WUF13 çərçivəsində Ukraynada dayanıqlı mənzil həlləri müzakirə olunub
Bakı, 21 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Xarkovda şəhər bərpası: Evlərin və gələcəyin yenidən qurulması” mövzusunda tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Xarkov Şəhər Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə Ukraynada müharibədən zərər çəkmiş ərazilərin bərpası, xüsusilə mənzil təminatı və dayanıqlı şəhər inkişafı məsələləri müzakirə olunub. Bildirilib ki, qəbul olunmuş mənzil siyasəti qanunvericiliyi çərçivəsində ölkədə əlçatan və davamlı yaşayış mühitinin yaradılması prioritet istiqamətlərdən biridir.
Qeyd olunub ki, Xarkov şəhəri münaqişədən ən çox zərər görmüş şəhərlərdən biri olmaqla, genişmiqyaslı yenidənqurma prosesinin mərkəzində dayanır. Bu istiqamətdə yerli və milli qurumlar, beynəlxalq təşkilatlar və tərəfdaşlar birgə fəaliyyət göstərərək dayanıqlı, inklüziv və iqlimədavamlı mənzil həllərinin tətbiqinə çalışır.
Müzakirələr zamanı, həmçinin bərpa prosesinin genişləndirilməsi, innovativ yanaşmaların tətbiqi və müxtəlif tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi məsələləri diqqətə çatdırılıb. Vurğulanıb ki, bu kimi təşəbbüslər münaqişədənsonrakı dövrdə şəhərlərin daha dayanıqlı və yenidən qurulmasına töhfə verir.
Müxbir – Elgün Niftəli
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [19:47]
Kəlbəcərdə qış turizm kompleksinin yaradılması planlaşdırılır
- 21.05.2026 [19:39]