Dövlət Agentliyi: 152 min manatdan çox vəsait istehlakçılara geri qaytarılıb
Bakı, 22 iyul, AZƏRTAC
2026-cı ilin yanvar-may aylarında istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət fəaliyyəti çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təmin edilmiş 1023 müraciət üzrə ümumilikdə 152 min manatdan çox vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara geri qaytarılıb.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə təmin edilmiş müraciətlərin sayında 2,9 faiz, istehlakçılara qaytarılan vəsaitin həcmində isə 18,6 faiz artım qeydə alınıb.
Qeyd edilən göstərici istehlakçı hüquqlarının qorunması sahəsində həyata keçirilən tənzimləmə tədbirlərinin effektivliyini və vətəndaşların hüquqlarının bərpası istiqamətində aparılan ardıcıl fəaliyyətin uğurlu nəticələr verdiyini göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]