Donald Tramp Venesuelanın müvəqqəti prezidenti ilə telefonla danışıb
Vaşinqton, 15 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqezlə telefonla danışıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb. O, danışığın çox yaxşı keçdiyini bildirib. ABŞ Prezidenti deyib ki, ölkəsi Venesuelanın sabitləşməsinə və bərpasına kömək sahəsində böyük irəliləyişlər əldə edib.
“Neft, minerallar, ticarət və milli təhlükəsizlik də daxil olmaqla bir çox mövzu müzakirə edildi. Amerika Birləşmiş Ştatları ilə Venesuela arasındakı bu tərəfdaşlıq hər kəs üçün möhtəşəm olacaq. Venesuela tezliklə yenidən, bəlkə də əvvəlkindən daha möhtəşəm və çiçəklənən ölkəyə çevriləcək”, -deyə Tramp qeyd edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]