Donald Trampın işi üzrə məhkəmə iclasında foto-video çəkilişləri qadağan edilib
Bakı, 13 iyun, AZƏRTAC
Bu gün Florida ştatının Mayami şəhərində Donald Trampın işi üzrə iclasın keçiriləcəyi məhkəmə binasına KİV nümayəndələrinin mobil telefonlar və digər elektron qurğular gətirməsi qadağan olunub.
AZƏRTAC NBC News telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ-ın baş dairə hakimi Sesiliya Altonaqinin məhkəmə qərarında deyilir.
Eyni zamanda, federal magistr hakimi Con Qudman məhkəmə salonunda və dəhlizdə məhdud sayda foto və video çəkilişə icazə verilməsi barədə jurnalistlər koalisiyasının xahişini rədd edib. Onun sözlərinə görə, çəkilişlər məhkəmə prosesi çərçivəsində təşkil olunan təhlükəsizlik tədbirlərinə zərər vura bilər.
Mayami meri Frensis Suares isə öz növbəsində təhlükəsizlik qüvvələrinin Donald Trampın bu gün federal məhkəmədə ilk çıxışı zamanı şəhərdə baş verə biləcək bütün etiraz aksiyalarının və nümayişlərin öhdəsindən gələcəyini deyib. O, lazım olduğu təqdirdə yolların bağlanmasını da istisna etməyib.
Xatırladaq ki, prokurorluq məxfi sənədlərin Floridadakı iqamətgahında qanunsuz saxlaması ilə bağlı Birləşmiş Ştatların sabiq dövlət başçısına qarşı 37 maddə üzrə ittiham irəli sürüb. İttihamda yer alan 31 maddə ABŞ-ın və digər ölkələrin müdafiə sistemləri barədə məxfi sənədlərlə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:11]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]