“Dorian” qasırğası Şimali Karolina sahillərinə çatıb
Bakı, 6 sentyabr, AZƏRTAC
“Dorian” qasırğası Şimali Karolina rayonunda ABŞ sahillərinə çatıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Qasırğaların İzlənməsi üzrə Milli Mərkəz məlumat yayıb. Hazırda qasırğanın mərkəzi Atlantik okeanının Şimali Karolina sahillərinın yaxınlığındakı dar baryer adalarında yerləşir.
Əvvəlcə çox təhlükəli beşinci kateqoriyaya çatan qasırğa hazırda saatda 150 kilometr sürətlə əsən küləklə birinci kateqoriyaya qədər zəifləyib. Lakin küləklə yanaşı, daşqınlara səbəb ola biləcək yağışlar da təhlükə doğurur.
Xatırladaq ki, Baham adalarında 30-dan çox insanın həyatına son qoyan “Dorian” qasırğası sonrakı bir neçə gündə isə ABŞ-ın Atlantik okeanı sahillərinə doğru irəliləməkdə davam edib. Qasırğa səbəbindən Florida, Corciya, Cənubi və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]