WUF13 tədbiri çərçivəsində qida təhlükəsizliyinə nəzarət: "AQTA hara baxır?"
Bakı, 21 may, AZƏRTAC
Beynəlxalq tədbirlər zamanı qida təhlükəsizliyinə sistemli nəzarət iştirakçıların sağlamlığının qorunması və etibarlı mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. “AQTA hara baxır?” layihəsinin yeni buraxılışında beynəlxalq tədbirlər zamanı qida təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən nəzarət tədbirlərindən bəhs olunur.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, materialda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) zamanı AQTA əməkdaşlarının iş prosesi nümayiş etdirilir.
Tədbirin keçirildiyi əsas məkan olan Bakı Olimpiya Stadionu ərazisində aparılan monitorinqlər, qida məhsullarının yoxlanılması və nümunələrin götürülməsi mərhələləri əks olunur. Eyni zamanda, AQTİ-nin səyyar laboratoriyalarında aparılan çevik və dəqiq analiz prosesi də izləyicilərə təqdim edilir.
Daha ətraflı link vasitıəsilə tanış ola bilərsiniz.