DOST ÖLKƏLƏR ƏLAQƏLƏRİN GƏLƏCƏK İNKİŞAFINDA MARAQLIDIR
Oqtay Əsədov səfiri Qurban bayramı və müstəqil Qazaxıstan parlamentinin yaranmasının 10-cu ildönümü münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir.
Səfir Andar Şukputov Oqtay Əsədovu Azərbaycanın qanunverici orqanının başçısı seçilməsi və Qurban bayramı münasibətilə özünün və Qazaxıstan parlamenti sədrinin adından təbrik etmişdir. O demişdir ki, Qazaxıstan dost, qardaş Azərbaycanla əlaqələrin bütün sahələrdə inkişafında maraqlıdır və bunun üçün əlindən gələni edir.
Diplomat parlamentlərarası və digər sahələrdə əlaqələrin inkişafından danışmış, bunun üçün qarşılıqlı səfərlərin vacibliyini vurğulamışdır.
Görüşdə bir sıra məsələlər barədə fikir mübadiləsi edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:24]
Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır
- 08.10.2026 [12:56]