Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət başçısı ölkəmizin gələcəyinə dair strateji baxışlarını bütün dünyaya bəyan etdi

Dövlət başçısı ölkəmizin gələcəyinə dair strateji baxışlarını bütün dünyaya bəyan etdi

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan 30 illik erməni işğalının nəticələrini aradan qaldırır. Bərpa-quruculuq işləri ilə yanaşı, Qarabağa dönüş prosesi də sürətlə davam etdirilir. Ölkədə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. 2026-cı ilin sonunadək 140 mindən çox vətəndaşımızın Qarabağa və Şərqi Zəngəzura qaytarılması planlaşdırılır. Azərbaycan heç bir ölkədən yardım almadan öz hesabına düşmənin xarabalığa çevirdiyi işğaldan azad olunmuş əraziləri quruculuq ünvanına çevirib. Yeni yaşayış məskənlərinin, şəhər, rayon və kəndlərin yenidən qurulması prosesində Azərbaycan xarakter nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O bildirib ki, Bakıda keçirilən ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu son dərəcə əhəmiyyətli idi. Forumda Prezident İlham Əliyev geniş məzmunlu çıxışı, prosesləri düzgün qiymətləndirməsi və dəqiq təhlilləri bir daha ciddi məqamlarla yadda qaldı.

Ölkəmizin başçısı İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqların fonunda Azərbaycanın regional əməkdaşlıq haqqında, habelə bəzi qeyri-regional aktorların destruktiv siyasətinə münasibəti barədə önəmli açıqlamalar verməklə, həm də Azərbaycanın gələcəyinə dair strateji baxışlarını bölüşdü.

Sirr deyil ki, Prezident İlham Əliyevin forumda önəmli açıqlamaları dünyanın müxtəlif siyasi dairələrinin zəruri nəticələr çıxarmaları üçün əhəmiyyətli idi.

Birincisi, Azərbaycan lideri post-müharibə reallıqlarının regional müstəvidə cərəyan edən prosesləri barədə ətraflı və dolğun məlumat verdi. Eyni zamanda, Prezident İlham Əliyev hazırkı geosiyasi vəziyyətlə bağlı sualları dəqiq və səmimi şəkildə cavablandırdı. Dövlət başçısı, həmçinin Avropa İttifaqı və ABŞ ilə əməkdaşlıqda Azərbaycanın gələcəyinə dair strateji baxışlarını açıqladı. Üç saat davam edən forumda Prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinə aparan yolda əldə olunmuş nailiyyətlər haqqında, eləcə də ölkəmizin suverenliyini bərpa etmək imkanına hazırlığı barədə danışdı. Forumda dövlət başçısı Qərbin bəzi siyasi dairələrinin təhrif etməyə çalışdığı mühüm məsələlərə də toxundu. Cənab Prezident bir daha vurğuladı ki, qanunsuz erməni silahlı birləşmələrinin və separatçı siyasi rejimin Qarabağdan çıxarılması ilə sülh yolunda dayanan ən son maneə aradan qaldırıldı.

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra bəzi dövlətlərin Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqları qəbul edə bilməməsi artıq heç kimə sirr deyil. Nə qədər acı olsa da, etiraf etmək lazımdır ki, trans-Atlantika camiəsinə aid olmayan hansısa ölkə müstəqil inkişaf yolunun olduğunu bəyan edəndə, Qərb açıq şəkildə buna qarşı çıxır. Ona görə də Qərbin bəzi ölkələri Azərbaycanın öz qanuni torpaqlarında- Qarabağdakı fəaliyyətini və bu region üçün nəticələri tanımaqdan imtina edir, sülhə yox, sırf öz maraqlarına xidmət edən hərəkətlərə dəstək göstərməyə çalışırlar. Hətta daxili vəziyyəti silkələməyə çalışan addım atmağa cəhd göstərirlər. Amma unudurlar ki, Azərbaycanın öz yolu var və kənar qüvvələrin ölkəmizin sabit inkişafına təsiri sıfra bərabərdir. Bununla bağlı Prezident İlham Əliyev forumda bədxah qüvvələrə dəqiq və aydın mesaj göndərdi. Dövlət başçımız Azərbaycanda vəziyyətin sabit olduğunu bildirdi, daxili vəziyyətimizin xarici amillərdən asılı olmadığını diqqətə çatdırdı: “Daxili risklərə gəldikdə, elə bir ciddi risk və çağırışlarımız yoxdur. Ərazilərimizin və sərhədlərimizin düzgün müdafiə edilməsi üçün zəruri layihələr həyata keçiririk ki, hər hansı xarici risklərdən özümüzü sığortalayaq”.

Azərbaycan Prezidenti beynəlxalq forumun iştirakçılarını sülh müqaviləsinin detalları barədə də məlumatlandırdı. Sülh prosesinin təşəbbüskarının məhz Azərbaycan olduğunu diqqətə çatdıran dövlət başçısı gələcək sülh müqaviləsinin ana prinsipləri barədə danışdı. Eyni zamanda, Prezident forumdakı çıxışında Ermənistan ilə gələcək münasibətlərimizə dair önəmli açıqlama verdi, İrəvandakı revanşist qüvvələrə açıq mesaj göndərdi: “Ermənistan yaxşı qonşu olarsa, öz suverenliyini qoruyub saxlaya bilər”. Dövlətimizin başçısı bir daha vurğuladı ki, Ermənistan xilası və inkişafı, digər böyük qardaşı kənarda axtarmamalıdır. İrəvan regional əməkdaşlığa imkan verən siyasət aparmaqla buna nail ola bilər.

Deputat sonda qeyd edib ki, Prezident qətiyyətlə bəyan etdi ki, ölkəmizin haqq işinə kölgə salmaq istəyənlərin arzusu elə arzu olaraq qalacaq. Azərbaycan dövlət olaraq heç vaxt ədalətsizliklə barışmayacaq, necə ki, həmin dairələrin əbədiləşdirmək istədiyi Qarabağın işğalı ilə barışmadı. Amma həmin dairələr beynəlxalq hüququ tam təmin edərək bölgənin sülh və inkişaf təminatçısı olan Azərbaycanın yaratdığı reallıqları qəbul etməyə borcludurlar. Çünki ölkəmiz tarixi ədaləti bərpa edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevə intensiv hava hücumları edilir

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub