MƏDƏNİYYƏT
“DİVANİ-LUĞAT İT-TÜRK” ƏSƏRİ QAZAXISTANDA ÇAP EDİLƏCƏK
Mahmud Kaşqari “Divani-luğat it-türk” əsərini XI əsrdə yazmışdır. Artıq həmin dövrdə türk tayfalarının dillərində müxtəliflik vardı. M.Kaşqari öz “Divan”ında mövcud türk ləhcələrini bir əsərdə toplayıb ərəbdilli oxuculara təqdim etmiş, ərəb mütəxəssislərinin təcrübəsindən istifadə edərək son dərəcə dəyərli türk-ərəb lüğəti yaratmışdır.
Əsərin ilk tərcüməsi Türkiyədə türk dilində çap olunmuşdur. “Divan”ın bizə gəlib çatan yeganə nüsxəsi İstanbulda saxlanılır. Keçən əsrin 60-cı illərində SSRİ EA Dilçilik İnstitutunun nəşr etdiyi “Qədim türk dilləri lüğəti”ndə “Divan”dan götürülmüş çoxlu leksik material toplanmışdır. Kaşqarinin “Divani-luğat it-türk” əsərindən istifadə edərək Almaniyada alman dilində qədim türk dili lüğəti çap olunmuşdur.