Qananın naziri: WUF13-də aparılan müzakirələr olduqca zəruridir
Bakı, 21 may, AZƏRTAC
Qlobal Cənub ölkələri arasında həmrəylik və əməkdaşlığın gücləndirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Hökumətinə xüsusi təşəkkürümü bildirirəm. Düşünürəm ki, WUF13-də aparılan müzakirələr həm vaxtında atılan addımdır, həm də olduqca zəruridir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Cənub-Cənub və üçtərəfli əməkdaşlıq vasitəsilə təhlükəsiz, dayanıqlı şəhərlər və icmaların qurulması” mövzusunda regionlararası dialoqda Qananın işlər, mənzil və su resursları naziri Kenneth Gilbert Adjei bildirib.
Nazir qeyd edib ki, Qlobal Cənubda urbanizasiya misli görünməmiş sürətlə gedir, çünki şəhərlər getdikcə iqtisadi transformasiya, innovasiya və imkanların mərkəzinə çevrilir. Şəhərlər, eyni zamanda, qeyri-kafi infrastruktur, mənzil çatışmazlığı, iqlim dəyişikliyinə həssaslıq və xidmət təminatındakı boşluqların daha kəskin hiss olunduğu məkanlardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [18:48]
Mer: Xarkovun bərpasında beynəlxalq əməkdaşlıq mühüm rol oynayır
- 21.05.2026 [18:47]
Ekspert: Genişmiqyaslı iqlim dəyişikliyi əsasən insan təsiri ilə bağlıdır
- 21.05.2026 [18:40]