddətdə diqqətçəkən nəticələr göstərib VİDEO

Paula Gaviria: BMT-nin diqqəti insanlara, onların hüquqlarına və bərpasına yönəlib

Mərkəz rəhbəri: Beynəlxalq davamlılıq dəyərləri ilə Azərbaycanda yerli peşəkar təcrübə arasında körpü yaratmağa çalışırıq

Dima Al-Khatib: WUF13-ün diqqəti mənzil məsələsinə yönəltməsi olduqca uğurlu addımdır

Rohit Ciqyasu: Şəhərlərin kortəbii inkişafı təbii fəlakət risklərini artırır

ÜST-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı: Hamı üçün əlçatan şəhərlər və mənzillər yaratmalıyıq

ABŞ-dən olan nümayəndə: Hamının mənzil problemi kimi vacib məsələ haqqında düşünməsi çox qiymətlidir

Sebastian van Herk: “Ağıllı şəhər” konsepsiyası insanların sağlamlığına və həyat keyfiyyətinə yönəldilməlidir

WUF13: Azərbaycanın qlobal şəhərsalma gələcəyində artan rolu