Kəlbəcərdə qış turizm kompleksinin yaradılması planlaşdırılır
Bakı, 21 may, AZƏRTAC
Kəlbəcər həm də perspektivli qış turizmi məkanı kimi nəzərdən keçirilir. Bu məqsədlə, Kəlbəcər rayonunun Şaplar kəndində 330 hektar sahədə müasir dağ turizmi kompleksinin yaradılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Urbisiddən münaqişəsonrası yenidənqurmaya gedən yol” adlı tədbirdə Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Emil Şolan bildirib.
"Məsələn, bu regiondakı flaqman layihələrdən biri Kəlbəcərin “İstisu” müalicə və istirahət kompleksidir. Bu məkan regionun sağlamlıq və tibbi turizm mərkəzi kimi layihələndirilib. Kompleks müalicəvi və istirahət məqsədlərinə xidmət edən müasir SPA obyektləri üçün nəzərdə tutulmuş sahələr də daxil olmaqla, ümumilikdə, 34 hektar ərazini əhatə edir", - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [14:58]
Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb
- 06.06.2026 [15:21]
Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib
- 29.05.2026 [22:01]