Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dolğun portretin kiçik ştrixləri

“Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”

            Heydər Əliyev

Bakı, 12 may, AZƏRTAC

BP Azərbaycanın Hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli ulu öndər Heydər Əliyevin xarici ölkələrdə yaşayan azərbaycanlıların bir məqsəd ətrafında təşkilatlanması, diaspor quruculuğu sahəsində gördüyü işlərə, Ümummilli Liderlə bağlı xatirələrinə dair məqalə hazırlayıb. AZƏRTAC məqaləni təqdim edir.

X X X

Heydər Əliyev Prezident kimi fəaliyyət göstərdiyi ilk illərdə yeni müstəqil respublikamızın haqq səsini, Azərbaycan həqiqətlərini xaricdə yaşayan azərbaycanlılar vasitəsilə dünyaya yaymağı, onların təşkilatlanması, həmrəyliyin və milli birliyin möhkəmlənməsi istiqamətində böyük işlər görmüşdü. Ulu Öndər rəsmi və işgüzar səfərləri çərçivəsində xaricdə yaşayan azərbaycanlılarla görüşmək və onların fəaliyyətləri ilə tanış olmaq ənənəsinin əsasını qoyub, onların bir məqsəd ətrafında təşkilatlanması üçün əməli tədbirlər həyata keçirib.

Bu istiqamətdə 1995-ci ildə təsis olunan və rəhbərlik etdiyim Azərbaycan - Norveç Dostluq Cəmiyyəti də mühüm rol oynayıb. Dostluq Cəmiyyətinin idarə heyətinin yüksək statusu, onun üzvləri arasında hər iki ölkənin hökumət və diplomatik nümayəndəliklərinin, işgüzar dairələrin rəhbərlərinin olmasının bu cəmiyyətin fəaliyyətinə çox müsbət təsiri olub.

Tale elə gətirdi ki, mən Azərbaycan-Norveç Dostluq Cəmiyyətinin prezidenti kimi ulu öndər Heydər Əliyevlə bir sıra görüşlərdə iştirak edib və onun müdrik keyfiyyətlərinin şahidi olmuşam. Bu gün Heydər Əliyevi yada salarkən onunla bağlı xatirələri, bu fenomen şəxsiyyətin portretinin bəzi cizgilərini işıqlandırmaq istərdim.

Cəmiyyətimizin geniş fəaliyyəti iki ölkə arasında mədəniyyət, elm, təhsil, informasiya mübadiləsi sahəsində qarşılıqlı surətdə səmərəli olan əlaqələrin möhkəmləndirilməsində böyük rol oynayırdı. Təşkilat o zaman Azərbaycan cəmiyyətində ən çox təqdir olunan və gündəmdə olan bir qurum kimi ulu öndər Heydər Əliyevin diqqətini cəlb etmişdi. Bunun nəticəsi olaraq Heydər Əliyev Azərbaycan-Norveç dostluq cəmiyyətinin tədbirlərində iştirak etmiş və cəmiyyətin üzvləri ilə görüşlər keçirmişdi.

Cəmiyyətin fəaliyyətini yüksək qiymətləndirən Ümummilli Liderimiz Norveç Krallığına ilk səfəri zamanı Norveçdə və ümumilikdə Skandinaviya ölkələrində yaşayan Azərbaycan diaspor nümayəndələri ilə görüşü təşkil etmək üçün məni cəmiyyətin rəhbəri kimi dövlət nümayəndə heyətinin tərkibinə daxil etmişdi. Mən dövlət nümayəndə heyətinin tərkibində hökuməti təmsil etməyən yeganə iştirakçı idim və bu da Heydər Əliyevin diaspor işinə verdiyi önəmdən irəli gəlirdi.

Heydər Əliyev gözəl psixoloq kimi insanların beyninə və qəlbinə asanlıqla yol tapa bilirdi. Norveçdə olarkən Osloda azərbaycanlı diaspor nümayəndələri ilə görüşün əvvəlində Ulu Öndər məni yanına çağıraraq buradakı diaspor fəaliyyəti barədə məruzə etməyimi xahiş etdi. Məruzəmi dinlədikdən sonra Heydər Əliyev diaspor nümayəndələrinə üz tutaraq öz çıxışında mənim adımı ayrıca vurğulayaraq nəyə görə məni dövlət nümayəndə heyətinin tərkibinə daxil etdiyini bildirdi. Diaspor təşkilatlarının pərakəndə fəaliyyətini görən Heydər Əliyev bununla ətrafdakılara bir mesaj verərək bildirirdi ki, bu şəxs mənimlə sizin aranızda bir körpü rolunu oynayir və siz diaspor nümayəndələrinin təşkilatlanmasında və milli birliyin möhkəmləndirilməsində bu şəxslə səmərəli işləyə bilərsiniz.

