CENTCOM: Hörmüz boğazında 94 ticarət gəmisi başqa istiqamətə yönəldilib
Qahirə, 21 may, AZƏRTAC
İran limanlarına qarşı aprelin 13-dən tətbiq olunan dəniz blokadası davam edir. Bu kontekstdə Hörmüz boğazında 94 ticarət gəmisinin marşrutu dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” platformasında yaydığı bəyanatda açıqlamasında bildirib.
Qeyd olunub ki, mayın 21-dək ABŞ qüvvələri 94 kommersiya gəmisini başqa istiqamətə yönəldib, daha 4 gəmini isə dayandırıb.
Açıqlamada qeyd olunub ki, bu addımlar İran limanlarında həyata keçirilən ticarət axınının qarşısını almaq məqsədilə tətbiq edilən tədbirlər çərçivəsində atılıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [20:12]
Misirdə böyük neft-qaz yatağı tapılıb
- 21.05.2026 [19:23]
Almaniyada xarici investisiyaların azalması tendensiyası davam edir
- 21.05.2026 [18:50]
BMT: Ötən il münaqişə zonalarında hər 14 dəqiqədə 1 mülki şəxs həlak olub
- 21.05.2026 [18:20]
Fransada bələdiyyə seçkisi ilə bağlı namizədlərin hədəfə alındığı açıqlanıb
- 21.05.2026 [16:13]
ABŞ Çinə yüksəksəviyyəli təhlükəsizlik nümayəndə heyəti göndərir
- 21.05.2026 [16:00]
ABŞ bankları müştərilərinin vətəndaşlığını daha ətraflı yoxlayacaq
- 21.05.2026 [15:34]