Donald Trampa ABŞ-nin 250 illiyi münasibətilə buraxılacaq yubiley pasportu veriləcək
Bakı, 29 aprel, AZƏRTAC
Donald Trampa ABŞ-nin 250 illiyi münasibətilə buraxılacaq yubiley pasportu veriləcək.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü bu pasportların tarixi mərhələni qeyd etmək üçün nəzərdə tutulduğunu və məhdud sayda veriləcəyini bildirib. Yubiley pasportları bu yay Vaşinqton Pasport Agentliyi vasitəsilə təqdim olunacaq.
Standart pasportlarda dövlət başçıları Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkolnun fotoşəkilləri olacaq. Raşmor dağının iki səhifəlik təsvirində Donald Trampın portreti və imzası da yer alacaq. Üz qabığının dizaynı ənənəvi tərtibatı əks etdirir və yuxarı hissədə “Amerika Birləşmiş Ştatları”, aşağıda isə qızılı hərflərlə “Pasport” yazılır. Arxa üz qabığında ulduzlarla əhatə olunmuş 250 rəqəmi olan qızılı Amerika bayrağı emblemi də görünəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]