Həqiqətən də, ulu öndər Heydər Əliyevin Osloda diaspor nümayəndələri ilə görüşündən sonra Norveçdə yaşayan soydaşlarımızın bu ölkənin ictimai-siyasi həyatında fəallığı daha da artmış və Azərbaycanın problemləri ilə bağlı geniş fəaliyyətə təkan vermişdi.

Norveç Krallığına səfər zamanı yaddaşımda həkk olunan kiçik ştrixlərdən biri də Heydər Əliyevin fenomenal hafizəyə malik olmasını göstərən nitq və çıxışları idi. Hələ Bakıda olarkən Azərbaycan-Norveç Dostluq Cəmiyyətinin rəhbəri kimi mənim də daxil olduğum Norveç nümayəndə heyətinin Heydər Əliyevlə görüşlərində görürdüm kı, aidiyyəti qurumlar Norveç barədə Prezidentə dolğun məlumat çatdıra bilmirlər. Ovaxtkı obyektiv səbəblər, Azərbaycanın Skandinaviyada, o cümlədən Norveçdə diplomatik nümayəndəliyinin olmaması səbəbindən, bu qurumlar Norveç barədə bəzi məlumatları əldə etmək və yaxud dəqiqləşdirmək üçün Azərbaycan - Norveç Dostluq Cəmiyyətinə müraciət edirdilər. Bütün bunları nəzərə alaraq, mən ulu öndər Heydər Əliyevin Norveç səfəri üçün ona lazım ola biləcək məlumatları hazırladım. Bura Norveç Krallığının başqa Qərbi Avropa ölkələrindən fərqli cəhətləri, dövlət quruluşu, parlamenti, 1970-ci illərdən təşəkkül tapmış neft sənayesi və Norveç Neft Fondu, Norveç cəmiyyəti və ölkənin sürətli inkişafını şərtləndirən cəhətlər, Norveç təcrübəsinin Azərbaycanda tətbiq olunması sahəsində olan imkanlar daxil idi. Bütün bu məlumatları Heydər Əliyev apardığı görüşlər və çıxışlarında özünə məxsus ustalıqla istifadə edirdi. Sonradan Bakıya dönərkən ulu öndər Heydər Əliyevin respublika mətbuatında dərc olunmuş çıxış və nitqlərini oxuyub ona təqdim etdiyim informasiya materialı ilə müqayisə edərkən onun qeyri-adi hafizəsinə heyran qaldım. Norveç haqqında təqdim etdiyim statistik məlumatlara Heydər Əliyevin sadə bir dildə geniş auditoriyaya təqdim etməsi, Ulu Öndərin güclü analitik düşüncəsinin və yüksək intellektinin təzahürü idi.

Azərbaycan müstəqillik qazandıqdan sonra həyatımızın digər sahələri kimi mədəniyyətimiz də bir müddət böyük çətinliklər qarşısında qalmışdı. Dağılan təkcə iqtisadiyyat deyildi, milli-mənəvi dəyərlərimiz də tənəzzülə uğrayırdı. Ümummilli lider Heydər Əliyev gözəl başa düşürdü ki, mədəniyyət vətənpərvərliyin, milli birliyin, özünüdərkin əsas dayaqlarından biridir. Vacib dövlət işləri ilə məşğul olmasına, vaxtının hədsiz azlığına baxmayaraq, insanların diqqətini mədəni irs və dəyərlərə yönəltmək üçün o, hər bir fürsətdən istifadə etməyi bacarırdı.

