DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 64 cinayətin üstü açılıb
Bakı, 31 may, AZƏRTAC
Mayın 30-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarılan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən altı yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:33]
Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub
- 02.10.2026 [16:08]
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub
- 02.10.2026 [16:01]
“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib
- 02.10.2026 [15:49]