Donald Trampın olduğu ərazi yaxınlığında atışma baş verib
Vaşinqton, 15 sentyabr, AZƏRTAC
ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Floridada yerləşən qolf klubunun yaxınlığında atışma olub.
AZƏRTAC-ın məlumatına görə, hadisə zamanı Donald Tramp klubda olub. İlkin məlumata görə, hadisə iki nəfərin bir-birinə atəş açması nəticəsində baş verib. Donald Trampın kampaniyası atışmadan dərhal sonra məlumat yayaraq, ona qarşı heç bir təhlükənin olmadığını bildirib.
Atışmada Respublikaçılar Partiyasından prezidentliyə namizədin hədəf olub-olmaması hələlik məlum deyil. ABŞ Məxfi Xidməti hadisə ilə bağlı araşdırma apardığını və hadisənin yerli vaxtla saat 14:00 (Bakı vaxtı ilə saat 22:00) radələrində baş verdiyini yayıb.
Ağ evdən bildirilib ki, Prezident Co Bayden və Demokratlar Partiyasından prezidentliyə namizəd, vitse-prezident Kamala Harris insidentlə bağlı məlumatlandırılıb və onlara davamlı olaraq son detallar barədə məlumat veriləcək. Ağ ev əlavə edib ki, onlar Trampla bağlı hər şeyin qaydasında olmasından şaddırlar.
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]
Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]