1997-cı ildə biz Azərbaycan xalq musiqisinin vurğunu, ABŞ-a səfər edən muğam sənətkarlarımızdan milli alətlərimizdə çalmağı öyrənən, kaman, tar və udda Azərbaycan muğamlarını məharətlə ifa edən amerikalı Cefri Verboku Bakıya konsertə dəvət etmişdik. Muğamlarımıza böyük maraq göstərən amerikalının Azərbaycana gəldiyini eşidən Heydər Əliyev onunla görüşmək istədiyini bildirmişdi. Mən Prezidentin bu istəyini Cefriyə çatdıranda siyasətdən uzaq olan bu amerikalının dili ilə desək “böyük imperiyada SSRİ rəhbərlərindən biri, Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və DTK generalı olmuş” Heydər Əliyev ilə görüşün nə məqsəd daşıdığını anlaya bilmir və bir müddət sıxıntı keçirmişdi. Lakin Heydər Əliyevlə görüş, Ulu Öndərin güclü xarizması, böyük intellekti, həmsöhbətləri ilə birbaşa ünsiyyət qurub eyni səviyyədə söhbət aparmaq qabiliyyəti Cefri Verbokun bütün sıxıntı və tərəddüdlərini, onun ilkin təəssüratını alt-üst etmişdi. Heydər Əliyev ilə söhbət o qədər səmimi keçmişdi ki, Cefri hətta Prezidenti konsertinə də dəvət etmişdi. Maraqlı cəhətlərdən biri də o olmuşdur ki, Cefri dəvətnamənin iki nəfərlik olduğu üçün Prezidentin özü ilə konsertə bir nəfəri də gətirə biləcəyini qeyd etmişdi. Cefrinin bu təklifinə ürəkdən uğunub gedən Prezident görüşə xoş bir ovqat qataraq amerikalı musiqiçiyə uğurlar arzulamış, onun fəaliyyətinin izləyəcəyini qeyd etmişdi.

Heydər Əliyevlə söhbətdən ruhlanan Cefri Verbok Şuşada muğam məktəbi açmaq arzusunda olduğunu Prezidentə bildirmiş və amerikalının bu istəyi səhərisi gün qəzet başlıqlarına çıxarılmışdi.

Amerikalı həvəskar musiqiçi ilə görüşə gərgin iş qrafikindən bir saata yaxın vaxt sərf edən Heydər Əliyevin əsas məqsədi xalq musiqisi də daxil olmaqla, Azərbaycan milli adət-ənənələrinə öz dəstəyini və milli dəyərlərin özünüdərkin yüksəlməsində böyük əhəmiyyət kəsb etdiyini göstərmək idi.

Cefri Verbokun Heydər Əliyevi öz konsertinə dəvət etməsi epizodu bizim Cefri ilə sonrakı görüş və toplantılarımızda ən isti və şirin əhvalat kimi həmişə xoş bir təbəssümlə xatırlanır.

Cefri Verbokun Prezident Heydər Əliyevlə görüşü barədə xatirələrini bu link vasitəsilə oxuya bilərsiniz: http://www.visions.az/winter2012_051,360/  

Prezident Heydər Əliyevlə görüş Cefri Verbokda o qədər böyük təəssürat oyatmışdı ki, o Azərbaycan muğamını dünyaya yaymaqla bərabər, həm də Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaqla məşğul olmağa başladı. Cefri Verbok Birləşmış Ştatlarda “Amerika Muğam Cəmiyyəti” yaratmış, ABŞ, Kanada, İsrail və bir çox Avropa ölkələrində yüzlərlə konsert və mühazirələrlə çıxış etmiş və hazırda da bu istiqamətdə öz fəaliyyətini davam etdirir. O, daxil olduğu hər bir auditoriyada muğamın beşiyi, işğal altında olan Şuşa və Qarabağ haqqında söz açır, ölkəmizi çox yaxşı taniyan bir insan kimi Azərbaycana qara yaxmaq istəyən bədxahların cavablarını verir.

Cefri Verbokun Azərbaycan mədəniyyəti və həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər barədə məlumatı bu linkdə tapa bilərsiniz: www.mugham.net 

Mən fəxr edirəm ki, ümummilli liderimiz Heydər Əliyev barədə mətbuat və televiziya verilişlərində mənim də iştirak etdiyim bu tarixi anlar öz əksini tapıb və fəaliyyətimiz Ulu Öndər tərəfindən yüksək qiymətləndirilib. Bu, indi xoş xatirələr oyadan bir tarixdir. Tarixin yaxşı təcrübələrini davam etdirmək və irəli aparmaq isə bizim hər birimizin vətəndaşlıq borcudur.

Qivami Rəhimli

BP Azərbaycan

Hökumətlə işlər üzrə baş müşavir

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq