Donald Tramp prezidentliyə namizədin elan olunacağı partiya qurultayını ləğv edib
Bakı, 24 iyul, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp avqustun sonlarında Ceksonvill şəhərində (Florida ştatı) keçirilməsi planlaşdırılan respublikaçıların qurultayının bir hissəsini ləğv etmək qərarına gəldiyini bildirib.
AZƏRTAC Amerika telekanallarına istinadla xəbər verir ki, qurultayda Donald Trampın qarşıdakı seçkilərdə Respublikaçılar partiyasından ali dövlət postuna namizədliyinin irəli sürülüb-sürülmədiyi elan olunacaq.
Əvvəlcə qurultayın Şimali Karolina ştatında keçirilməsi planlaşdırılırdı. Sonra təşkilatçılar bütün kütləvi tədbirləri Floridaya keçirdi, lakin son zamanlar bu ştatda da koronavirusa yoluxma halları artmağa başladı.
Qurultayın rəsmi hissəsi məhdud sayda iştirakçı ilə Şimali Karolina ştatında keçiriləcək, kütləvi tədbirlər isə ümumiyyətlə olmayacaq. Prezident, həmçinin tərəfdarlarına canlı deyil, online rejimdə müraciət etmək istədiyini bildirib
Qeyd edək ki, Donald Tramp prezidentliyə namizədliyinin irəli sürülməsi üçün nümayəndələrin yetərincə səsini toplayıb.
ABŞ-da prezident seçkiləri noyabrın 3-nə təyin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]